Novruz Azərbaycanın ən qədim bayramlarındandır. Novruz bayramında fərqli adət-ənənələr var ki, biz bu adətləri yaşadırıq, amma mənalarını dərindən bilmirik.
- İlqar müəllim, Novruz bayramına kimi 4 çərşənbə qeyd edilir. Amma bəzi regionlarda Yel və Torpaq çərşənbəsini fərqli qeyd edirlər. Bəziləri Yel çərşənbəsini 3, bəzi yerlərdə 4-cü çərşənbə kimi qeyd edirlər. Əsl çərşənbə sıralaması necə olmalıdır? Novruz bayramı Azərbaycanın regionlarında xüsusi təmtəraqla keçirilir.
— Nəsrəddin Tusinin "Əxlaqi-Nasir" əsərində çərşənbələrin ardıcıllığı belə qeyd edilib: Su — dağlarda qarın əriməsi, çaylarda suyun çoxalması bolluğun artması. Od — tarixən bizim atəşə münasibətimizdən xəbər verir. Dünyanın yaranmasının 4 ünsüründən biridir. Azərbaycan "odlar yurdu" kimi də tanınır. Üçüncü Yel çərşənbəsi gəlir. Bu çərşənbədə artıq hava dəyişir. Hava artıq istiləşir və təbiətdə canlanma başlayır. 4-cü çərşənbə sonuncu və əsas çərşənbədir. Torpağın oyanması və yaz çiçəklərinin torpaqdan baş qaldırmasının şahidi oluruq.
- Qeyd edirlər ki, bu bayram islam dini ilə bağlıdır. Doğrudur?
— Əsla elə deyil. İslam dini 7-ci əsrdə yaranıb. Amma Novruz bayramı İslam dinindən çox-çox əvvəllər qeyd edilməyə başlanıb. Bunu tam əminliklə deyirəm. Novruzun İslam dini ilə heç bir əlaqəsi yoxdur.
- Bayram zamanı yumurtaların boyanması nə anlam kəsb edir?
- Bölgələrdə əvvəllər bir gecədə 300-400 yumurta boyayırdılar və uşaqlara paylanırdı. Həm uşaqları sevindirmək üçündür, həm də ruzi-bərəkət rəmzidir. Yumurta döyüşdürmək isə xeyirin şər üzərində qələbəsi deməkdir.
- Hansı ölkələr bu bayramı qeyd edir?
— Tatarıstan, Özbəkistan, Qazaxıstan, İran, Türkiyə. Ən yüksək səviyyədə İran və Azərbaycan bu bayramı qeyd edir.
- Azərbaycanın da bölgələrində fərqli şəkildə keçirilir Novruz bayramı. Nə kimi fərqlər var?
— Fərqlər çoxdur. Məsələn cənub bölgəsində Novruz bayramında süfrədə mütləq balıq olmalıdır. Elə ev tapmazsan ki, orada balıq ləvəngisi süfrəyə qoyulmasın. Quba-Qusarda da özlərinə xas milli təamları süfrədə olur. Bir sözlə, bu bayramda milli yeməklər süfrəni bəzəyirlər.
Şəkərbura-paxlavaların naxışlarının hansısa rəmzi mənası var?
— Bu da fərqlidir. Regionlarda öz mentalitetlərinə uyğun olaraq şəkərburaya naxış vururlar, necə ki xalçaların naxışları fərqlidir, eləcə də şəkərbura, paxlavaya vurulan naxışlar da belə fərqli olur. Bu şirniyyatlar da bolluq rəmzidir.
- İlqar müəllim, Novruz sözü hardan gəlir?
— Fars mənşəlli sözdür. Nov — yeni, ruz — gün deməkdir. Yəni yeni gün, yeni il, ruzi bərəkət deməkdir.
- Novruz bayramında fallara baxılır, xüsusi inanclara inanılır. Bu nə dərəcədə doğrudur?
— Bunlar mifoloji inanclardır. Əslində insanların inamlarına görə belə edirlər. Bu da əsrlərdən gələn bir ideyadır. Bayramın özü niyyət bayramıdır. Ona görə belə ənənələr var. Bir sözlə gözəl adət-ənənələri olan bu bayramda hər mərasim gözəlliklərlə boldur. İllərdən süzülüb gələn bu bayramımızı qoruyub gələcək nəsillərə ötürək.
XƏBƏR LENTİ
Nə istədiyini bilirsənmi?
Bakıda 1 çaynik çay 1 şiş kababdan bahadır
Məşhur aparıcı işinə qayıtdı-FOTO
Ebola virusunun aşkar olunması üçün iki yeni test
Modern lampalar
Facebook-da çoxdan gözlənilən yenilik
Dahilərdən gözəl sözlər - 12
Qatillərin ən çox hansı bürcdən çıxdığı açıqlandı (1)
Heykəl kimi insan…
Erməni "söz"ü: ATƏŞKƏSİ 119 DƏFƏ POZDULAR
Qara nöqtələr üçün qəhvə maskası
Uzunboğaz çəkmələr
İllər sonra ilk dəfə Cıdır düzündə səhnə quruldu, Şuşada konsert verildi - VİDEO
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
TƏBİB sədrindən karantinin sərtləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
Hava haqqında
Diabetin dərmansız davası
Günün qoroskopu: Yeni ideyalara açıq olun!
Dövlət qulluğuna qəbul imtahanları dekabrın 3-dən başlayacaq
Kivi ilə cavanlaşdırıcı və ağardıcı maska
Kəs və yapışdır-20
Doğulacaq körpənin cinsiyyəti bal ayında məlum oldu-FOTO
Alimlər vegetarianlar üçün “ət” icad ediblər
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Ramazan ayının 20-ci gününün duası
Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - RƏSMİ
Xoşbəxt ailə həyatı üçün məsləhətlər
Bakılılar donurlar: xətti çəkdilər, istilik yaddan çıxdı
Sobada ətli rulet (foto-resept)
Azərbaycanda yalnız bu şəxslər küçəyə sərbəst çıxa biləcək - SİYAHI
Facebook öz ödəmə sistemini yaradır
Əks cinsi 7 saniyəyə valeh edin
Azərbaycanda gimnastika
Martın 31-dən YENİ QAYDA
"Fənərbağça"nın oyunçusu "Dinamo"nun baş məşqçisi oldu
Şərf modelləri
Qatilin polis əmisi oğlu da saxlanıldı?-RƏSMİ AÇIQLAMA
Mila Kunis öz evliliyindən danışdı-FOTO
Mustafa Sandal boşandıqdan sonra ilk dəfə-FOTO
Uşaqların izləməli olduğu cizgi filmləri
İNANILMAZ OLAY: 3 ay ölü ananın qarnında yaşadı, sonra... FOTO
Süleyman Dəmirəlin vəziyyəti ağırlaşdı
Qocalmağı gecikdimək üçün...
Yerin yumru olduğunu sübut et, 25 min qazan
Dayəni necə seçməli?
Millət vəkili: “Ehtiyac olarsa, karantin rejimi uzadıla və sərtləşdirilə bilər”
Bakıda qarğalar niyə kütləvi şəkildə ölür?
Günün qoroskopu - 27.11.2013
“Avroviziya”nın qalibi bəlli oldu
"Vineqred" salatı (foto-resept)