"Pul tələb etdim, dedi, yoxumdur, pensiyamı almamışam"
Fevralın 25-i, gecə saat 03:00 radələrində Şəmkir rayonunun mərkəzində Məmmədəli Əhmədov küçəsi, ev 143 ünvanında Valentina Tağıyevaya məxsus fərdi yaşayış evində cinayət hadisəsi baş verib.
ARB Kəpəz xəbər verir ki, bir nəfər şəxs heç kimin olmadığını zənn edərək oğurluq məqsədi ilə evə daxil olub.
Əvvəlcə dəmir barmaqlıqlar, sonra isə evdə olan 80 yaşlı qadın çağırılmamış qonağın arzusunu ürəyində qoyub.
Soyğunçuluq edən şəxs əvvəlcə bu mənzilə daxil olmaq istəyib. Ancaq dəmir barmaqlıqların olması onun işini çətinləşdirib. Bu səbəbdən də digər ünvana üz tutub. Burada isə həmin şəxsin qarşısını şüşə pəncərələr kəsib.
Pəncərəni sındıraraq içəri daxil olan "qəhrəman" daha bir maneəyə rast gəlib. Bu dəfə ev sahibi Valentina Tağıyeva oğrunun qarşısına çıxıb. Planlarının alt-üst olduğunu görən çağırılmayan qonaq gücünü işə salaraq yaşlı qadını döyüb. Ancaq 80 yaşı olmasına baxmayaraq, ev sahibi gücünə güc qataraq qarətçiyə müqavimət göstərə bilib. Yaşlı qadından pul tələb edən həmin şəxs istədiyini əldə edə bilməyincə ünvanı tərk edib.
Valentina Tağıyeva - zərərçəkən şəxs: "İçəri girib üzümə işıq saldı. Ağzını açan kimi dedi, pul ver. Dedim pulum yoxdur, çıx get. Sabah pensiyamı alacam, istəsən, de, verim. Bircə çıx get. O da dedi, yox, pul haradadır, yerini de. Başımdan vurdu, özümü itirdim".
Lakin Şəmkir polisi qadını sağlamlığından edən şəxsi elə də uzaqda deyil, qonşuluqda tapıb. Çünki 31 yaşlı Emin Namazov Valentina Tağıyevanın qonşusu olub.
Emin Namazov əməlini səmimi etiraf edib və ifadəsində 80 yaşlı qadının evdə olmasından xəbərsiz olduğunu deyib. Sərxoş olduğunu bəhanə edərək özünü sudan quru çıxartmağa çalışıb.
Emin Namazov - saxlanılan şəxs: "Birinci o biri evə getdim, qapı bağlı idi. Sonra gəlib bu biri evin pəncərəsini sındırdım. İçəri keçəndən sonra evdən bir nəfər üstümə gəldi. Gələndə bundan mən pul tələb etdim, dedi, yoxumdur. Pensiyamı almamışam".
Əvvəllər bir dəfə məhkumluq həyatı yaşayan Emin Namazovun, görünür, ilk cəzası yüngül olub. Bu dəfə isə günahı tam sübuta yetirilərsə, onu daha ağır cəza gözləyir.
Milli.Az
XƏBƏR LENTİ
Tətil üçün don modelləri
İşias - kimdən yan keçib?
Ramazan ayı ilə bağlı fətva verildi
Yalnızlıq hissindən necə xilas olmalı?
İstirahət gününün HAVASI
"U" və "Ü" hərfləri ilə başlayan adların mənası
Əfsanəvi muğam ustadımızın ad günüdür
Bu hiylələr çox işinizə yarayacaq
Ali məktəb məzunlarının öz ixtisaslarına uyğun işlə təmin olunması göstəricisi üzrə reytinq hazırlana bilər
Çinin nağıllar aləmi
Xoşbəxtlik vaxtsız ölüm riskini azaldaraq ömrü uzadır
Koronavirusla bağlı son STATİSTİKA
Dəbli qızıl sırğalar
İdmanla stresdən uzaq olun
Energetik içkilər haqqında 10 həqiqət
Azərbaycanda bu ərzaqlar ucuzlaşdı
Hava haqqında
Süd vəzi xərçəngi
Günün qoroskopu: xırda işlərə görə inciməyin
"Borussiya"dan türk əsilli futbolçuya fantastik təklif
Uşaqlar üçün yay geyimləri
Əzələlər və stress
Yaz-yay geyimləri
“Bu gün yeni dövr başlayır”
ATƏT Serbiyanın dövlət başçısının da açılışa qatılacağını açıqlayıb
Azərbaycanlı Olimpiya çempionu deyilənlərə cavab verdi
Tbilisidəki televiziya qülləsi bayrağımızın rənglərinə boyandı
Qızına oxuduğu mahnı "TikTok"da rekord qırdı
Fransa Liqası: 7 oyunda qol yağışı
Bakı metrosu ilə bağlı qadağa
BÜRCLƏR bizə nə vəd edir? - 27 APREL
Məşhur akyorun yeni sevgilisi diqqət çəkdi-FOTO
İran Türkiyədən kömək istəyir
Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər...
Dünya 100 il əvvəl
Oskar gecəsinin aksesuar seçimləri
Dünyanın ən yağışlı yeri
18 yaşlı müğənninin albomu İlin Ən Yaxşısı seçildi-FOTO
1 kilo arıqlamaq üçün neçə saat yeriyək?
Azərbaycandan 200-ə yaxın insan Həccə getmək istəyir
Sadə badımcan salatı (foto resept)
Fahriye oğluna lay-lay oxudu - VİDEO
Elmin çarəsiz qaldığı sadə suallar
Döymələrinə görə işdən çıxdı
Dünyadan Qurban Bayramı mənzərələri
Çingiz Mustafayevin oğlu da Moto Festivalda iştirak edir
Mən orucluyam!
“Kuruluş Osman”da yeni aktrisa
2011-2012-ci ilin dəbdə olacaq çəkmələri
Putin 7 rayonu necə qaytarır?