Bakıda hava 20°
USD 1.7000 AZN
EUR 1.9550 AZN
09:15Xəyalə Murad Cüməniz mübarək! 09:14Xəyalə Murad Sabahınız xeyir olsun,Əziz Qadin.Netlilər! 08:49Surayye Qızlarım qizillarim necəsiz? Yağışla nə etdiz?
39318

Məhəbbət 3 il yaşayır

Məhəbbət 3 il yaşayır

 

Romanın baş qəhrəmanı kübar həyatdan yazan jurnalist Mark Marroneydir. O əmindir ki, məhəbbət üç il yaşayır: əvvəl insanlar bir-birini ehtirasla, sonra incə və dostcasına sevirlər, və nəhayət, bir-birinə darıxdırıcı olurlar. Romanın birinci hissəsində təsvir olunan belə baxışların səbəbi ondan qaynaqlanır, görünür, Mark heç zaman üç ildən artıq sevməmişdir.

P.S. Məhəbbət üç il yaşayırmış. Yazıçı belə fikirləşir, amma.. Amma hislərə kim vaxt qoya bilər ki.. Ən yaxşısı keçək əsərdən seçdiyim cümlələrə, onlar hər şeyi daha yaxşı başa salacaq. Sevgi sözü gələndə mən susmağı üstün tuturam neyçünsə..

Əsərdən yadda qalan sətirlər

Məhəbbət – döyüşdür. Əvvəlcədən uduzulmuş döyüş.

***

Sərxoş olan zaman əsas odur ki, gözün bir binanı iki görəndə onların arasından düz keçəsən.

***

Düşünürdüm ki, məhəbbət axtarıram. Ancaq bir gün anladım ki, bunun tam əksidi – ondan uzaq durmaq istəyirəm.

***

Sakit mələk namünasib vaxtda yanından uçur.

***

Olduqca çox xatirələr var, xeyli şeyi unutmaq lazımdır, bunların hamısını yaddaşdan silmək cəhənnəm əzabıdır, əvvəlki xoş anların əvəzinə hələ neçə belə an yaşamaq lazımdır.

***

Yoxsul musiqi

Körpüdə

Həyatımın boşluğunu çaldı.

***

Hamıya salam, mən müəllifəm. Beynimə xoş gəlmisiniz, zorla soxulduğuma görə üzr istəyirəm.

***

Çox vaxt deyirlər: “Simanı xilas etmək lazımdır.” Mən isə deyirəm ki, simanı öldürmək lazımdır, ancaq bu yolla özünüz xilas olacaqsınız.

***

Ağcaqanadın əsri – bir gündür, qızılgülün – üç. Pişiyin əsri 13 ildir, məhəbbətin üç il. Heç nə də yaza bilməzsən. Əvvəl ehtiras ili, sonra nəvaziş, nəhayət sıxıntı ili.

***

Birinci il deyirlər: “Əgər sən getsən, özümü ÖLDÜRƏRƏM”.

İkinci il deyirlər: “Əgər sən getsən, mənə çətin olacaq, ancaq dözərəm”.

Üçüncü il deyirlər: “Əgər sən getsən, bunu şampanla yuyacam”.

***

Heç kim sizə xəbərdarlıq etməyəcək ki, məhəbbət ancaq üç il yaşayır. Bütün bu məhəbbət fırlıdağı sirrin ciddi şəkildə qorunması ilə qurulur.

***

Cəmiyyət bizi aldadır: sizə böyük məhəbbəti sırıyırlar, əslində isə elmi cəhətdən sübut olunub ki, bu hormonlar ancaq üç il fəaliyyət göstərir.

***

Ehtiras-Nəvaziş-Sıxıntı, hər biri bir il uzunluğunda üç pilləli dövr – Müqəddəs Üçlük kimi sarsılmaz triada.

Birinci il mebel alirlar.

İkinci il mebelin yerini dəyişirlər.

Üçüncü il mebeli bölürlər.

***

Qazanda daşan süddən başqa yerdə məndən miskin mənzərə tapmaq çətin olar..

***

Həyat belə qurulub: özünü bir balaca xoşbəxt hiss edən kimi o dərhal sizdən intizam tələb edəcək.

***

Nağıllar ancaq nağıllarda olur. Həqiqət xeyli xoşagəlməzdir. Həqiqət, ümumiyyətlə, həmişə xoşagəlməzdir, ona görə də hamı yalan danışır.

***

Elə gecələr var ki, yatmaq yolverilməz dəbdəbədir. Pis yuxudan ayılmaq üçün yatmaq. Bunun, ümumiyyətlə, olmaması üçün. Bunların heç birinin olmaması üçün. Öz həyatını silib atmaq istəyirsən. Çünki başqasına əzab verəndə özünü daha pis edirsən.

***

Niyə boşanmalara heç kim gəmir? Mən evlənəndə ətrafımda dostlarım var idi. Ancaq boşandığım gün təkəm, dəli olmaq olar.

***

Boşanma – mənəvi günahsızlığın itirilməsidir.

***

Nəyə görə kimsə kimisə aeroportda gözləyəndə həmişə gözləri yaşarır?

***

Heç kim özünə bu tip sual vermir: həyatdan yaxşı nəsə götürə bildikmi? Başqa cür yaşamaq olmazdımı? Lazımi adamla lazımi yerdə yaşayırıqmı? Bu dünya bizə nə təklif edə bilər?

***

İyirmi yaşımda düşünürdüm ki, həyat barədə hər şey bilirəm. Otuz yaşımda məlum oldu ki, heç nə öyrənməmişəm. On il sərf etdim ki, sonradan başımdan atacağım şeyi öyrənim.

***

Məhəbbət əsasında qurulan nikahda ən pisi odur ki, o çox yuxarıdan başlayır. Məhəbbət əsasında qurulan nikahla baş verə biləcək yeganə təəccüblü iş onun dağılmasıdır.

***

..evlilik – ozün üçün etmədiyin hərəkətdir.

***

..həmişə nəyin bahasına olursa olsun hamı kimi, hamı kimi, HAMI KİMİ olmaq üçün pərçim olmalı olduğumuz eyni çərçivələr. Əgər hamıdan yaxşı alınmırsa, heç olmasa geridə qalmamağa çalışırsan, yoxsa bir də gördün hamıdan pis oldun.

***

Ancaq günlərin bir günü məhəbbət getdi – mən elə bil ayıldım. Mən hələ bir müddət sevən ər olmaq istədim. Ancaq gec, ya tez başqalarına yalan danışmayım deyə özümə həddən artıq yalan danışmışam.

***

Geri qayıtmaq mümkün olmayanda məhəbbət qurtarır. Beləcə dərketmə gəlir: su sakitcə körpülərin altı ilə axır, biz bir-birimizi anlamırıq, özümüz də hiss etmədən ayrıldıq.

***

Mən xiffət çəkirəm, məndən soruşurlar niyə, mən də bildirirəm:

-Çünki məhəbbət üç il yaşayır.

***

Bizə tez-tez deyirlər ki, vaxt ötəndən sonra ehtiras “nə isə başqa şeyə” çevrilir, daha möhkəm və gözəl olur. Bu nə isə elə böyük mənada Məhəbbətdir, əlbəttə ki, həyəcanlı hiss deyil, ancaq kallığı azdır.

***

Mənim məhəbbətim – kiçik hərflərdir.ş ancaq özü böyükdür; müddəti çox deyil, ancaq əgər varsa, onu bütün varlığınla hiss edirsən.

***

İntihar edənlər – həqiqətən də dözülməz adamlardı.

***

Mən bağlı olduğuma görə əzab çəkirdim, indi azad olduğuma görə əzab çəkirəm.

***

Deməli, yetkin həyat bu deməkdir: qumdan qala tikirsən, sonra iki ayaqla onun üstünə atlanırsan, sonra yenidən tikmək, yenidən və yenidən, bilə-bilə ki, okean onsuz da onu yalayıb aparacaq.

***

Qoy mən bilim ki, məhəbbət nağıldır, ancaq yenə də bəlkə bir neçə il ona inandığıma görə öyünəcəyəm.

***

Həyat belədir: o həmişə hər şeyi qəlizləşdirir – ya da bəlkə, biz özümüz başımıza qəliz iş axtarırıq?

***

Məhəbbət nəşələndirici qəzadı: bilirsən ki, düz divarın üstünə gedirsən, yenə də qaza basırsan; öz ölümünün üstünə dodağında gülüşlə uçursan; maraqla götürəcəyin anı gözləyirsən.

***

Məhəbbət yeganə proqramlaşdırılmış məyusluq, əvvəlcədən bilinən yeganə bədbəxtçilikdir ki, onu yenə də istəyirsən.

***

Bir dəfə bədbəxtlik həyatıma girdi, mən də yekə səfeh kimi onu indiyə qədər ordan çıxara bilmirəm.

***

Ən güclü məhəbbət cavabsız qalanıdır. Mən bunu heç vaxt bilməməyə üstünlük verərdim, ancaq həqiqət belədir: səni sevməyəni sevməkdən pis heç nə yoxdur – ancaq eyni zamanda həyatımda başıma bundan gözəl heç nə gəlməyib.

***

Sizi sevəni sevmək özünə vurğunluqdur. Sizi sevməyəni sevmək bax bu məhəbbətdir.

***

Fan Tsyan soruşdu:

Məhəbbət nədir?

Müəllim cavab verdi:

-Səylərini qiymətləndirmək ona görə verilən mükafatdan dəyərlidir – buna məhəbbət deyilir. (Konfusiy)

***

Bir sual mənə rahatlıq vermir – həyatımın hamısı hara gedir: hansı pisdir- sevməyib, məhəbbətlə məşğul olmaq, yoxsa sevib məhəbbətlə məşğul olmamaq?

***

Həyat tipik serialdır: eyni dekorasiyalarda, praktik olaraq eyni personajların iştirakı ilə səhnələr növbələridir və növbəti seriyanı həmişə səbirsizliklə və kütləşmə ilə gözləyirsən.

***

Lap istəyir dünyada ən gözəl qızla evlənəsən, hər zaman həyatına xəbərdarlıqsız girən və sizə güclü ovsunlu zəhər içirdən yeni naməlum qadın tapılacaq.

***

Dəli olmaq olar – bilmədiklərim məni daha çox həyəcanlandırır, nəinki tanış bir şey.

***

Nikah cinayətdir – çünki o sirri öldürür. Siz xəyali varlıqla rastlaşırsınız, onunla evlənirsiniz, sonra qəfildən məlum olur ki, bu xəyali varlıq harasa yoxa çıxıb – indi o sizin arvadınızdır.

***

Mənim fikrimcə, məhəbbətin əsas problemi bundadır: xoşbəxt olmaq üçün insanın sabaha inamı olmalıdır, vurulmaq üçün isə məhz inamsızlığı lazımdır.

***

Xoşbəxtlik sakitliyə əsaslanır, məhəbbətə isə şübhə və həyəcan lazımdır.

***

..nikah məhəbbət üçün deyil, xoşbəxtlik üçün düşünülüb. Vurulmaq isə xoşbəxt olmaq üçün ən yaxşı üsul deyil; əgər belə olsaydı, bu çoxdan hamıya məlum olardı.

***

Bu dünyada çox kədər var, ancaq qadının məhəbbətinin ondan getdiyini hiss edən zaman üstünə düşdüyü qəmdən pisini təsəvvür etmək çətindir – özü də yox, bir anda yox, asta-asta, qum saatındakı kimiaxıb gedir.

***

Bütün dünyanın qarşısına qoyduğu sualları qarşına qoyduğunu aşkarlamaq ağır gəlir.

***

Ən yaxşı bayramlar – içimizdə baş verənlərdir.

***

Biz artıq səfərə hazırıq və bilir ki, keçmiş arxamızda bir qalaq zibildən başqa heç nə deyil və onu tez yaddan çıxarmaq lazımdır, çünki biz indi dünyaya gəlirik.

***

Sıfırdan başlamaq. Ağ kağız o qədər çox şey vəd edir ki. Sanki, siz bu vaxta qədər nəfəsinizi kəsib suyun altında oturmuşdunuz..

***

Birinci nikhada kamillik axtarırsan, ikincidə həqiqətən istəyirsən.

***

Ən əla qadın – sağlam qadındır.

***

Deyirlər pis vaxtlar əla xatirə olur – istərdim bu belə olsun.

***

Hər bir Gözəllik Eybəcərliyə çevrilir, Gəncliyin qisməti – Solmaq, bizim həyatımız – asta-asta Çürüməkdir, biz hər Gün Ölürük. Xoşbəxlikdən bizə həmişə Mosart qalır. Mosart neçə adamın həyatını xilas edib?

***

Nahaq fikirləşirlər ki, zamanla hər şey yaxşılığa doğru dəyişəcək – heç nə dəyişmir.

***

Mən birdən yenə də on altı yaşlı oldum. Mən hətta ona ətir aldım ki, onun haqqında düşünəndə qoxusunu çəkim, ancaq onun dərisinin məhəbbətdə həzverici ətri deyildi, qarayanız, yuxulu, uzun ayaq, məftunedici qaməti, su pərisinə xas süzgün dağılmış saçlarının ətri deyildi. Hamısını bir flakona doldurmaq olmaz.

***

XX əsrdə məhəbbət – zəng çalmayan telefondur.

***

..məhəbbət yalnız alternativ deyil : əziyyət çəkirsən, ya da əziyyət çəkməyə məcbur edirsən. Hər ikisi də ola bilər.

***

Tənhalıq hansısa biabırçı bir xəstəlik olub. Niyə hamı ondan elə qaçır? Çünki o düşünməyə vadar edir.

***

Bizim dövrümüzdə Dekard yazmazdı: “Düşünürəmsə - deməli, mövcudam”. O deyərdi: “Təkəmsə-deməli, düşünürəm”.

***

Heç kim təklikdə qalmaq istəmir, çünki bu, düşünmək üçün xeyli boş vaxt deməkdir. Nə qədər çox düşünürsən o qədər ağıllı olursan – deməli həm də kədərli.

***

Məhəbbət – anlaşılmaz şeydir. Onu başqalarında görəndə, heç nə başa düşmürsən, özündə olanda – lap az başa düşürsən.

***

Varlılar bu gün undublar ki, pul məqsəd yox, vasitədir. Onlar sadəcə, pulla nə etməli olduqlarını bilmirlər. Əgər sən kasıbsansa, heç olmasa özünü dilə tuta bilərsən ki, pulun olsaydı, hər şey qaydasında olardı. Ancaq əgər varlısansa, özünə deməyəcəksən ki, Cənubda yeni evin, yeni idman maşının, on iki minlik şuz, yaxud daha bir maneken olsa – hər şey qaydasında olacaq.

***

Varlı olanda heç nə ilə özünə bəraət qazandıra bilmirsən.

***

Biz yer üzündə ona görə yaşayırıq ki, valideynlərimizin yaşadığı hadisələri həmin ardıcıllıqla yaşayaq – eynilə onlar da bizə qədər öz valideynlərinin etdikləri səhvləri təkrarlayıb və beləcə... sonsuzluğa qədər.

***

Öz bədbəxtçiliyimi sevim, çünki o təkrarlara səxavətlidir.

***

Ölümdən qorxanlar hər şeyi bilmək istəyənlər deyil.

***

Mənim problemim ondadır ki, sən onun həllisən.

***

Məhəbbəti elə daha çox ona ehtiyacı olanlar inkar edir.

***

Baxıən görün mən nəyə çevrilmişəm... Mən hamının yazdığı kitabdan yazıram... Məhəbbət qarışıqlığı...

***

Məhəbbət ona qoyulmuş müddət qədər yaşayır, mənim üçün bunun fərqi yoxdur. Ancaq əgər sən onun daha çox yaşamağını istəyirsənsə, düşünürəm sən necə lazımdır darıxmağı öyrənməlisən. Elə adam tapmaq lazımdır ki, onunla darıxmaqdan ölmək istəyəsən. Əbədi ehtiras olmadığından hec olmasa ləzzətlə darıxasan.

***

Biz ayrılırıq ki, fərqli yollarla gedək, hərə öz tərəfinə.

***

Həyatımız pyes olduğu üçün maraqlı deyil – maraqlı olan orda bu qədər az iştirak edən şəxs olmasıdır.

***

Ağrının elə həddi var ki, qürurunu itirirsən.

***

..onda anladım ki, insan eşqə düşəndə sonu olmayan sözlər yazır, nöqtə qoymağa vaxtı yoxdur, yazmaq, yazmaq lazımdır, öz ürəyindən öndə qaçmaq lazımdır, cümlə uzanır, uzanır, məhəbbətdə punktuasiya yoxdur, ehtirasın göz yaşları axıb tökülür; sevəndə mütləq yazırsan və dayana bilmirsən.

***

..sənsiz heç kim idim, nəhayət ki, mən nəfəs alıram..

***

Sürət özün olmağa mane olur.

***

Mən – isti küləyə gülümsəyən tərki dünyayam.

***

Xoşbəxtlik dərddən çox qorxudur.

***

Xoşbəxtlik – elə bir müdhiş kələkdir ki, əgər özünüz partlamasanız, onda minimum 2-3 qətl tələb edəcək.

***

Məhəbbəti əbədi yaşamaq üçün vaxtı unutmaq kifayətdir. Bu müasir dünya məhəbbətini öldürür.

***

Biz istəyirik ki, vaxt dayansın, məhəbbət əbədi olsun və heç nə heç vaxt sönməsin

***

Mən bir şeyi anladım: məhəbbət keçib getməsin deyə hərədə nəsə sezilməyən olmalıdır. Şitliyə yol verməmək – yox, bu o demək deyil ki, özünü süni yaradılan iztirablarla qamçılamalısan, sadəcə hər günün möcüzəsinə təəccüblənməyi bacarmaq lazımdır.

***

Mən əsas şeyi bildim – xoşbəxt olmaq üçün dəhşətli bədbəxtçilik vəziyyətini yaşayıb keçməlisən. Əgər dərd məktəbini keçməsən, xoşbəxtlik möhkəm ola bilməz.

***

Tamamlanmayan tarixi yaşamaq üçün özün tamamlanmalısan.

***

- Kimisə sevmək üçün gərək əvvəl özünü sevəsən,

- Sən özünü elə sevirsən ki, başqa heç kimə yer çatmır, budur sənin problemin!

***

“Xöşbəxtlik – bəsbəxtliyin susmasıdır.”

***

Bu həyatda təəccüblü odur ki, o davam edir.

 

 

Abdullayeva

Səslərin sayı: 0
0
1165
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )