Bakıda hava
USD 1.7001 AZN
EUR 2.1108 AZN
11:28Surayye Gunurtaniz xeyir xanimlar-Peri Simadan ses yoxdu 11:09Xəyalə Murad Hər birinizin günü uğurlu olsun! Xoş gəldiniz,Yağmur xanım 09:48Yağmur....) Gunayfın Allah salamı olsun sizlere yeni gune Elhemdurullah
38070

Dini mövzularda özünü aldatmağın 40 yolu-29

Dini mövzularda özünü aldatmağın 40 yolu-29

Dinin davamlı olaraq cəzanı xatırlatması məni narahat edir.

Bəzi insanlar dini buyruqları diqqətə almamalarını, ya da başqa bir ifadə ilə Quranı oxumamalarına səbəb kimi ayələrin sürəkli cəhənnəm və cəzadan bəhs etməsini göstərirlər. Belə iddiada olmalarının bir səbəbi biliksizlikləridirsə, digər bir səbəbi səmimiyyətsizlikləridir. Çünki bu cür iddialar qulaqdan dolma əsli olmayan biliklərə dayanır. Fərd isə oturub araşdırmaq, öyrənmək yerinə işinə gələn əsli olmayan biliklərə etibar edir. Bu ön mühakimə səbəbi ilə də bəzi insanların "Allahın qullarını cəzalandırmayacağını" iddia etdikləri görülür. Əsasən bu cür yanaşması ilə fərqində olaraq, ya da olmayaraq insan özünü aldadır. Quran ayələrində həm dünya həyatı, həm də axirət ilə bağlı insanlar üçün yararlı bir çox ayədə xəbərdarlıq vardır. Ancaq bu xəbərdarlıqları insan öz anlamaq istədiyi şəkildə diqqətə alsa doğru olmayan nəticələrə gəlib çıxa bilər. İnsanların işlədikləri günahlar səbəbindən cəza ala biləcəklərinin bildirilməsi, həmin günahlardan uzaqlaşması üçün insanların xeyrinə olan bir şeydir. Bununla yanaşı insanlara həm də Allahın rizası və cənnət vəd edilərək motivasiya olunurlar. Hər ikisi də bir tarazlıq içərisində insana təqdim olunur. 

Şübhəsiz ki, hər kəsin anlayacağı dil bir olmaz. Kimisi sevgi ve şükrün ön plana çıxarılması yanaşması ilə rahat olub Allahın əmr və buyruqlarına qarşı hörmətli davranarkən, kimisi isə ancaq cəza və təhdidlə günahlardan uzaq dayan bilər. Allahın bu qədər cəza xəbərdarlığına baxmayaraq dünyada bir çox zülm və pisliyin olmasını nəzərə aldıqda, bəhs edilən xəbərdarlıqlar olmasaydı, nə cür hallarla qarşılaşıb böyük bir xaosun içərisində olacağımızı təsəvvür etmək çətin deyil. 

Dini mövzularda özünü aldatmağın 40 yolu-29

Bununla yanaşı bəzi insanların güman etdiyi kimi din sadəcə cəza və cəhənnəm ilə xəbərdarlıqlarla olsa da, bu vəziyyət fərdin dini diqqətə almamasına bəhanə ola bilməz. Əksinə daha da ciddiyə almasının əhəmiyyətini fərq etməlidir. İnsanın alternativi də yoxdur. Fərz edək ki, Allah sadəcə qorxudan Allahdır. İnsnaın buna qarşı edə biləcəyi nəyi var? Bu vəziyyəti dəyişdirmək iqtidarındadırmı? Qarşı çıxa bilərmi? Şübhəsiz ki, xeyr! O zaman insan özünə müxtəlif bəhanalər tapmağı dayandıraraq, bəhanələrin deyil, həqiqətin izində olmalıdır. Həqiqəti öyrənmək istədiyinizdə, onsuz da bu zənlərdə yanıldığınızı başa düşəcəksiniz. Bəzi insanlar "Allah qullarını alova atmaz", deyərək, axirətdəki cəza və əzabı inkar edirlər. İnsanların anlaması lazım olan bir gerçək vardır ki, bu da bir fərdin həyatdaykən etmiş olduğu pisliklərə görə axirətdə cəza alması, o insana qəsdən pislik etmək üçün deyil, o insanın bu cəzanı haqlı olaraq alması üçün, zülmün, pisliyin haqqının sorulduğu üçündür. 

Zaman-zaman əslində Allaha və dinə inanan, amma axirətdəki hesab, cəza və mükafat gerçəyini qavramayan, yaxud qavramaq istəməyən insanlarla da qarşılaşırıq. Bu insanların özlərinə görə düşündükləri bir cəza və mükafat anlayışları vardır. Buna görə insanın cənnəti də, cəhənnəmi də bu dünyadadır, onu mühakimə edən də ancaq öz vicdanıdır. Yəni insan etdiyi pisliklərə görə vicdan əzabı, etdiyi yaxşılıqlara görə də vicdan rahatlığı yaşayar. Bir başqa anlayışda isə axirət və sonsuz həyat üçün də söylənməsi mümkündür. Bu anlayışa sahib insanlara görə öldükdən sonra cənnət, ya da cəhənnəm deyil, sonsuz bir vicdan rahatlığı, ya da sonsuz bir vicdan əzabı vardır. Şübhəsiz ki, bu və ya bənzər şərhləri məqbul saymaq mümkün deyil. 

Allahın rəhmət və mərhəməti çox böyükdür. Qullarını bağışlamaq üçün onları xəbərdar etməsinin səbəbi də rəhmətinin böyüklüyü səbəbi ilədir. Quranda cəza xəbərdarlığından çox Allahın razılığı və cənnət vədi yer alıb. Bu isə inananlar üçün çox böyük motivasiya qaynağıdır. Ayələr insanları xeyirə və sülhə yönəlmiş işlərə təşviq edər. Allahın rizasına uyğun yaşayanlar cənnət və nemətlərlə müjdələnirlər. Bir çox insan Allahın ayılərindən xəbərsiz olduqları üçün mövzulara ön mühakiməli yanaşırlar. İnsan görmək istədiyi kimi deyil, olduğu kimi görməli və özünü aldatmaqdan vaz keçməlidir. Çünki özünü aldatmağın zərərini yenə də özü görəcəkdir.

"Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir" (Tövbə surəsi, 9-cu ayə).

 

Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"

Tərcümə: Ceylan Mumoğlu

Səslərin sayı: 0
1
588
loading...
Şərhlər
Offline
Editor1
İnsan nə istəyirsə, ona uyğun bəhanəni asanlıqla tapır.
13 fevral 2017 14:55
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır