Əmirəl-möminin (ə) buyurur: "Axmaq qarşısında sükut etmək, ona cavab verməkdən daha yaxşıdır".
Danışmaq və susmaqla bağlı psixoloqlar tədqiqat aparıblar və bilmək istəyiblər ki, onlardan hansı daha yaxşıdır. İnsanı çox danışmağa nə vadar edir? Qadınlar çox danışır, yoxsa kişilər? Bu tədqiqat göstərmişdir ki, qadınlar kişilərə nisbətən çox danışırlar. Buna görə də araşdırma aparılır ki, bəs səbəbi nədir? Nəticəsi bu olur ki, qadınlar fitri olaraq kişilərdən daha çox danışırlar.
Lakin demək olmaz ki, danışmaq və ya susmaq ictimai və fərdi rabitələrdə daha çox təsirə malikdir. Hər biri ictimai məharət hesab olunur. Hər biri öz yerində xüsusi təsirə malikdir. Bəzən özümüzə dost tapmaq istəyirik, bu zaman gərək danışaq. O zaman ki, başqasının sözlərinə qulaq veririk - gərək susaq.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ümumi olaraq İslamın nəzərinə görə deyə bilmərik ki, birmənalı olaraq danışmaq üstündür, yoxsa sükut etmək. Bir nəfər İmam Səccaddan (ə) soruşur ki, sükut üstündür, yoxsa danışmaq? Həzrət (ə) buyurur: "Hər ikisinin bəlaları vardır. Əgər bəladan uzaq olarsa, danışmaq susmaqdan üstündür". Soruşurlar ki, bəs nəyə görə? Həzrət (ə) buyurur: "Ona görə ki, Allah peyğəmbərlərini və vəsilərini sükut üçün məbus etməmişdir. Onlar danışmaq üçün məbus olublar. Kimsə sükut edərək behiştə və vilayətə layiq ola bilməz və cəhənnəmdən nicat tapa bilməz. Bunların hamısı danışmaq vasitəsilə əməli ola bilər. Mən heç bir zaman Ayı Günəşə bərabər etmərəm. Elə bu, sənin üçün kifayətdir ki, sükutun fəzilət və dəyərini danışmaqla bəyan edirsən, nəinki danışmağın fəzilətini sükut etməklə".
Ona görə də deyə bilərik ki, əgər danışmaq həddində olarsa və Allah üçün, Onun razılığını qazanmaq üçün olarsa, sükutdan daha üstündür.
Hədislərin bəzisində isə harada sükut etməyin xeyirli olduğunu müşahidə edə bilirik ki, bu hədislərdən biri də yuxarıda İmam Əlidən (ə) nəql edilən hədisdir.
Həmçinin İmam Sadiq (ə) nəql edir: "Həzrət Davud (ə) Süleymana deyir: "Ey oğlum! Çoxlu sükut et, məgər xeyir və məsləhət üçün olsa. Çünki, uzun sükuta görə bir dəfə peşman olmaq, çox danışmağa görə çox peşmaq olmaqdan daha yaxşıdır. Ey oğlum! Əgər söz gümüşdürsə, layiqlidir ki, sükut qızıldan olsun"".
Başqa bir hədisdə oxuyuruq: "Uzun sükut et ki, şeytanı ram edən və sənin dinini qorumaq üçün yavərindir".
Hər bir halda onu deyə bilərik ki, insanın səadət və bədbəxtliyi dilindən asılıdır, istər onu işə salsın, istərsə də sussun.
İmam Sadiq (ə) buyurur: "Haqq barəsində danışmaq, batil üçün susmaqdan daha yaxşıdır".
Milli.Az
XƏBƏR LENTİ
Şokoladlı tort (foto resept)
"Brent" və "Layt" markalı neftlərin qiymətləri azalıb
Emal müəssisəsi əvəzinə çay kənarlarına tökülən Quba alması
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı: “Ümid var ki...”
Koronavirusdan ölənlərin sayı 11 mini keçdi
Apple yenə suçlanır
Ancelina Colinin boşanmadan sonra ilk sessiyası - FOTO
İnanılmaz olsa da, realdır
HAVA necə olacaq?-25 Sentyabr
Saç tipinə görə daraq seçimi
Pamelanın 12 günlük keçmiş əri yenidən nişanlanıb
Roma Papası: "İnsanların dini inanclarını təhqir etmək yolverilməzdir"
Şagirdlərin elektron yerdəyişməsinə yenidən başlanılır
Ailə ixtilafları - III hissə
Günün qoroskopu - 25.11.2013
2014-cü ilin dəbli gəlinlikləri
Zövqlü üzük modelləri
Peris Hiltonun səs-küylü AD GÜNÜ-FOTO
iMessage 20 dəfə populyarlaşdı
"Bizim Tarla" - Dondurulmuş meyvə
Modern qonaq otağı modelləri
Hər kəs bu VİDEOdan danışır
AFFA klubları cərimələdi
Gənclərin yeni dəbi budur?
Beren Saat yenə xəsəxanaya aparıldı-SƏBƏB
Tiflis Ermənistanı mühasirəyə salır
Yer kürəsi yenə təhükə altındadır-VİDEO
HAVA necə olacaq?
Ukraynada aksiyaçılar gələcəklərini Avropa ilə görürlər
Prezenteizmin axırı yaxşı qurtarmır...
Outlook yeniləndi
Ayaqlara zərər verən yaz ayaqqabıları
Düşmənin raket hücumuna məruz qalan Gəncənin səmadan çəkilmiş görüntüləri - VİDEO
Ermənilərdən daha bir ağlasığmaz təxribat - Nazirlikdən XƏBƏRDARLIQ
"Ləziz" tort (foto resept)
Azərbaycan vikipediyaçılarının birinci milli forumu keçirildi - FOTO
Dişlərimizi təmiz saxlayaq
Azərbaycana güclü qar yağıb
Fahriye Evcen oğlunu təbrik etdi: “Qütb ulduzum...” - FOTO
İş axtaranların nəzərinə!
Nur Yelitaşın son halı təəccübləndirdi-FOTO
Yeni il qabağı avtomobillərə qadağa
Ardaya daha bir şok
Bu gün uşaq Türkiyə prezidenti olacaq
Olimpiya məşəli tarixdə ilk dəfə açıq kosmosa çıxarıldı
İnsan beynində qeyri-adi zona kəşf edildi-FOTO
Uşaqda skoliozun əlamətləri
Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
Azərbaycanda uşaqlarla bağlı cəzalar sərtləşdirilsin - TƏKLİF
Azərbaycanda bəzi kommunal xidmətlərin qiymətləri DƏYİŞDİ