Bakıda hava 24°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:59Ayla Ayla Sürayyə Yusuf mənim əsəblərimlə oynuyur)Artistdi Artist 13:58Ayla Ayla Gozel xanimlar necesiz? Sima,Peri,Sürayyəm,Fəridəm 10:26Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40615

Qurandakı bilgilər məhduddurmu?

 

Qurandakı bilgilər məhduddurmu?



 

Quranda əsasən, ərəblərdən başqa digər qövmlərə işarə edilməmişdir. Məsələn, çinlilər, hindlilər, yaxdud amerika hinduları kimi kəşf olunmamış qövmlərdən söz açılmamışdır.

Quranda zikr olunan heyvanlar o heyvanlardır ki, bu yarımada rast gəlinənlərdir. Məsələn, çəyirtkə, dəvə və s. Heç yerdə, məsələn, bəbir, pələng, ağ ayı kimi heyvanlardan danışılmayıb.

Meyvələr də bu cürdür, zeytun, xurma, nar, əncir kimi meyvələrdən danışılmış, digər meyvələrin adları çəkilməmişdir.

Təbiət hadisələrindən də həmçinin ildırım, şimşək, tufan kimi hadisələrdən söz açılmış, qar, şaxta kimi şeylərə toxunulmamışdır.

Bu cür irada belə cavab vermək mümkündür

İlk öncə qeyd etməliyik ki, İslam dini ümumdünya və cahanşümul bir dindir. Onun xitabı Qiyamət gününə qədər bütün insanlaradır.

 

Allah Quranda buyurur: “De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm”. (Əraf, 158)

Həmçinin buyurur: “Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) kimi göndərdik”. (Səba, 28)

Habelə buyurur: “Biz səni insanlara elçi göndərdik”. (Nisa, 79)

“Ənbiya” 107-də isə buyurulur: “Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik”.

“Furqan” surəsinin 1-ci ayəsində qeyd olunur: “Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən (Allah) necə də xeyirxahdır!”

“Ənam” surəsinin 19-cu ayəsində buyurulur: “Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim”.

Həmçinin aşağıdakı ayələr də ona şahidlik edir ki, Quran təlimləri və İslam əhatəli və ümumidünyəvidir: “Səff”, 9; “Nisa”, 170; “İbrahim”, 1; “Ali İmran”, 138.

Quranda yer kürrəsinin bəzi ərazilərindən söz açılmaması, bəzi təbiət hadisələrinə, meyvələrə, heyvanat aləminə toxunulmaması qəribə bir şey deyil. Çünki Quranda işarə olunmayan başqa şeylər də vardır. Aydındır ki, bu fikir Quran üçün nöqsan sayılmır. Çünki Quran ensiklopediya kitabı deyildir. Orada hər bir şeyin adlarının olması kimi bir zərurət də yoxdur. Quran toplu kitabdır – dediyimiz zaman məqsədimiz budur ki, insanın kamala, axirət və dünya səadətinə yetişməsi üçün möhtac olduğu şeylər Quranda bəyan olmuşdur.

“Nümunə” təfsirində oxuyuruq: Quran tərbiyə və insan düzəldən bir kitabdır ki, fərd və cəmiyyətin bütün mənəvi və maddi istiqamətlərdə təkamülü üçün nazil olmuşdur. Hər o şey ki, bəşərin hidayəti üçün lazımdır, orada bəyan olmuşdur. Yoxsa, Quran böyük bir ensiklopediya kitabı deyil ki, elmin bütün hissələri, riyaziyyat, coğrafiya, kimya, fizika, biologiya və sair şeylər orada olsun.

O səbəbdəndir ki, Allah-taala buyurmuşdur: “Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik”. (Nəhl, 89)

Yəni hər o şey ki, insanların hidayəti üçün lazımdır, Quranda bəyan olmuşdur. (Nümunə təfsiri, c.11, s.361)

Allah hikmət sahibidir, heç vaxt həqiqətdən kənar deyil, əyləncə və bihudəçilik Ondan uzaqdır. Onun sözü də həqiqət və hikmətdən ayrı deyil. O özünə hərzə və bihudə libası geyindirməz. Necə ki, buyurmuşdur: “Bu, hikmətli Kitabın ayələridir”. (Yunus, 1)

“Hud” surəsinin 1-ci ayəsində buyurur: “(Bu,) Müdrik, (hər şeydən) Xəbərdar (olan Allah) tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır”.

“Yasin” surəsinin 2-ci ayəsində buyurur: “And olsun hikmətli Qurana!”

İndi aydın oldu ki, Quran hikmətli kitabdır, bir an olsun belə, hikmətdən ayrı deyil.

Diqqət etmək lazımdır ki, Quranın xitab etdiyi kəslər Quran nazil olduğu gündən Qiyamət gününədək olan bütün insanlardır. Hikmət buna hökm edir ki, bu kitabda elə kəlmə və cümlələr işlədilsin ki, bütün xitab olunanlar onu başa düşə bilsinlər. Odur ki, Quranı həm Peyğəmbərin dövründə olmuş ərəb camaat, həm də Qiyamət gününədək olacaq bütün insanlar anlaya və istifadə edə bilsinlər.

Əgər Quranda Peyğəmbər dövründəki ərəblərin başa düşə bilməyəcəyi, yaxud Peyğəmbər dövründəki ərəblərdən başqa heç kəsin anlamayacağı cümlələr və ifadələr işlədilmiş olsaydı, onda hər iki halda Qiuran mənasız və hikmətli olmaqdan çıxmış olardı.

Odur ki, Quranın cümlələrinin həmahəngliyi və məfhumlarının bir-birinə uyuşması xitab etdiyi kəslərin fəhmi ilə uyğun gəlir. Yəni nəinki Quran üçün nöqsan sayılmır, əksinə, onun səmavi və hikmətli olmasına şahidlik edir.

 

Farid Abdullah

Səslərin sayı: 0
0
810
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )