“Fatihə” surəsinin nazil olma səbəbi, məqsəd və hədəfləri
Bütün surələrin və Quran ayələrinin nazil olma səbəbinə malik olmasının heç bir zərurəti yoxdur. Barəsində nazil olma səbəbi nəql olunmayan surələrdən biri də “Fatihə” surəsi və onun ayələridir. “Fatihə” surəsinin yeddi ayəsi vardır ki, hər bir ayə mühüm bir mətləbə işarə edir.
Bu surənin ayələri Allah, Onun atributları, Allahın rübubiyyəti (Rəbb olması), məad mövzusu, həqiqət yolunu tanımaq və bu yolda addımlamağı diləməkdir. Həmçinin Allah övliyalarının yolunu davam etdirmək istəyini bildirmək, azğınların və qəzəbə düçar olanlardan uzaq olmağı biruzə verməkdir. Bu surə iki hissəyə ayrılır. Bir hissəsi Allaha həmd-sənadan söz açır, bir hissəsi isə bəndənin ehtiyaclarından.
Bu surənin təlim və dərslərinin toplusu xülasə şəklində bu cürdür:
1 – İnsan “Fatihə” surəsini tilavət edərkən “Bismillah” deməklə ümidini Allahdan qeyrisindən kəsir. Bu ayə hər bir işin başlanğıcıdır. Həmçinin hər bir işə başlayarkən Allahın pak zatından mədəd ummaqdır.
2 – “Aləmlərin Rəbbi” – bir dərsdir ki, bütün nemətlərin qayıdışını, bütün varlıqların tərbiyə edilməsi Allah ilə əlaqələndirir. Bütün bu bəxşişlərin ilahi pak zatdan qaynaqlandığına diqqət çəkir.
3 – “Rəhman və Rəhim” – Rəbbin geniş rəhmətinin göstəricisidir. Bu ayə əslində bir nöqtəni də açıqlayır ki, xilqətin əsası, tərbiyəsi və hakimiyyəti rəhmət və mehribanlıq əsasındadıt. Aləmin tərbiyə nizamının mehvərini elə bu əsas təşkil edir.
4 – “Din gününün maliki” – gələcəklə bağlı qəfləti insandan uzaqlaşdırır. Bu ayə, əslində məad gününü xatırlatmadır. Həmçinin əməllərin mükafatını almağı, Allahın böyük bir ədalət məhkəməsində olan hakimiyyəti insanın yadına salır.
5 – “Yalnız Sənə ibadət edir və səndən yardım umuruq” – insanların əməllərində və arxalanacağı nöqtədə olan tövhidin göstəricisidir. “Yalnız Sənə ibadət edirik” riya və şöhrətpərəstliyin qarşısını alır, “Səndən yardım umuruq” isə kömək diləməyi yalnız Allahdan ummaqla məhdudlaşdırır. Habelə ilahi qüdrətdən savayı özgə bir qüdrətdən çəkinib qorxmamağı öyrədir.
6 – “Nemət vermisən” – insanların diqqətini ona çəkir ki, bütün nemətlər Allahın əlindədir.
7 – “Bizi hidayət et” – deməklə insan haqq və doğrucul yolda ona yol göstərilməsini diləyir.
8 – “Nemət verdiyin kəslərin yoluna” ifadəsində həqiqət rəhbərləri ilə birlikdə olduğunu bildirir. Bu ayən bəndələrin hidayət məsələsinə ehtiyac və eşqini daha aydın bəyan edir. Həmçinin diqqəti bu həqiqətə çəkir ki, hidayətlərin hamısı Allah tərəfindəndir.
9 – Ayənin axırı “Doğru yol”u (Siratul-müstəqim) daha aydın təsvir edir. O da budur ki, bu yol Allah tərəfindən nemət verilmiş kəslərin yoludur. Bu yol qəzəbə düçar olmuşların, sapqınların yolu deyil.
10 – “Qəzəbə düçar olunmuşların deyil” və “nə də azğınların” – cümləsi batil və onun əhlindən uzaq durmağı büruzə verir. (Məkarim Şirazi, “Nümunə” təfsiri; Möhsin Qəraəti, “Nur” təfsiri)
Sonda demək lazımdır ki, Allah Rəsulundan nəql olunan bu rəvayət adıçəkilən surənin təlim və ümumi hədəflərini açıq şəkildə izah edir: “Allah-taala buyurur: “Mən “Həmd” surəsini Özümlə bəndəm arasında bölmüşəm. Yarısı Mənə, yarısı isə bəndəmə aiddir. Bəndəmin haqqı çatır ki, hər nə istəsə Məndən istəsin”. Bəndə “Rəhman, Rəhim Allahın adı ilə” dedikdə Allah buyurar: “Bəndəm Mənim adımla başlanğıc etmişdir və Mənim üzərimdədir ki, onun işlərini sona çatdırım, bütün hallarda onu bərəkətli edim. Bəndə “Həmd aləmlərin Rəbbi Allaha məxsusdur” – dedikdə Allah buyurar: “Bəndəm Mənə həmd-səna etmişdir. O bilir ki, malik olduğu nemətlər Mənim tərəfimdəndir. Bəlaları da Mən ondan uzaq edə bilərəm. Sizi şahid tuturam ki, Mən axirət diyarının nemətlərini onun dünya nemətlərindən daha çox edərəm. O aləmin bəlalarını da ondan uzaqlaşdıraram. Necə ki, dünya bəlalarını ondan dəf etmişəm”. Bəndə “(O Allah ki,) Rəhman, Rəhimdir” – dedikdə Allah buyurar: “Bəndəm şahidlik edir ki, Mən Rəhman və Rəhiməm. Mən də sizi şahid tuturam ki, onun bəhrəsinin rəhmətimdən artırar, payını ətamdan çoxaldaram”. “Din günühnün malikidir” – dedikdə Allah buyurar: “O, cəza gününün malikiyyəti və hakimiyyətinin Mənim tərəfindən olduğunu etiraf etmişdir, Mən də hesab günü onun hesabını asan, yaxşılıqlarını qəbul edər, günah və xətalarından keçərəm”. Bəndə “Yalnız Sənə ibadət edirik” – dedikdə Allah buyurar: “Bəndəm düz deyir. Yalnız Mənə ibadət edir. Mən sizi bu xalis ibadətə şahid tuturam ki, ona elə bir savab verərəm, bununla müxalifətçilik edən hər kəs onun halına qibtə edər”. Bəndə “Səndən köməklik umuruq” – dedikdə Allah buyurar: “Bəndəm Məndən yardım istəmiş və yalnız Mənə sığınmışdır. Şahid olun ki, Mən ona işlərində köməklik göstərəcəyəm. Çətinliklərdə fəryadına çatacağam. Pərişan durumunda isə əlindən tutacağam”. “Bizi doğru yola yönəlt” (surənin axırına qədər) dedikdə isə Allah deyər: “Bəndəmin bu diləyi qəbul edilmişdir. O, Məndən hər nə istəsə, cavab verəcəyəm. Nəyə ümid bəsləyirsə, ona bağışlayacağam. Nədən qorxursa ona əmin-amanlıq verəcəyəm”. (Şeyx Səduq, “Uyunu əxbarir-Rza”)
Farid Abdullah
XƏBƏR LENTİ
Cazibədar futbol aparıcısı efirə çimərlik paltarında çıxdı
6 yaşlı uşaq ayda 3 milyon dollar qazanır-FOTO
Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - VİDEO
104 yaşlı Nobel mükafatçısından 100 il yaşamağın SİRLƏRİ... - FOTO
Sabahın HAVAsı
Meyvəli dondurma (foto resept)
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək? - Rəsmi cavab
Azərbaycanda koronavirusa daha 28 yoluxma qeydə alındı, 59 nəfər sağaldı
Uşağınızın danışmasını sürətləndirin
Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü olub
Gənclər üçün ailə paketləri
Müdafiə Nazirliyindən Azərbaycandakı türkiyəli hərbçilərlə bağlı AÇIQLAMA - VİDEO
Xəstələnmək qorxusu xəstəliyi
"Sen anlat Karadeniz"-in Nefesi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bakıda evlər ucuzlaşdı
Bu gecə ən çox yağıntı hara düşüb?
HAVA necə olacaq?
Dəbli geyimlər - 2-ci hissə
“Avroviziya”nın qalibi bəlli oldu
Saç rəngini təbii yolla açan üsul
DİM sədri abituriyentlərə müraciət etdi: “Başqalarının yerlərini tutmayın”
Girovlarımıza ev verildi
18 yaşlı şəhidimizin son sözləri: “Elə ki, evə çatdım məni bərk qucaqla” - VİDEO
İlanların qovladığı iquananın videosu mükafata layiq görüldü
Zəvvarların növbəti qrupu yola düşdü
Heydər Əliyev Mərkəzində “Əbədi sevgi” qala konserti təqdim edilib
Toxunma şal nümunələri
Rəqs etdiyi üçün həbs edilən qadın
Möhtəşəm divan dəstləri
Kökəlməyin sirləri
Disneyland
Gözəl olmaq istədi canından oldu-FOTO
Pınar Altuğun son FOTOsu sevənlərini məyus etdi
Kosmosun gizli bombası: Yerə təhlükə yaxınlaşır
Acunu məhkəməyə verdi-SƏBƏB
Bakıda həbs edilən azərbaycanlı səfirlə bağlı yeni QƏRAR
Bakı-Sumqayıt yolunda tıxaca son: vaxt açıqlandı
Xaricə getmək istəyənlər üçün "yaşıl işıq"
Britaniyalılar qəhvə ilə inqilab edirlər
HAVA necə olacaq?-4 yanvar
Atəşkəsdən 21 il ötür
İdmançımız Dünya çempionatının medalçısı oldu
Mayli Sayrus onunla da ayrıldı
Aldıqları villa cütlük üçün əsil kabusa çevrildi - FOTO
Mətbəx mebelləri
Yeni mobil operator - "WhatSim"
Azərbaycanda güclü vulkan püskürdü
İnsanın evi onun üçün cənnətdir, cənnət də olmalıdır...
Xronologiya
Tərəvəzli gül boxçalar (foto resept)