Bakıda hava 18°
USD 1.7025 AZN
EUR 1.8566 AZN

"Ekstrasens" Sadat (hekayə)

"Ekstrasens" Sadat (hekayə)

Gördüyü işə uyğun bir məslək adı verilməsi mümkün olmadığından 54 yaşlı Sadata mistik məsləhətçi də demək olardı. Müştərilərinə müxtəlif cür xidmət göstərirdi. Bəzilərinə kartla fala baxır, bəzilərinə qəhvə ilə, digərlərinin əlləri üzərinə öz əllərini qoyaraq nələrsə "hiss etdiyini" və gələcəkdə nələr yaşayacağını görə bildiyini iddia edirdi. Sadat hətta "o biri dünyaya getmiş" insanlarla da əlaqə yaradaraq pul qazanırdı. Müştərilərini ölülərlə danışa bildiyinə inandırmışdı. Ölmüş insanlarla danışa bilmək üçün onların toxunduğu bir əşya ilə təmasda olması lazım idi. Sadat müştərilərinə belə açıqlama vermişdi ki, əşyaya toxunmaqla, ölmüş, yaxud yaşayan insanın "ruh enerjisini" hiss edir və bu şəkildə gələcəyi görə bilirdi. Əşyaya toxunduqdan sonra bütünlüklə ona diqqət kəsilir və bir sıra trans hallara girərək onlarla danışırdı. Müştəriləri onun bunu həqiqətən etdiyinə inanırdılar, çünki yalnız onlara yaxın adamlarının biləcəyi şeyləri söylədiyindən bəhs edirdilər. 

Sadatın bu cür qabiliyyətləri hələ yeniyetməlik dövründən başlamışdı. O zamanlar da baş verəcək hadisələri tez-tez hiss edər, ya da özünə deyilməmiş, yaşanmış hadisələri danışa bilirdi. Təcrübələri arasında bir çox hadisələr olmuşdu ki, məsələn, iş saatları nizamsız olan və evə nə zaman qayıdacağı məlum olmayan anasının işdən gələcəyi vaxtı bilir və ona çay dəmləyərdi. Yaxud ev telefonuna gələn zəngin kimdən olduğunu hələ dəstəyi qaldırmadan bilirdi. Babasının öldüyü günün səhəri də pis bir şey olacağını hiss etmişdi. Günün irəli saatlarında daxilindəki qorxuya səbəb olan babasının ölüm xəbərini almışdılar. 

Sadat hər zaman ekstrasenslik təcrübələri yaşamasına baxmayaraq, fövqəltəbii hadisələr ona bu qədər maraqlı gəlmirdi. Maraq onunla birlikdə hər zaman var olsa da, qırx yaşına dolana qədər bu dərəcədə artmamış və həyatına istiqamət verməmişdi. Sadat qırxına çatdıqda ölüm haqqında daha dərin düşünməyə və təbii yolla izah oluna bilməyən şeylər üzərində çalışmağa başladı. Bu çalışmalar sayəsində öz təcrübələrini daha yaxşı anlamağa və zaman keçdikcə indiki məsləyinə, həyat tərzinə gətirib çıxaran mistik bacarıqlarının güclənməsinə səbəb oldu. 

Zaman keçdikcə, Sadat güclənirdi, artıq marağında olan qruplarda təlimlər keçir, təbiətin qanunlarına tabe olmayan hadisələr haqqında mühazirələr edərək pul qazanırdı. Bu cür söhbətlər zamanı təcrübələr və "o biri dünya" haqqındakı inanclarından bəhs edirdi. Mühazirələrdəki ünsiyyətdən xüsusi zövq alırdı, çünki özünü peyğəmbər kimi, dinləyiciləri isə səhabələri kimi hiss edirdi. Bir dəfə Bakı rayonlarından birində keçirdiyi mühazirədə min nəfərlik izdiham toplanmışdı. Bu "tamaşa" zamanı bir neçə nəfəri seçdi və onlara ölmüş yaxınlarından gəldiyini iddia edən mesajlar verdi. Dinləyicilər arasında, xüsusən də qadınlar içərisində göz yaşlarına boğulanlar da oldu. 

Daha sonra dostu Sadata Rusiyanın “TNT” kanalında ekstrasenslərə dair 6 ildir nümayiş olunan “Bitva ekstrasensov” yarışmasında iştirak etməyi təklif etdi. O da razılaşdı. Verilişdə verilən suallara Sadatın cavabları həmişə düz çıxırdı. O, rus dilini də yaxşı bilmir, buna baxmayaraq qalib oldu, Rusiya onu dəstəklədi, amma Azərbaycanda dedilər ki, bu veriliş  şoudur. Nəticədə Sadat həmin verilişdən sonra daha da məşhurlaşdı. 

"Ekstrasens" Sadat (hekayə)

Beləcə, artıq tanınmış ekstrasens hər günkü səyahətləri və "tamaşa"ları ilə günlərini başa vururdu. 

Evə döndüyündə həmişəki kimi dağınıq, nizamsız halda tör-töküntü, kirli, tozlu bir məkanla qarşılaşdı. Soyuducusunda yemək üçün heç bir ərzaq tapmadı. Gəlirlərinə və xərclərinə nəzarət edəcək zamanı da tapmırdı. Aynanın qarşısına keçib:

- Sadat, bu nə həyatdır sən yaşayırsan?

- Nolub ki, həyatıma? Bu qədər səyahət, tamaşa, pul, qazanc hələ-hələ müğənnilərdə, ulduzlarda belə olmur. 

- Kimə lazımdır axı, sənin o ulduzluğun? Sən çöldə ulduzsan, amma evində bir heçnəsən! Nə qarşılayanın var, nə yola salanın. Yaxın dost-tanışların belə səndən uzaq gəzirlər, sənə qəribə, başdan xarab bir məxluq kimi baxırlar.

- Yenə başlama! Sənlə danışmaq istəmirəm. Kəs səsini! Yorğunam! - deyib Sadat aynanın önündən çəkildi. Qonaq otağının böyük pəncərəsinə doğru getdi. Pərdəni aralayıb bayıra baxdı. Narın yağan yağış küçənin işıqları altında asfaltı parıldadırdı. 

Sadat bir xeyli bu mənzərini seyr edərək öz-özünə mırıldandı:

- O haqlı deyil, mən başqalarına kömək etmək üçün buradayam, mən insanlara lazımam, onların mənə ehtiyacı var. 

Növbəti gün özünü naxoş hiss etdiyi üçün mühazirələrini ləğv etdi, bir qədər gəzişmək istədi. Gəzişmək sadəcə bəhanə idi, əslində dünəndən ayna qaşısındakı "dostu"nun dediklərini beynində götür-qoy edirdi. "Bəlkə də haqlıdır. Bu nə cür həyat tərzidir mən yaşayıram? Bu nə axmaq gündəlik vərdişlərdir? Sanki bir çuxurun içindən çıxmaq üçün nə qədər çırpansam, bir o qədər dibə batıram". Bu düşüncələrlə addımlayarkən sürətlə gələn avtomobillə yolunun kəsişəcəyinə diqqət etmədi, bəxti gətirdi ki, ona yaxın məsafədə olan bir gənc qolundan tutaraq cəld bir şəkildə kənara çəkməyə nail ola bildi. 

- Siz yaxşısınız? Saniyələr əvvəl ölə bilərdiniz. Allah qorudu. Şükürlər olsun! 

- Nə? Hə, yaxşıyam, əlbəttə. Yox, əslində yaxşı deyiləm, bilmirəm. 

Sadat yuxudan oyanmış kimi bir halı ilə nə baş verdiyi çətinliklə anlayaraq gəncə onu xilas etdiyi üçün minnətdarlığını bildirdi. Gənc onu yaxınlıqda işlədiyi kitab mağazasına dəvət etdi. Sadat onsuz da fikirlərini dağıtmaq üçün gəzintiyə çıxmışdı, odur ki, təklifi qəbul etdi. Mağazada çay içərək bir xeyli söhbətləşdilər. Sadat elə bil ki, sehrli bir aləmə düşmüşdü. Bu gəncin enerjisinin təsirindən özünü çıxara bilmirdi, kilidlənib qalmışdı. Gəncin həyat tərzi ilə maraqlanmağa başladı, məlum oldu ki, gənc həm universitet tələbəsidir, həm də Allahın mömin bəndəsi, ibadətlərinə vaxtlı-vaxtında əməl edən, dili şükürlərlə dolu imanlı biridir. 

"Ekstrasens" Sadat (hekayə)

Kitab mağazasından ayrıldıqdan sonra Sadat sarsılmışdı. İkili hiss yaşayırdı. Həm ürəyində səbəbini anlamadığı qəribə bir sevinc hissi vardı, həm də gənclə özünü qarşılaşdıraraq utanc hissi keçirirdi. "Off, bu günlük bu qədər sıxıntı yetər!", deyərək evə tələsdi. 

Növbəti gün yenə də bütün mühazirələrini ləğv etdi. Artıq qərarını vermişdi. Birbaşa dünən onu xilas edən gəncin kitab mağazasına doğru üz tutdu.

Sadatın həyatında yeni dövr başlayırdı, o gənclə birlikdə "yenidən doğulurdu". İslamı diqqətlə araşdıraraq, hər keçən gün daha çox məlumatlar öyrənərək tövbə edib Allaha təslim oldu. Daxilən həyəcanlı bir sevincə qapılmışdı. Artıq aynadakı "dostu" onu əvvəlki kimi narahat etmirdi və onu ölümdən xilas edən gəncdən utanmırdı. Sadat xoşbəxt idi. 

28.02.2017

03:45

Səslərin sayı: 1
3
660
Digər yazılar
Şərhlər
Offline
Ceylan Mumoğlu
Ellada Babayeva,
Elədir, ancaq həqiqi ekstrasenslərin reklama ehtiyacı yoxdur, onların elmlə məşğul olanları da var və reklamdan qaçırlar.

Editor1,
Bəli, içə dönmək deyirler buna həm də. Bəyəndiyinə sevindim. give_ros
6 mart 2017 23:42
Offline
Editor1
Gözəl hekayədir. Bir növ Sadat aydınlanır. Motivasiya edən və ibrətamiz hekayədir. İnsanın özünü sorğulamalı olduğunu yadında salır. Yaşadığımız həyatda bəzən çevrilib nəyik deyə baxmalıyıq. Təşəkkür, Ceylan xanım. give_hea
6 mart 2017 22:45
Offline
Ellada Babayeva
Görücü, ekstrasens hər iksi bir - biri ilə bağlıdır. Bu cür insanların gözlərinə baxdıqda dərhal bilmək olur.. Allaha yaxın olan insanlardan onlar qorxurlar uzaq gəzirlər çünki pis qüvvələrə sitaiş edirlər.
6 mart 2017 21:10
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Ruhunuzun yaşı:
Ruhum cavandır!
Olduğum kimidir
Ruhum qocalıb!
Ruhum yoxdur
Çətin sualdır!