Bu gün işdən bir-iki saat tez çıxmağım üçün icazə almışdım. Səbəbi isə dostlarım idi. Aramızda sözləşmişdik ki, "Kubok" çay evinə gedib həm dincələk, həm də Çempionlar Liqasının final oyununu bərabər izləyək. Bəxtimdən müdir icazə almağımı da pis qarşılamamışdı. Hər şey əla və öz yerində idi. Qulaqcıqları qulağıma taxaraq cibimdən telefonumu çıxardım və könlüm istəyən musiqini seçib dinləməyə başladım. Hava da könüloxşayan idi. Yaxşı ki, işə gələndə bir paket ağ tum almışdım. Bir yandan musiqi, bir yandan tum - bir sözlə, öz aləmimdə idim. Metroya getmək üçün tini dönmək qərarına gəldim. Birdən gözüm camaat arasından mənə tərəf gələrək, kitabın arxa tərəfini oxumaqla məşğul olan bir sarışın qıza sataşdı. Qız o qədər maraqlı görünürdü ki, qulağımdan çıxan qulaqcıqlardan da bixəbər olmuşdum.
Birdən yadıma ani olaraq kəndəki vaxtlarım düşdü. Yadıma gəlir. Hər zaman anam bizi başına yığar və birlikdə seriala baxardıq. Bəlkə də onun bizi çağırmasına ehtiyac yox qalmırdı. Özümüz gəlib ətrafında oturardıq. İşimizin adı nə idi ki? Hə, bir dəfə filmdə belə bir səhnənin şahidi olmuşdum. Oğlan pilləkənləri qalxırdı, qız isə əlində olan kitablarla pilləkənlərdən aşağı düşürdü. Gözlənilmədən onlar bir-birinə dəydilər və qızın əlindən kitabları yerə düşdü. Oğlan: "Bağışlayın, üzr istəyirəm" deyərək yerə səpələnmiş kitabları yığır, qız isə "Eybi yox, olan işdir" deyib pərt olmuş vəziyyətdən çıxış yolu axtararaq səpələnmiş digər əşyaları yığırdı. Bu dəm onların gözləri bir-birinə dəyir və budur, eşq qığılcımları parıldayır. Arxasın da yəqin ki, bilirsiz. Nə isə. Mən də bu cür romantik bir səhnə qurmaq qərarına gəldim. Qızın başının qarışıq olduğundan istifadə edərək, ona yaxınlaşıb ehmalca çiynimi çiyninə toxundurdum və əlindəkilər yerə düşdü. Bəli, hər şey hazır idi. Amma nədənsə hər şey istədiyim kimi olmadı. Qız başını yuxarı qaldırıb mənə ağzımı açmağa imkan vermədən: "Kor oğlu kor, ayağının altına niyə baxmırsan? Öküz kimi adamın üstünə niyə şığıyırsan?" deyə çığırdı. Sözün düzü çox pərt oldum. Özümü itirmədən:
- Ay xanım, görmədim də. Bağışlayın. Üzr istəyirəm.
- Qanmaz, bağışlamağa heç nəyim yoxdur. -deyib əlindəkiləri toplayırdı ki, birdən rəngi daha da dəyişdi. Aman Allah, yekə sensorlu telefona oxşayan bir şeyi yerdən qaldırıb həm ona, həm mənə baxıb qışqırdı:
- Heyvan, neynədin? Ay da.
- Noldu ki, xanım?
- Canına azzar oldu. Aypədimin (iPad) ekranı xıncım-xıncım oldu. Ay Allah. Mən nə edəcəm indi? -deyib, ayağımdan dikdaban ayaqqabısı ilə bir təpik ilişdirdi. Ağlım başımdan çıxdı. Aypəd nə idi görəsən? Bəlkə dükandan almaq olar? Nə bilim, nə deyəcəkdim mən indi ona? Bəlkə bahalı şeydi, nə bilim, amma onu almağa da pulum çatmazdı. Onsuz da çayı almaq üçün ortalığa pul atmağa pulum güclə çatırdı. Amma nədənsə, çarə yolunu tapdım. Qaçmaq!
Qızın növbəti sözünü ağzında qoyaraq qaçmağa başladım. Var gücümlə qaçırdım. Yeriyən insanlara dəyə-dəyə bir təhər maşın yolunu da keçdim. Heç arxama da baxmadım.
Sabahı gün oradan keçdikdə, avtodayanacaqda maşınların parkinq etməsi üçün nəzarət edən əmi mənə vəziyyətin ağır olduğunu söylədi. Qızın atası və qardaşları məni axtarırdı. Allah şeytana lənət etsin! Nə zibilə düşdüm mən?! İndi işə necə gəlib-gedəcəkdim? Allah bəlanı versin ay Məzahir, sənə lazım idi romantika? Sənə lazım idi sevgi? Bu da sevgi qığılcımlarının nəticəsi. Çək cəzanı! Səni Aypədə qalasan ay Məzahir!
PS: Bu əhvalat baş vermiş əhvalatlardandır. Dostlardan biri mənə danışdı. Mən isə sadəcə bədiiləşdirdim.
Fərid Abdullah
XƏBƏR LENTİ
Qeyri-adi interyerlər
Körpələr üçün düyülü yemək
Bon Prixdən qadın kostyumları
Zəncəfilin faydaları
Yenə Həccə gedək, yoxsa xeyriyyəçilik edək?
İt çəkməyi öyrənək
Koronavirusun altı “növü” mövcuddur. Hansı daha təhükəlidir?
Ermənistanda böyük qiyam başlayır
Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi üçün 2 milyon manat ayrıldı
Gəlinlik saç düzümləri
V, VIII və X sinif şagirdləri hansı hallarda sinifdə qalacaqlar?
Dərbənd qalasının bir hissəsi dağılıb
Bakıda Novruz yarmarkaları
Çay nədir, say nədir...
Azərbaycanın lavaş zəfəri
Gözəllik inciləri
Qabaq qovurması (foto resept)
Ən təhlükəli qida hansıdır?
Dondurulmuş pomidor püresi (foto resept)
Ajda Pekkanın 8 milyonluq evi muzey oldu-FOTO
Bu peşənin sahibləri qripə yoluxmur
Lobya salatı (foto resept)
Ev dekorasiyanızı özünüz yaradın
Monika Belluççi məşhur markanın dəfiləsində - VİDEO
Azərbaycan millət vəkilləri Brüsseldə keçirilmiş “Parlamentlərdəki qadınların Qlobal Forumu” adlı Zirvə Toplantısında iştirak etmişlər
İki nəfər 90 milyon avro uddu-FOTO
Azərbaycan dili - I dərs
Bergüzardan Halitlə bağlı 11-ci ildönümü paylaşımı - FOTO
Britaniya ordusunun baş qərargah rəisi hərbi təlim zamanı itkin düşüb
Hardan bilək ki, dostumuz zərərli insandır?
Kartof Frii (foto resept)
"Aydınlanma səyahəti" kitabından seçmələr (1)
Bakıdakı uşaq bağçalarında daha bir yenilik
Saqqız çeynəmək orucu pozur? - Dini qurumdan FİTVA
Məşhur aparıcı nikaha cənazə maşınında gəldi-FOTO
Aida M-ova ilə müsahibə
WhatsApp işlədirsiniz? Çox diqqətli olun
Hazal Kayanın yeni tərzi-FOTO
“Məzun günü” mayın 27-də olacaq
Kokoslu-albalılı keks (foto resept)
Əgər prezident olsaydım...
Finlandiyada 16 yaşlı qız bir günlük baş nazir olub
Sağlamlıq və xoşbəxtliyin meyvəsi: Banan
46 yaşında yenidən tələbə adını qazandı
Yeni ildə "Küpəgirənin hiyləsi" göstəriləcək
“Android” istifadəçilərinin DİQQƏTİNƏ
Məşhur müğənni pul yağışına tutuldu-FOTO
Beş ayda 11 mindən çox insan iş tapıb
Atakamanın nəhəng əli
Lady Qaqa
- ŞƏRHLƏR