Bakıda hava 16°
USD 1.7000 AZN
EUR 1.9635 AZN
15:03PERI salam bacilar,sureyya canib necesen 12:59Surayye Yarım saatdi mesajlariniza cavab yazıram ))) 12:58Surayye İndi bildim ki məni necə çox istəyirsiz 12:51Surayye Qızlarım qizillarim necəsiz mən gəldimmmm 11:25Xəyalə Murad Yeni dərs və iş həftəsində hər birinizi salamlayıram! 10:35Sima salam sabahiz xeyir
39298

İntiharların 15 ümumi səbəbləri (2)

İntiharların 15 ümumi səbəbləri (2)

6. Yemək yemə pozuntusu

Bir çox yemək pozuntuları şəxsdə özgüvən əksikliyi və düşüncədə mənfi fiziki görünüş yaradır. Yemək pozuntusu olan şəxslər ünsiyyət problemləri ilə, dəhşətli emosiyalarla yaxud eyniyyət krizi ilə mübarizə aparmalı olurlar. Bulmiya, kompulsiv yemək pozuntusu və vasvasılıq kimi pozuntular fiziki və psixi sağlamlığa mənfi təsir edir.

Kasad qida menusu olan pəhrizlərə başa vurmaq yemək pozuntusu olan şəxslərdə intihar düşüncələri, depresiyaya və mənfi emosiyalar yaradır. Pəhriz doğru olduğu təqdirdə şəxsdə psixi təkmilləşmə də müşahidə olunur. Əlavə olaraq, yemək pozuntusu olan şəxslər terapiya alsalar daha yaxşı olar.

7. İşsizlik

İşsizlik təcrid olunma və həyati məqsədi itirmək kimi hislər yaradır. Zəif iqtisadiyyat, bir çox insanın işini itirməsinə yaxud yeni iş axtarmasına səbəb olur ki, bu da insanları bir yarış içinə salır. İşsizlik insanlarda depresiya yaradır.

İşsiz olan fərdə borclarına və vergini ödəyə bilmədiyinə görə stressə girir. Pul qazana bilməmək və ailəni təmin edə bilməmək depresiya və təşviş yaradır. Əlavə olaraq, cari işə olan nifrət və başqa çıxış yolu olmaması da intihar düşüncələri yaradır.

İşləmək özünü hansısa qrupa və yerə aid hiss etməkdir. İşsizlik özü ilə bərabər cəmiyyətdən təcrid olunma hissini də gətirir.

8. Sosial təcrid/Yalnızlıq

Cəmiyyətdən təcrid olunma şəxsdə depresiya yaradır və intihar düşüncələri yaranmağa başlayır. İnsanlar ünsiyyət qurmaq və əlaqə yaratmaq hər insanın ən əsas ehtiyaclarındandır. Sosial əlaqələri qırılmış insan, özünü yalnız hiss etməyə başlayır və intihar düşüncələri artır. Yalnızlığın ən əsas hissi kədərdir, bunun nəticəsində insan özünü tənha yaxud digərlərindən qopmuş kimi hiss edir.

Təcrid olunma öz ətraf mühitindən ayrılmadır. Bəzi insanlar müəyyən səbəblərdən (işə görə) yaxud şəxsi qərarlarına görə təcrid olunurlar. Yalnız hiss etməyin səbəblərinə bunlar daxildir: tək yaşamaq, yaxın dostun yaxud ailə üzvünün ölmü, qeyri-sağlam orqanizmə sahib olmaq, psixi xəstəlik, özünə qapanıq olmaq, imtina edilmək qorxusu, təqaüdə çıxmaq.

Digərlərindən təcrid olunmuş halda yaşamaq ardıcıl psixi problemlər, enerji itirilməsinə, mənfi hislər, yuxu problemləri yaradır. Özünü təcrid olunmuş hiss edən insanlar vəziyyətdən qaça bilməyəndə intihara əl atırlar.

9. Münasibət problemləri

Bir çox insan münasibətlərin daxilində, münasibətdə təhqir olunmaqla, dəyərsizliklə və ayrılıqla döyüşür. Müxtəlif tip münasibətlərdə şəxslər mübarizə halındadır. Bəzi insanların dostluq əlaqələri qurmaq və sosial münasibətlər qurmaqda çətinlik çəkirlər. Digərləri isə dəyərsiz vəziyyətə düşdükləri münasibətləri saxlayaraq, özlərini yalnız və təcrid olunmuş hiss edirlər.

Bəzi insanlar hər hansı münasibətlər qurmağa can atarkən, digərləri bir başqa insanla münasibətdə olmağı təhqir hesab edir. Romantik münasibətlərdə narahat bir halın yaranması yaxud ayrılığın baş verməsi şəxsdə depresiya, təşviş, günahkarlıq, panika yaxud emosional ağrı yarada bilir. Mətbuatda çox vaxt ayrılığa görə intihar edən insanların xəbərini oxuyuruq.

Lezbi, Gey, Biseksual və transeksual çox vaxt ailəsinin reaksiyasına görə intihara təşəbbüs edir. Xüsusilə, hetroseksuala olan hislər böyük stress yaradır.

10. Genetika

İntihar riskləri arasında genetika və ailə tarixi də dayanır. Ailəsində intihar halları olan insanların intihara cəhd halları daha çox olur. Həmçinin, irsi xroniki depresiyası olan insanlar da intihar riski daşıyırlar. Nəsildə intihar halları olanda, intiharla əlaqəli davranışlara rast gəlinir.

İntihar riskini artıran irsi əlamətlər: aqresiya, boderline şəxsiyyət pozuntusu, stress həssaslığı.

11. Var olma krizi

Həyat boş görünməyə başlayanda, insan özünə niyə yaşadığı sualını verir. Bu özü ilə bərabər "var olma krizini" gətirir, həyatın mənasını axtarmaq çox insan üçün asan məsələ deyil. Bəzi insanlar bu sualla boşluğa daxil olduqları üçün intihara cəhd edirlər.

Bu kriz xroniki depresiya, travma, yarada bilir.

12. Ölümcül xəstəlik

Ölümcül xəstəliyə tutulmuş bir çox insanın vəziyyətin düzələcəyinə ümidi olmadığı üçün ağır depresiyaya düşə bilir. Bu depresiya adətən vəziyyət qarşısında özünü gücsüz hiss etməkdən qaynaqlanır.

Ölümcül xəstəliklər, xərçəng kimi şəxsdə adətən frustrasiya, şoka düşmə və ümidsizlik yaradır. Belə insanlar bəzən evtanaziyaya əl atırlar. Bunun üçün evtanaziyanın qanuni olduğu ölkələrə səfər edirlər.

13. Xroniki ağrı

Əgər sizin xroniki ağrılarınız varsa, bu deməkdir ki, 3 və ya 6 ay ərzində ağrılarınız günlük dayanmadan davam edir. Bu ağrı şəxsin günlük funksiyalarını zədələyir, hətta psixi xəstəliyə kimi gətirib çıxara bilir. Onlar günlük yaranan ümumi acizlikdən qaça bilmirlər.

Onlar ağrı kəsicilərdən istifadə edirlər, lakin bu müalicə üsulu deyil, bir çox insan bu ağrıya dözməyi seçir. Günlük ağrılar bəzi insanlarda depresiya yaradır, bəzi hallarda da intiharla nəticələnir.

14. Maliyyə problemləri

Maliyyə vəziyəti ilə mübarizə aparan insanların, bəzən borcları və vergiləri bitməyən kimi görünür. Maliyyə stressi insanı psixi xəstəliyə kimi aparır. Hətta milyonerlərin də intahar etdiyi hallara rast gəlinir, çünki onlar vaxtlarını çoxunu pulla keçirir, daim iflas etmək təhlükəsi var. İqtisadi çətinliklər, işsizlik maliyyə stressini artırır, lakin işiniz olduğu halda maliyyə problemləriniz ola bilir.

Yığılıb qalmış borclar, bahalı alış-veriş və tibbi dərmanların yaratdığı maliyyə halı uçuruma düşəndə, şəxsdə panika və intihar düşüncələri yarana bilir. Maliyyə problemləri işləməklə həll olduğu halda, çox insan bu vəziyyətin öhdəsindən gələ biləməcəyindən qorxurlar

15. Resept dərmanları

Antidepressant dərmanlar çox vaxt xəstələrdə intihar ideyaları yaradır. Başqa sözlə, bu dərmanlar nörotransmiterlərə (sinirlər arasında əlaqəni təmin edir, sinirlərdən gələn siqnalı başqa orqanların anlamasını təmin edir.) təsir edir və intihar riskini artırır. Bu dərmanlar kimyəvi balansı pozduğu üçün depresiya yaranır.

Kimyəvi balans adətən nörotransmiterlər görə dəyişir.

İnsanda intihar etmək arzuları yaradan digər psixotorop dərmanlara daxildir: antipsixotik və benzindiazepines.

Bəzi insanlar niyə bu vəziyyətlərdə özlərini öldürməyi seçirlər?

Özünü tələyə düşmüş kimi hiss etmək və bu vəziyyətin öhdəsindən gələ bilməmək intihara sürükləyir. Psixi xəstəliyi, travması yaxud məktəb vaxtı zorakılığa məruz qalan şəxs bunların öhdəsindən gəlməlidir. Bunların öhdəsindən gələ bilməyəndə, ümidsizliyə düşürük və intihar hissi qəlbimizi bürüyür.

Biz bilməliyik ki, ağrı həyatın qaçılmaz bir hissəsidir, hər kəs bununla fərqli formada üzləşir. Hər gün ağrıdan qaçmaq yaşamağı mümkünsüz hala gətirir. Əgər intihar düşüncələrinə qapılmısansa, nə edə biləcəyinə bax. Ağrını rədd etmək üçün mütləq bir yol vardır.

Əgər tanıdığınız birində intihar istəyi varsa, mütləq profesional yardım alın.

Ingilis dilindən tərcümə: Aida Ustaclı

Səslərin sayı: 0
2
951

loading...
Şərhlər
Offline
Iceberg
son kose yazimda bu barede fikirlerimi bildirmisem
1 aprel 2017 10:06
imza: shafaabdulla.blogspot.com
Offline
Luna
Maraqlı xəbərə görə təşəkkürlər.
29 mart 2017 18:05
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!