Bakıda hava 24°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:59Ayla Ayla Sürayyə Yusuf mənim əsəblərimlə oynuyur)Artistdi Artist 13:58Ayla Ayla Gozel xanimlar necesiz? Sima,Peri,Sürayyəm,Fəridəm 10:26Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40615

Dini mövzularda özünü aldatmağın 40 yolu-36

Dini mövzularda özünü aldatmağın 40 yolu-36

 

Ağlım və məntiqim mənə yetər. 

Həyatımız boyunca təhsilli olmaq, yaxud mədəni olmaq üçün bir çox kitab oxuyarıq. Həm istəyərək, həm də məcburiyyətən ömür boyu bir sürü kitab oxumasına baxmayaraq əksər insan ilahi mesajdan xəbərsizdir. İllərcə dərin tədqiqatlar aparmış, saysız kitab, məqalə oxumuş və yayımlamış alimlər vardır. Amma həmin insanlar bir dəfə olsun açıb Yaradıcımın mənə göndərdiyi mesaj nədir, deyə ilahi kəlamı oxumamışdır. Sanki ilahi xəbərdarlıq və mesajları hər kəs oxumalıdır, özünün isə buna ehtiyacı yoxdur. Yaxud da öz ağlınca daha əhəmiyyətli, daha birinci ediləcək şeylər varmış kimi davranır. 

"İnsana bir zərər toxunduğu zaman Bizə yalvarır. Sonra Biz ona Özümüzdən bir nemət verdikdə deyir: 'Bu mənə yalnız (özümdə olan) biliyə görə verilmişdir!' Xeyr, bu, bir imtahandır, lakin onların çoxu (bunu) bilmir" (Zumər surəsi, 49-cu ayə).

Bəzi insanların dini buyruqlara əməl etmədiklərinə bəhanə olaraq irəli sürdükləri səbəblərdən biri də öz ağıllarına görə Allahın bəzi əmrlərini lazımsız və mənasız hesab etmələridir. Belə insanların böyük əksəriyyətinin "Bu belə olmalı deyildi?", "Məncə bu daha doğru və məntiqlidir", şəklində cümlələr vasitəsilə etiraz edib, özlərini müdafiəyə keçirlər. Nəfslərinə yenildikləri və Allaha dayanıb güvənmələri lazım olduğunu bilmədikləri üçün bəzi mövzuların hikmətini anlamayıb, mənalı hesab etməmələri bir tərəfə, özünü bir su damlasından var edən Yaradıcısına ağıl öyrətməyə qalxır insan. 

Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə (Ələq surəsi, 6-7-ci ayələr). 

Allahın varlığına bir şəkildə inanan, amma bu inancın vəzifələrini yerinə yetirməyə ehtiyac duyamayan belə kəslər gündəlik həyatlarında özlərinə güvənərək yaşayırlar. Onlara görə sahib olduqları hər şey öz bilik və bacaıqları sayəsində əldə etdikləridir. İnsanın əvvəlcə özünü, sonra həddini bilməsi və sahib olduğu hər şey üçün Yaradanına şükür etməsi lazımdır. 

Sizə verilən nemətlərin hamısı Allahdandır. Sonra sizə bəla gəldiyi zaman ancaq Ona yalvarırsınız (Nəhl surəsi, 53-cü ayə). 


 

Dini mövzularda özünü aldatmağın 40 yolu-36



 

Bəzi insanlar "Allah insana ağıl verib, ağlını istifadə edəcəksən" deyərlər. Sözsüz, ağlın isitifadə edilməsi Quranda tez-tez vurğulanan vaciblikdir. Ancaq bu və ya bənzər deyimləri anlayan bəzilərinə görə ağıldan istifadə etmək, öz istək və gözləntilərinə uyğun şeylər nəzərdə tutulur. Onlara görə işlərinə gələn şeylər ağla uyğun, gəlməyənlər isə ağıldan uzaqdır. Bu vəziyyət elə bir nöqtəyə gəlir ki, bəzən, Allahın açıq bir hökmü o cür düşünən insanlar tərəfindən məntiqsiz olması səbəbi ilə heç sayılır. İnsanı yoxdan var edən və hər şeyin ən yaxşısını bilən Allahın açıq bir hökmü varkən, insan "Məncə" deyə başlayan bir cümləsindən həya etməldir. Allahın ilahi mesajını yetərsiz görərək, mesaja deyil, öz istək və arzularına uyaraq bu yolda hərəkət etmək istəyən və bunun ən doğru yol olduğuna inanan insanlara uyulması halında Quran Yer üzündə fəsad və qarmaqarışıqlıq çıxacağına işarə edər: 

"Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər" (Muminun surəsi, 23-cü ayə). 

Ağlım və məntiqim mənə yetər, deyən insanların çoxu ağıl və məntiq dedikləri, daxilində olduqları cəmiyyət və mədəniyyətin təsiri altında olmalarının fərqində deyillər. Bunun ən böyük göstəricisi çox savadlı və ya bir çox mövzulara məntiqə uyğun yanaşmalara sahib bəzi insanların cəmiyyətin və mədəniyyətin ümumiləşdirmiş olduğu mövzularda tıxanaraq çox məntiqsiz qəbullanmalara sahib ola bilmələridir. Cəmiyyətlərin və mədəniyyətlərin insanların ağıl və məntiqləri üzərində çox təsirli olması mövzusunda tarix boyunca çox hadisəyə şahid olmaq mümkündür. Məsələn, antik dövrün məşhur filosofu Aristotel "Politika" adlı əsərində köləliyin ağla nə cür uyğun olduğunu müdafiə edərək kölələrin istifadə edilməsi ilə heyvanların evcilləşdirilməsi arasında bənzərliyə diqqət çəkir. Digər antik dövr məşhur filosoflardan Platon "Gorgias" adlı əsərində oxşar görüşləri dilə gətirir. Əgər ağıl təkbaşına həqiqəti tapmağa yetərli olsaydı, böyük ehtimal bunu bacarardı. Biologiyadan siyasət fəlsəfəsinə, etikadan astronomiyaya qədər hər sahədə fikir irəli sürmüş bu insanların ağlından şübhə edə bilmərik. Amma daha əvvəl də ifadə edildiyi kimi insan ağıl yürüdərkən, daxilində yaşadığı cəmiyyətin təsirindən xilas ola bilməz. Dolayı yolla ağlımızın təkbaşına rəhbər ola biləcəyini iddia edərək ilahi buyruqları diqqətə almamaq mümkün deyil. 

Bununla birlikdə, xüsusilə dini mövzulardan bəhs etdikdə, ağlın və məntiqin yetərli olduğuna inanan və bu nöqtədə öz ağlından hərəkət etmək istəyən bir çox insan, hər nə hikmətdirsə, dünya işlərində və insanın özü üçün əhəmiyyətli hesab etdiyi bir qərar verməyə gəldikdə, sərf öz ağlı və məntiqinə güvənməyib, başqalarına danışıb ağıl almaq və təcrübələrdən faydalanmaq istəyər. Ancaq məsələ ölümdən sonra sonsuz həyatını müəyyən edəcək olan mövzu və qərarlara gəlincə Allahı və qanunlarını heçə sayaraq sadəcə öz ağlı ilə hərəkət etmək istəyər. 

Allah və din ilə arasına məsafə qoyan insanların içinə düşdükləri çıxmazlar və həyatda məna tapmaq axtarışları qarşısında onlara sakit və dinc bir həyat vədəsində olan müxtəlif mistik tərkibli yeni axınların ortaya çıxdığını görürük. İnsanların ruh hallarına psixoloji bir hərəkat başlamış kimi, "Sən özünə yetərsən", ya da "Çarə daxilindəki səni kəşf etməyinə bağlıdır", kimi bəzəkli sözlərlə ruhu ağzına qədər maddiyyatla dolmuş insanların qarşısına alternativ menyular verilməkdədir. İnsan isə onsuz da içərisindən çıxa bilmədiyi məna qarışıqlığında nə istədiyini bilməyən, yaxud da bir şəkildə qərar verə bilməyən müştəri kimi boş gözlərlə ona təqdim edilən menyunu izləyir. Çox insan bu qərarsızlıq və axtarış içərisində ona tövsiyə edilən alternativi seçməkdə və həyatını bu alternativ ilə dolduraraq özünü təmin yolunda addımlamaqdadır. Bəzi zamanlar da insanı inancsızlığa sürükləyən nümunələrlə qarşı-qarşıya qalmaqdadır. 

2013-cü ildə "The Atlantic" jurnalında insanların nə üçün ateist olduqlarını araşdıran bir yazı yayımlanmışdı. Bilindiyi kimi, adətən bir çox ateist rasional səbəblərlə, yəni ağıl və məntiqlərini istifadə edərək ateist olduqlarını iddia edərlər. Ancaq dərin təhlillər bunun əksini göstərir. Buna görə çox insan ateizm seçərkən rasional deyil, hissi səbəblərlə hərəkət edirlər. Məsələn, bəhs etdiyimiz 2013-cü il çalışmasında bir şagird ateizmi seçdiyinin səbəbi olaraq antropologiyanın ateizmi dəstəklədiyini göstərib. Digər tərəfdən də ailəsindən danışarkən atasının təcavüzünə məruz qaldığını etiraf edib. Söhbətin irəliləyən hissələrində isə atası öldükdən sonra ateist olduğunu bildirib. Məhz bu nöqtədə Meredit həssas əlaqəni etiraf etmişdir. Çünki atasının bir yerlərdə hələ sağ olması ehtimalı onu qorxudurdu. Mereditə görə dinlərin belə bir iddianı müdafiə etməsi, yəni təcavüzkar atasının yox olmamasını söyləməsi ateist olmasına təsir etmişdir. Qısaca ateist olmağa hissi bir reaksiya vermiş, sonra isə antropolgiyada buna dəstək tapmağa çalışmışdır. Bənzər şəkildə bir çox ateistin ateizmə yönəlməsi sevdiyi birinin ölməsi, sevgilisindən ayrılması, dindar bir yaxınının din mövzusunda təzyiq göstərməsi, ya da etmək istədiyi bir işdə uğursuzluq səbəbiylə Allahı günahlandırdığı və Onu inkar etmə yoluna getdiyini görmək mümkündür. Sözsüz ki, ateizmi seçən insanların hər birinin bu nəticələrlə ateist olmalarını iddia etmək doğru olmaz. Ancaq bir çox ateistin ateizmə yönəlmə səbəblərini sorğuladıqda emosiyalara bağlı qərarlar aldıqlarını görürük. Bəhs edilən yazıya görə insanlar ateistliyə 14-17 yaşlar arasında qərar verirlər. Bu yaşda verilən qərarlar rasional olmur. Ağlını və məntiniqi istifadə edərək ateizmi seçdiyini iddia edən insanların əksəriyyəti rasional deyil, emosional səbəblərə dayanmaqdadırlar ki, ağıl təkbaşına insanın həqiqəti tapmasına yetmir. Yalnız öz ağlına görə hərəkət etmək istəyən və Allah tərəfindən təyin olunmuş qanunları uyğun hesab etməyib sorğulayan insanlar gündəlik həyat içərisində şəxsi mənfəətlərinin pozulmaması üçün başqaları tərəfindən qoyulmuş qanunlara sorğulamadan tabe olurlar. Çoz zaman məntiqsiz belə gəlsə, qaydaları sorğu etmədən olduğu kimi qəbul edirlər. Məsələn, namaz qılmağa, oruc tutmağa və ya Quran oxumağa tənbəllik edən, bun fəaliyyətləri gərəksiz hesab edən və nə üçün lazımlı olduqlarını anlamayan bir çox insan sadə bir yarışma üçün gözə alınması gərəkli çətinliklərə təslim olur. 

"Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. Sonra O sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız" (Bəqərə surəsi, 28-ci ayə). 

Dünyanın bir çox yerində təşkil olunan və kimsəsiz bir adada həyat mübarizəsi aparmaq üzrə müxtəlif oyunlarla sınanan insanları düşünək. Gündəlik həyatlarında Allahın qanunlarını uyğun hesab etməyən insanların böyük əksəriyyəti belə bir yarışmaya qatılsa, yarışmanın qaydalarını olduğu kimi qəbul edəcək və hər cür çətinliyi aşaraq qalib gəlmək üçün canla-başla mübarizə aparacaqdır. Üstəlik yarışmanı təşkil edən heyətin qaydalarını sorğulamadığı kimi oyun içində qaydaların dəyişdirilməsini də qəbul edəcək. 

Bir yarışma üçün günlərcə ac, susuz, yuxusuz qalmaq, günlərcə bir-birindən çətin mərhələləri keçmək nə üçündür? Bəlkə bir qədər pul, bir az şöhrət və özünü təsdiq edib xarizma sahibi olmaq üçündür! Hər imtahanın qaydaları olduğu kimi dünyadakı həyat imtahanımızın da qaydaları olması çox təbiidir. Həm də qaydaları qoyan, bizi və sahib olduğumuz hər şeyi yoxdan var edən, varlığımızı sürməyi nəsib edən, hər an Ona möhtac olduğumuz və hər şeyi ən yaxşı bilən Allahdır. İnsan özünü aldatmağı buraxmalı və imtahanı qaydalara görə keçməsini unutmamalıdır. Həqiqi qul; özünü yetərli görməkdən çəkinən, hər cür şirk zəncirini parçalayan və özünü yalnız Allaha bağlayandır. 

"Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı. Xeyr! Əksinə, siz (Qiyaməti) yalan hesab edirsiniz! Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır –çox möhtərəm, (əməllərinizi) yazanlar. Onlar sizin nə etdiklərinizi bilirlər" (İnfitar surəsi, 6-12-ci ayələr). 

Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"

Tərcümə: Ceylan Mumoğlu

Səslərin sayı: 0
0
795
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!