Bakıda hava 14°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:25Sima cumemiz xeyirli olsun 10:45PERI herkese gunaydinnn 09:20Xəyalə Murad Sabahınız xeyirli,Cüməniz mübarək olsun,Əziz Qadin.Netlilər!
39443

Saqqız çeynəmək stressə təsir edirmi?

Saqqız çeynəmək stressə təsir edirmi?

Saqqız çeynəməyin təməli olduqca əvvəllərə gedir. Antik mayalılar və yunanlar ağac qatranlarını çeynəyirdilər. Amerika yerliləri də bu vərdişləri immiqrantlara tanıtmışdır. Ancaq qatranın yerini dövrümüzdə saqqız almışdır. Çeynəyərkən fərqində olmasaq da saqqız çeynəmək stressi azaltmaya köməklik edir.  

 

Xronik stress, yaddaşı və konsentrasiyaya pis təsir edir, çünki zehniniz təlaşlanmağa yönəlib. Sizi əsəbi edə bilir. Üzərinizdə çox yük olduğunu hiss edə bilər və depresiyaya düşə bilərsiniz. Həzm və immunitet sisteminə təsir edir, yuxu problemi  yaradır və əzələ ağrılarına səbəb ola bilir. Bir çox insan dırnaqlarını yemək kimi vərdişlərlə, ya da spirtli içki, siqaret kimi yollarla stresslə baş etməyə çalışarlar.

Stressi azaltmaq üçün bir çox üsullar mövcuddur. Bunların arasında meditasiya, dərin nəfəs alma, fiziki məşqlər və yoqa var. Araşdırmalara görə, saqqız çeynəmək stressi azaldan vasitələr arasındadır. Avstraliyada aparılan təcrübələrə görə saqqız  çeynəmək, stress hormonunun səviyyəsini aşağı salır.

 

Saqqız çeynəmək stressə təsir edirmi?

Saqqız çeynəmək stress azaltmanın digər üsullarından daha avantajlıdır. Birincisi ucuzdur, tapılması asandır və bir çox yerdə çeynəyə bilərsiniz. Ancaq səsli çeynəsəniz ətrafdakı insanları narahat etmiş olarsınız. Həmdə stressli vəziyyətdə diqqətlərini yeməyə verənlərin, kaloriyalı yeməklər yerinə şəkərli saqqızlar çeynəməklərini tövsiyyə edə bilərik. Stressi azaltmaq üçün şəkərsiz saqqız çeynəmək həm çəkiniz, həm də dişləriniz üçün yararlıdır.

Səslərin sayı: 0
0
820
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!