Bakıda hava 24°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:59Ayla Ayla Sürayyə Yusuf mənim əsəblərimlə oynuyur)Artistdi Artist 13:58Ayla Ayla Gozel xanimlar necesiz? Sima,Peri,Sürayyəm,Fəridəm 10:26Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40615

Dini mövzularda özünü aldatmağın 40 yolu-35

Dini mövzularda özünü aldatmağın 40 yolu-35

Ardımca silinməz bir iz buraxmalıyam

İnsanların, bu dünya həyatını anlayıb başa düşmək nöqtəsində özlərini aldatdığı bir digər mövzu da ardında ölümsüz əsərlər və izlər buraxma yanılmasıdır. Şübhəsiz ki, öz yolunda sülh və xeyirə yönəlmiş ixlaslı rəftarla insanlara faydalı işlər görən və ardında xeyirli izlər buraxan qullarından Allah razı olacaqdır. Amma inanan insanların gördüyü işlər, bir gün yox olub gedəcək, bu dünyada iz buraxmaq və özündən sonra adının yaşaması üçün deyil, Allahın rizasını və axirəti qazanmaq üçün edilməlidir. 

Tarix boyunca Yer üzündə inşa edilmiş, ancaq indi viranə qalmış saysız hesabda əsərlər vardır. Bəzi hökmdarlar dünyadan köçdükdən sonra unudulmamaq üçün nəhəng heykəllər və sütunlarla dolu şəhərlər saldırmışlar. Nəyə görə? Ölümsüzləşmək üçün. Quran bu məsələyə diqqətlərimizi çəkər: 

"Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz?" (Şuəra surəsi, 129-cu ayə).

Sözsüz ki, ayədə tənqid edilən şey insanların sənətlə məşğul olmaları deyil, bunun sayəsində adlarının öldükdən sonra xatırlanmasının, yəni ölümsüzləşdirilməsinin istəmələridir. Halbuki Yer üzündə hər şey, onları inşa edənlər kimi gəlib keçicidir. Daimi olan isə insanın Allah razılığına səbəb olacaq etdiyi və ardında buraxdığı işlər və əsərlərdir. 

Cəmiyyət tərəfindən nümunə alınan bəzi kəslər vardır. Bəli, bu insanların bir qismi doğrudan da gözəl işlər görüblər. Çox zaman bu insanlar inanclı olub-olmamasına baxmayaraq nümunə götürülürlər. Ömrü boyunca Allahı və əmrlərini həyatının bir hissəsi etməmiş, amma ölümündən sonra adının ölümsüz olması, ya da insanlar tərəfindən yaxşı xatırlanması üçün işlər görən fərdlərin izindən getmək anlayışı da insanın qəflət içərisində yanılaraq dini həyatının önündə bəhanələr yaranmasına səbəb olmaqdadır. 

Allahın razılığı olmadan edilən işlərin dünyada da, axirətdə də bir dəyəri yoxdur. Etdiyiniz işləri təqdir edəcək olanlar bir gün sizin kimi öləcəklər, daimi qalmaq istədiyiniz bu dünya ilə vidalaşırlar. Əsas olan Allahın qulundan razı qalması, bəyənməsidir. Elə insanlar da vardır ki, məhz ətraflarına göstəriş olsun deyə xeyir işlərə qatılırlar. Yaxud da etdikləri hər işi ətraflarına söyləyərək insanlar üzərində bir təsir buraxmaya, bununla da insanların bəyənməsini qazanmağa çalışırlar. Allahın razı olacağı işin insanlar tərəfindən də bəyənilməsi fərdin motivasiyasını müsbətə doğru dəyişəcək bir qüvvəyə malikdir. Ancaq hər zaman üçün əsil hədəfin Allahın rizası olduğunun unudulmaması lazımdır. Dünya həyatının "məşhurluq" kimi bəzəkli sima və bənzətmələrinə aldanmaq olmaz. Şöhrət də, xarizma da, məqam, mövqe və sərvət də insan ölüdükdən sonra ardınqa qalacaq şeylərdir. Bunların Hesab günü insana bir faydası olmaz. İnsana faydalı olacaq şey hər işində Allahın rizasını gözləməsidir. 

Çünki insanın keçici olan deyil, daimi olan Allahın rizasını gözləməsi, bütün işlərini bu həqiqətə görə reallaşdırması və bunu bilməsi gərəklidir: Ölümə hər gün bir addım atarkən, bu göstəriş, bu qürur, bu ehtiras nədir? Nə üçün özümüzü bir şey hesab edir, etdiyimiz işləri bu qədər şişirdir və bu qədər qürurlanırıq. Hamımız tökülən nütfədən bir damla və Haqq-hesab günü təkrar dirildənə qədər torpağa qarışacaq olan hissə deyilikmi? 

"Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, axirət isə qərar tutacağınız yurddur" (Ğafir surəsi, 39-cu ayə).

Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"

Tərcümə: Ceylan Mumoğlu

Səslərin sayı: 0
2
922
loading...
Şərhlər
Offline
Ceylan Mumoğlu
Aida Ustaclı,
Oxuduğun üçün mən təşəkkür edirəm.
19 fevral 2017 18:17
Offline
Ustaclı
Bu tam bilmək istədiyim mövzu idi. Təşəkkür
19 fevral 2017 12:41
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!