Bakıda hava 29°
USD 1.7009 AZN
EUR 2.0003 AZN
10:21Xəyalə Murad Sabahınız xeyir olsun, Əziz Qadin.Netlilər! Necəsiniz?
37589

"Sən nə gözəl unudursan adamı" (şeir)

"Sən nə gözəl unudursan adamı" (şeir)

 

Sən nə gözəl unudursan adamı...

Könlüm küsdü sevgilərin dadından,

Çoxmu gördün sən mənə bir salamı?

Elə gözəl çıxıram ki, yadından,

Sən nə gözəl unudursan adamı.

Necə sevdim, necə gəldin xoşuma,

Ötən günlər xatirədir bir udum, 

Mən haranın külün töküm başıma,

Heç bilmirəm səni necə unudum.

Hələki səbrimin daş tərəfisən.

Hələki yaramda duz saxlayıram.

Sən mənim ömrümün qış tərəfisən,

Səndən ürəyimi buz saxlayıram.

Könlüm küsdü sevgilərin dadından,

Çoxmu gördün sən mənə bir salamı?

Elə gözəl çıxıram ki yadından,

Sən nə gözəl unudursan adamı.

Vasif Zöhraboğlu
"Sən nə gözəl unudursan adamı" (şeir)


Səslərin sayı: 0
2
538
Loading...
Şərhlər
Offline
Ceylan Mumoğlu
Iceberg,
Az əvvəl müəllif sosial şəbəkədə paylaşdı ki, eyni adlı kitabı nəşr olacaq, xeyirli olsun.
18 mart 2017 10:57
Offline
Iceberg
ne maraqli seirdir)))
10 mart 2017 20:08
imza: shafaabdulla.blogspot.com
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış