Bakıda hava 24°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:59Ayla Ayla Sürayyə Yusuf mənim əsəblərimlə oynuyur)Artistdi Artist 13:58Ayla Ayla Gozel xanimlar necesiz? Sima,Peri,Sürayyəm,Fəridəm 10:26Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40615

Dini mövzularda özünü aldatmağın 40 yolu-34

Dini mövzularda özünü aldatmağın 40 yolu-34

Allah sevənləri bağışlayar.

İnsanın özünü aldatma, etdiklərinə haqq qazandırma və nəticədə özünü təqsirsiz sayma məsələsində bəhanələri heç bitməz. Amma bunlardan ən qəribə olanı xalq arasında geniş yayılmış olan "Allah sevənləri bağışlayar" inancıdır. Bu necə bir sevgi, eşq anlayışıdır ki, hər cür qeyri-qanuni münasibət və rəftarı qanuni edərək məsumlaşdırmaqdadır. Məsələn, ailə xaric münasibətlərin, ya da Allaha inanmayan biri ilə qurulan evliliyin romantizm və eşq adı altında qanuna uyğun hesab edilməsi anlaşılan deyildir. Ailə və qanuni münasibət anlayışını təməldən sarsıdan bu və bənzər şeytani deyimlərin ciddi olaraq insanların bir qisminin zehnində yer etdiyini görə bilərsiniz.

Seyr edilən serial və filmlərdəki qadağan olunmuş sevgilərin insanların qanını coşdurması, həyıcanla yaşanan eşqbazlıqların əxlaqsızlıq deyil, tutqun bir eşqin məsum əlamətləri olaraq görülməsi qəbul edilə bilməz. İnsanların romantizm adı altında Allahın qoyduğu sərhədlərin xaricinə çıxmaları özlərini aldatmaq üçün tapdıqları qılıfdan başqa bir şey deyildir. Heç bir eşq insanın etdiyi qeyri-qanuni bir şeyi qanuni etməz. 

Bəzi insanlar "Bunda utanılacaq bir şey yoxdur; sən aşiq olmusan", "Eşqə qarşı çıxa bilmərsən", "Eşqin qayda-qanunu olmaz" kimi cümlələrlə qeyri-qanuni münasibətlər içərisində olan insanlara təsəlli verməyə çalışır, etdiklərini də əslində çox məsum və yaşanılası hislər olaraq məqbul qarşılayırlar. Vəziyyət belə olduqda bir çox gənc qız və oğlanın öz xəyallarına görə qurduqları ehtiraslı evlilik xaric eşqbazlıq münasibətləri gələcəkdə qaçınılmaz olur. İnanan insanlar həyat yoldaşlarını, övladlarını, valideynlərini çox sevib hörmət edərlər. Bütün bunlara Allahın bir əmanəti kimi baxarlar, amma heç bir sevginin Allahın sevgisi və əmrinin önünə keçməyəcəyini də bilirlər. Hansı duyğu olursa olsun, bunun məsumluğundan bəhs edilə bilməsi üçün həmin duyğunun qanuni, yəni halal dairədə olması gərəklidir. Əks halda nəyin ardına sığınırsa sığınsın, insan bilməlidir ki; sığındığı şey etmək istədiyi şeylər üçün irəli sürəcəyi bəhanələrdən ibarətdir. 

Bununla yanaşı sevginin Allah qatında müqəddəs olduğu, ya da sevdiyi üçün ölümü belə gözə almağın eşqin böyüklüyünün göstəricisi olduğunun qəbul edilməsi də görülür. Bəzi insanlar ehtiraslı eşqləri səbəbiylə sevdiyi üçün, ya da yaşadığı yasaq münasibət uğruna cəhənnəmdə yanmağı və sevdiyi uğruna ölməyi gözə aldıqlarını ifadə edərlər. Bu cahilliyin və səmimiyyətsizliyin son nöqtəsidir. Bu kimi iddialarda olan, ancaq azca bir çətinlik və ya dünyəvi mənfəət uğruna canını verəcəyini söylədiyi sevdiyini yarı yolda buraxan saysız nümunə görmək mümkündür. Kimsə özünü və başqasını aldatmasın. Uğrunda ölünəcək tək bir həqiqət vardır; o da Allahdır. 

 

Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"

Tərcümə: Ceylan Mumoğlu

Səslərin sayı: 0
0
837
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış