Bakıda hava 21°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
17:41Feride Mənde beyenmisdim amma gozu sismisdi yorgundu 14:32Xəyalə Murad Cingiz birinci yerə layiq idi.Musiqi seçimi də uğurlu olub 13:45Sima 7 ci yerde oldu peri 13:27PERI cingiz necenci yere cixdi? 13:16Ayla Ayla Yaxsi ki qadin net var vaxt kecir 13:16Ayla Ayla Allah orucumuzu qəbul elesin Necə keçirdirsiz qızlar 10:21Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
40446

Su çərşənbəniz mübarək!

Su çərşənbəniz mübarək!

Su çərşənbəsi — Novruz bayramının ilk çərşənbəsi. Bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər.

 

Su çərşənbəniz mübarək!

 

Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var. Məsələn, inanclarda deyilir:

Su çərşənbəniz mübarək!

Süfrəyə su dağılması aydınlıqdır,

Su içən adamı qəfil vurmazlar,

Su içən adamı ilan çalmaz,

Lal axan sudan keçərkən suyum irəlilə deyərlər

Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:

 

Su çərşənbəniz mübarək!

 

 

Su olan yerdə dirilik olar,

Su ehsandır,

Su murdarlıq götürməz,

Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.

Səslərin sayı: 2
4
858
Loading...
Şərhlər
Offline
Sima
bayramiz mubarek olsun love
27 fevral 2018 21:40
Offline
Iceberg
İlk çərşənbəniz xeyirli, uğurlu, bərəkətli olsun
27 fevral 2018 15:24
imza: shafaabdulla.blogspot.com
Offline
Emma Svon
Bu gün ilk çərşənbə imiş. Ay Allah vaxt necə ötdü. Hamınızın su çərşənbəsi mübarək olsun
27 fevral 2018 10:43
Offline
Xəyalə Murad
Su çərşənbəniz mübarək! Sayt sanki çiçək açıb. Səməni ana səhifəni bəzəyir. Sanki, sayta Yaz gəlib.

Su çərşənbəniz mübarək! Sayt sanki çiçək açıb. Səməni ana səhifəni bəzəyir. Sanki, sayta Yaz gəlib.
27 fevral 2018 10:40
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış