Bakıda hava 23°
USD AZN
EUR AZN
19:05Surayye Bizim dərslər gec qutarır hərəsində nə qədər yazmalı oxumalı 19:04Surayye Qızlarım qızıllarım haralardasız? Ayla səndə uşaq yoxdu da 14:26Ayla Ayla Məktəb açılandan hamı yoxa çıxıb 09:29Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41011

Körpələrdə yalnış vitamin istifadəsi

Körpələrdə yalnış vitamin istifadəsi

Körpələrin immunitet sistemini qüvvətləndirmək üçün istifadə edilən vitamin və minerallara diqqət edilməlidir. Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəsisi Həkim Süha Ünüvar, soyuq havaların gəlməsi ilə lazımsız və səhv vitamin istifadəsi haqqında ailələrə xəbərdarlıq etdi.

Analar, körpələrinin qidalanması və imunitet sisteminin güclənməsi başda olmaqla bir çox məsələdə narahatlıq yaşaya bilir.

Üstəlik körpənin qidalanma təqibini etmələrinə rəğmən, çox vaxt çöldən vitamin və mineral dəstəyi əldə etmə ehtiyacı duyur.

“Körpənin bir çatızmazlığı olmasın” düşüncəsi isə ailələri lazımsız və səhv vitamin istifadəsinə apara bilir. Xüsusilə ana südüylə qidalanan və bütün vitamin və mineral ehtiyacını ana südündən alan körpələrdə lazımsız təlaş, cürbəcür sıxıntıların yaşanmasına səbəb ola bilir.

Körpələrdə yalnış vitamin istifadəsi

Körpələrin kalsium, maqnezium, natrium və kalium ehtiyacı var

Körpələrin bəzi mineralları mütləq qəbul etməsi vacibdir. Bunların əvvəlində kalsium, maqnezium, natrium, kalium gəlir. Bu minerallar ana südü və əmzik qidaları alan körpələr tərəfindən avtomatik olaraq qazanılır. Bu səbəblə normal qidalanan körpələrdə mineral çatışmamazlığı ola bilməz.

Lakin şiddətli ishal kimi vəziyyətlərdə belə çatışmamazlıqlar ortaya çıxa bilər və bu çatışmazlığın aradan qaldırılması lazımdı. Ishal kimi problemlərin xaricində normal qidalanma şərtlərinə sahib körpələrdə bu mineralların çatızmazlığına çox rast gəlinmir. Ancaq yalnız ana südü ilə qidalanan körpələrdə, ana südünün dəmirlə zəngin olmaması səbəbilə mütləq xaricdən dəmir daxil edilməlidir. Bu ümumilikdə əmzik qidalarına dəmir əlavə edilərək olur.

Körpələrdə yalnış vitamin istifadəsi

Ancaq D vitamini takviyəsi edilməlidir

0-1yaş arası körpələr üçün vitamin ehtiyacına qarşılıq olaraq həkim təsdiqi ilə, ancaq D vitamini verilməsi kafi olduğunu demək mümkündür. Çünki körpələr, digər bütün vitaminləri yenə qidalanma sirasında təbii olaraq alır.

Körpələrdə yalnış vitamin istifadəsi

Hər vitaminin öz vəzifəsi vardır

Vitaminlərin hamsı öz növbəsində xüsusi funksiyaya sahibdirlər. D vitamini sümük quruluşunun tam və normal olaraq böyüməsi üçün lazımdır. B qrubundakı vitaminlər,  bədənin, sinir sistemiin, hematolojik sistemin böyüməsi üçün lazımlıdır. C vitamini, bədəndə bir çox funksiya üçün lazımlı olduğu kimi, çatışmazlığında skorbüt xəstəliyi yarana bilər. K vitamini, qanama müddətində qan laxtalanmasına lazımdır. A vitamini, göz və dəri sağlamlığı üçün olmazsa olmazlardandır. E vitamini isə bədəndə bir çox kimyəvi hadisənin artma funksiyası üçün çox vacibdir.

Körpələrdə yalnış vitamin istifadəsi

Həddinnən artıq dozada toksid təsirlərə yol aça bilər

Bədən, ehtiyacdan artıq isifadə edilən vitamini sidik və nəcis vasitəsi ilə bədəndən xaric edir. Bu səbəbdən vitaminlər bədəndə hər hansı bir təcrübəyə yol verməz. Lakin yağda əriyən A, E, D, K kimi vitaminlər çox və ya həddindən artıq dozada qəbul edildikdə bədəndə yığılaraq toksid təsirləri göstərə bilərlər. Bu səbəblə vitaminlər ancaq həqiqətən ehtiyac olduqlarında və bədəndə çatışmazlıqlar hiss edildikdə istifadə edilməlidir.

Körpələrdə yalnış vitamin istifadəsi

Vitamin və minerallar hansı qidalarda olur?

D vitamini üçün ən böyük mənbə günəşdir. Bu səbəblə uşaqlar, D vitaminindən faydalana bilmələri üçün günəşin zərərsiz olduğu saatlarda çölə çıxmalıdırlar. D vitamini ayrıca, yağda əriyən bir vitamin olmaqla birlikdə balıq, süd və yumurtada da olmaqdadır.

B vitamin qrupu, taxıl, yağsız ət, böyrək, ürək, beyin, qaraciyər, yer fısdığı, toyuq, qoz, yumurtada var. C vitamini həmçinin meyvə və tərəvəzələrdə, K vitamini, tünd yaşıl yarpaqlı tərəvəzlərdə çox sayda var. E vitamini isə quru yemişin sahib olduğu yağlarda yer alır.

Səslərin sayı: 0
0
1444
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış