Bakıda hava 16°
USD 1.7000 AZN
EUR 1.9635 AZN
15:03PERI salam bacilar,sureyya canib necesen 12:59Surayye Yarım saatdi mesajlariniza cavab yazıram ))) 12:58Surayye İndi bildim ki məni necə çox istəyirsiz 12:51Surayye Qızlarım qizillarim necəsiz mən gəldimmmm 11:25Xəyalə Murad Yeni dərs və iş həftəsində hər birinizi salamlayıram! 10:35Sima salam sabahiz xeyir
39298

Kartoflu kürələr (foto-resept)

Kartoflu kürələr (foto-resept)

Tərkibi:

800 qram kartof

1 ədəd yumurta

500 qram mal əti

50 qram kərə yağı

300 qram xama

100 qram xırda doğranmış soğan

40 qram un

100 qram duru yağ

Qırmızı istiot, qara istiot, duz

 

Kartoflu kürələr (foto-resept)

 

Hazırlanması:

Kartofu qaynadın, təmizləyin və əzib püre halına gətirin. Kərə yağı və yumurta əlavə edin, duz istiot vurub yaxşıca qarışdırın.

Əti bişirin. Bişdikdən sonra ət maşınından keçirin. Əti kərə yağında soğanla birlikdə qızardın. Sonra duz, istiot vurub yaxşıca qarışdırın.

Püreni kiçik ölçülərdə yayın. İçinə əti qoyub bağlayın. Xırda-xırda dairələlər düzəldin.

Kartoflu kürələr (foto-resept)


Sonra onları unda və ya suxarikdə gəzdirin. Duru yağda qızardın. Boşqaba qoyun. Yanında xama qoya bilərsiniz. Üzərinə zövqə görə göyərti səpin.

 

Səslərin sayı: 3
4
2850

loading...
Şərhlər
Offline
Emma Svon
Asan imiş. Görünüşü gözəldir. Görəsən çox yağlı olmur ki?
6 fevral 2018 18:30
Offline
Xəyalə Murad
Çox dadlı görünür. Mütləq edəcəm.
6 fevral 2018 15:39
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Iceberg
Diqqətimi çəkdi. Edərəm mən bunu
6 fevral 2018 10:54
imza: shafaabdulla.blogspot.com
Offline
Qubiyeva Leman
Ela sereptdi yoxlamaga deyer. tewekkurler
6 mart 2017 23:00
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış