İranda süfrələrdə fərqli səməni olur və bu səməni ən çox mərcidən göyərdilir. Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı “həft meyvə”, yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ancaq Novruzda hazırlayırlar. “Həft meyvə” ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır.
Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşdürülür. Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq olur. Bu, quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Əllə yeyildiyinə görə bu yeməyə beşbarmaq deyilir. Tacikistanda isə Novruz martın 20-də başlayır, 3-4 gün davam edir. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür, ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verir. Özbəkistanda Novruz süfrəsi üçün nişala hazırlayırlar. Nişala şəkərdən bişirilir - ağ şokolad kimi olur.
Azərbaycanda isə adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla inamını ifadə edib. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır. Novruz bayramında papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, səməni yetişdirmək, yumurta döyüşdürmək kimi adətlər var. Ancaq bir sıra adətlər var ki, günümüzə təhrif olunmuş formada çatıb.
Folklorşünas alim, professor Məhərrəm Qasımlı da Bahar qızı, atəşdən od götürüb tonqal qalamaq kimi adətlərin qondarma olduğunu bildirdi: “Novruzla bağlı olduqca çox adətlər var ki, onlar hazırda unudulub. Novruza aid elementlərin, ünsürlərin bu gün bizə ən yaxşı halda üçdə biri gəlib çatıb. Bu dünya folklorunda da var ki, baharın gəlişi münasibəti ilə insanlar kosa ilə keçəli məsxərəyə qoyub ələ salırlar.
Onlar sırf məsğərə obrazlarıdır. Kosa da keçəl də qışın rəmzidir. Fikir versəniz görərsiniz ki, onların əyni başı tör-töküntüdür, pay dilənirlər və sairə. Burada əslində tarixi mərasim təhrif olunub. Tarixi mərasimdə kosa, keçəl, bir də keçi olmalıdır. Keçmiş rəsm əsərlərinə baxsanız görə bilərsiniz. Keçi yeni ilin, yazın rəmzi hesab edilir. Hazırda Keçini ortaya çıxarmaq çətinləşib deyə çıxarmırlar. Tarixi mərasimdə kosa ilə keçəl savaşır, meydana gələn keçi isə kosanın qarnını vurur dağıdır, keçəli isə qovub uzaqlaşdırır. Yəni köhnə ili, qışı qovub uzaqlaşdırır və özünün gəlişi ilə yazı, baharı gətirir.
Tonqal yandırma mərasiminə gəlincə bu odun ocağın şəfaverici, aydınlaşdırıcı gücü ilə bağlıdır ki, adamlar öz dərdlərini, ağırlığını, uğurluğunu tonqalın üstündə yandırır. Arınmış, durulmuş bir rolla yeni günə, yeni həyata başlayırlar. Bunun atəşpərəstliklə heç bir əlaqəsi yoxdur. Çünki atəşpərəstlərdə tonqal, od müqəddəs idi. Müqəddəs odun üstünə də adam atılıb deyər ki, ağırlığım tökülsün?! Ona görə atəşpərəstlikdəki odla Novruz bayramındakı od ayrı-ayrı şeylərdi. Novruz bayramındakı tonqalın atəşpərəstliklə heç bir əlaqəsi yoxdur”.
Xatırladaq ki, bir müddət öncə papaq atmanın yığışdırılması ilə bağlı müzakirələr aparılırdı. Folklorşünas alim isə bunun tamamilə yanlış düşüncə olduğunu deyərək papaq atma mərasiminin qədimlərə söykəndiyini bildirdi: “Papaq atma uşaqların əylənməsi üçün olan bir şeydir. Adamlar gəzişir, papaq atırdılar. Onların papağı isə qırmızı boyanmış yumurta, qorğa, konfetlə doldurulardı. Deyirlər ki, böyüklərin papağını qapıya atmaq olmaz. Bu düz fikirdir. Ancaq qapıya atılan böyüklərin yox, uşaqların papağı olur.
Kimlərsə özündən nəsə uydurur ki, papağın yerinə kağız və torba atılsın, bu gülməlidir. Tarixə nəzər salsaq bu adətin olduğunu görərik. Qeyrət rəmzi böyüklərin papağı sayılır, uşaqların yox. Novruz bayramında gedib atəşdən od gətirirlər. Bu, qondarma, uydurma bir şeydir. Bu bizim mədəniyyətimizə yamaqdır. Bahar qızı da sovet hökuməti dövründə uydurulmuş və Novruz bayramına yamanmış bir şeydir. Azərbaycan ailəsində kim öz qızını qoyar ki, bahar qızı kimi çıxıb ortada oynasın. Milli mentalitet tarixi ona uyğun deyildi”.
Günel Manaflı
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Körpə ağlamağında gizlənən fayda
İctimai yerlərdə bu sayda toplaşmaq olar - YENİ QƏRAR
Şeyma Subaşı sevgilisindən ayrıldı
İnkişaf etmək üçün 30 vərdiş
İnstaqram Madonnaya qadağa qoydu
Hava soyuyacaq
Tarkan izləyicilərindən kömək istədi
Hollivudun məşhur prodüserinə 23 il həbs cəzası verildi
Qızıl xeyli bahalaşdı
Sabahın HAVAsı
Alimlər teleskopla yadplanetliləri izlədi – İnanılmaz olay
Hansı yağ hansı dəri tipinə faydalıdır?
Saçları gurlaşdıran bildirçin yumurtası
Cütlüyün təyyarə sərgüzəştləri təəccübləndirir-FOTO
Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı
"Üç qəhrəman" tortu (foto-resept)
Paltar yuyan zaman yol verilən 8 səhv
Bayram günü ABŞ və Kanadada yarım milyon ev qaranlıqda qaldı
Nigar Rəfibəylinin 100 illik yubileyi keçiriləcək
Məşhur aktyor yeni "Batman" olacaq-FOTO
Alimlərdən koronavirusla bağlı şok iddia: D vitamini...
Ev dekorasiyasında öz tərzinizi yaratmağın yolları
Dünyada ilk selfi muzeyi açıldı – FOTO
Castin Biber evlənəndən bir il sonra TOY etdi-FOTO
Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxdu 42 nəfər sağaldı - RƏSMİ
8 ildir qəbul olunan qanun niyə hələ də işləmir?
Bakıda istifadəyə yararlı çimərliklər açıqlandı - SİYAHI
Azərbaycan Kuboku: 1/8 final oyunları
Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi
Bulvarda 15 gün "Lazer şou" olacaq
Ən mükəmməl əsərlərin siyahısı açıqlandı
Oyun zamanı "Qarabağ"dan sürpriz
ABŞ-da seçkilərdə fransız buldoq qazandı
27 sentyabr Azərbaycanda Anım Günü elan olundu - SƏRƏNCAM
Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektur təqdimatı keçiriləcək
Sükan arxasında mürgüləmək ölümə aparır
Şahzadə Diananın avtomobili Satışa Çıxarıldı - ŞOK MƏBLƏДћ
Dərviş Kiyevi partladır və kəsək daşa ağlayanda
Roma imperiyası dövrünə aid yaşayış məskəni tapıldı
Sabah Milli Məclis 10 məsələyə baxacaq
Millət vəkili Ramil Səfərovun evində
Televizorsuz həyat varmı?
Cəbhədən son məlumatlar - VİDEO
Üzən dövlət nə vaxt hazır olacaq?
Perseid meteor yağışından sonra baş verənlər sakinləri qorxutdu - VİDEO
Unutqanlıq üçün faydalı olan qidalar
İşıq saçan delfinlər peyda oldu – VİDEO
Yumoristik FOTOlar
Ərdoğan Qarabağa görə Moskvaya gedir
II və III ixtisas qruplarına qəbul imtahanının nəticələri elan edilib