Dünyada Məhəmməd peyğəmbərlə bağlı ilk film 1920-ci illərdə çəkiləcəkmiş.
Milli.Az publika.az-a istinadən bildirir ki, bu iddia ilə Türkiyədə kino üzrə araşdırmaçı Alican Sekmeç çıxış edib.
Onun sözlərinə görə, 1924-cü ildə Amerikanın məşhur kino ulduzu Betti Bluz və rejissor Edvard Jose türkiyəli ssenarist Vedat Örfi Büngü ilə tanış olub: "Onlar Bengüdən Məhəmməd peyğəmbərin həyatı ilə bağlı ssenari yazmasını istəyirlər. Bengü 1925-ci ilin ilk aylarında ssenarini başa çatdırdı və 10 min frank aldı. O, filmdə baş rolu misirli Yusif Vehbiyə təklif etdi. Lakin Vehbi təklifi qəbul etmədi. Belə olanda filmi çəkən şirkət Almaniyadan Krausu və Bengünü Misirə göndərdi. Onlar Vehbini razı saldılar. 1948-ci ildə Bengü danışır ki, filmin adı "L'Amour de l'Emir" (Əmirin eşqi) olacaqmış. Bu filmə misirli rəsmilər də dəstək verəcəklərini deyiblər. Lakin filmin çəkilişləri baş tutmur".
A.Sekmeç bildirib ki, buna səbəb Misirin müftilər şurasının filmə qarşı çıxması olub.
"1926-cı ilin 17 mayında Qahirədə dərc olunan "El-Masrah" jurnalında yayımlanan imzasız xəbər Misir üləmalarını hərəkətə keçirmişdi. Yazıda "beynəlxalq bir film şirkəti Misirə gəldi və Məhəmməd peyğəmbərin filmini çəkəcək. Yusif Vehbi Həzrət Məhəmmədi oynayacaq. Bu rol üçün Yusif Vehbidən foto istənilib, o da verib" deyə bildirilir. Vehbidən foto istənilməsi bu ehtimalı ortaya çıxarırdı ki, filmdə peyğəmbərin üzü də çəkiləcəkmiş", - deyə o bildirib.
A.Sekmeç qeyd edib ki, bu xəbərlərdən sonra Vedat Örfi Bengü və komandası Misirdə həbs olundular: "24 gün həbsxanada qaldılar. Film çəkilişindən imtina edəndən sonra azadlığa buraxıldılar. Beləliklə, həmin ssenari çəkilmədi".
Qeyd edək ki, Məhəmməd peyğəmbərin həytından bəhs edən yeganə film "Çağrı" 1976-cı ildə çəkilib.
Milli.Az
XƏBƏR LENTİ
Həmişə gənc qalın
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Şahzadə Harri və Meqan Markl titullarından məhrum olacaqlar-SƏBƏB
Koronavirusdan sağalanlar təkrar yoluxa bilərmi? - Həkim
Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib
AMEA-da akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub
Saç boyası seçərkən bunlara diqqət edin
Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü: Yoluxma sayı 341-ə düşdü
İnternetdə böyük fasilə oldu
Yunanıstan hökumətinin Milli Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı
Yeni iPhone-un Çin "əkiz"i çıxdı
BÜRCLƏR bizə nə vəd edir?-12 İyul
Hazal Kaya xəstəliyindən danışdı-FOTO
Azərbaycanda zəlzələ oldu
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxdu - RƏSMİ + VİDEO
Rəngli corabları nə ilə geyməli?
Mənasız dizayn nümunələri
Google Translate-də sinxron tərcümə olacaq
Meyvə və tərəvəzlərdən qızına geyim hazırladı
İki Dünya Mübaribəsi və üç epidemiyadan sağ qalan 103 yaşlı qadın
Avatarlar 2-ci hissə
Doğuşdan qorxuram
"Azərbaycan futbol ölkəsinə çevrilmək istəyir"
Pulları ilə toy etmək yerinə Afrikaya gedən cütlük
Azərbaycan yeni gəmini istismara verməyə hazırlaşır
Məşhur aktyorun həbs əmri çıxdı-SƏBƏB
Ronaldonun Böyük Yalanı üzə çıxdı-FOTO
Sport ayaqqabılar
Ramazanın 25-ci günüС‚ duası
Sərhədkeçməyə məhdudiyyət siyahısına əlavələr edilib
Qulaq plastikası - Otoplastika haqqında
Irina Şeykdən ilk çimərlik FOTOsessiyası
Uzun ömürlü münasibət üçün...
Ərdoğan "soyqırımı" tanımağa hazırlaşır?
Qeyri-adi makiyajlar
Hörüklü saç düzümləri
TQDK şagirdlərə müraciət edib
Heç vaxt işləməyib pensiya almaq olarmı?
Aİ-dən Dağlıq Qarabağla bağlı AÇIQLAMA
Gül formalı ananas (foto resept)
Qara tut mürəbbəsi (foto-resept)
Sabiq prezidentlərdən başsağlığı
Gəlin saç modelləri
2013-cü ilin ən yaxşı payız ətirləri
"Qalatasaray"dan transfer bombası
Kəbədə ölənlərin sayı 107 oldu
Rumıniya tarixində ilk dəfə qadın baş nazir olub
Təbii məhsul,işlənmiş məhsul
Dünyaca məşhur cütlük boşanır
Məşhur aktyor evləndi-FOTO