Hamiləlik dönəmi sona çatıb, Fatimənin doğum zamanı yaxınlaşdıqda Xədicə bir nəfəri Qüreyş qadınlarının və köhnə dostlarının yanına göndərdi: "Köhnə kinlərinizi unudun, bu təhlükəli anımda köməyimə gəlin. Doğum işində mənə yardım edin”. Çox keçmədi ki, Xədicənin elçisi ağlar gözlə geri döndü və belə dedi: "Kimin qapısını döydümsə, razı olmadı, xahişinizi qəbul etmədi və hər kəs cavab olaraq belə dedi: "Xədicəyə söylə ki, bizim nəsihətimizi qəbul etmədin, bizim uyğun gördüyümüzün ziddinə fəqir bir yetimlə evləndin. Budur, buna görə də sənin evinə gəlməyə və sənə yardımçı olmağa hazır deyilik”.
Xədicə kinli qadınların bu qəlb incidən sözlərini eşidəndə onların yardımından ümidini kəsdi və çox məyus oldu. Maddi aləmdən və kinli qadınlardan üz çevirib aləmlərin Rəbbi olan Allaha və başqa bir aləmə yönəldi. Belə çıxılmaz bir zamanda Allahın mələkləri, Cənnətin huriləri və səmavi qadınlar onun yardımına gəldilər. Əziz Fatimə, yəni nübuvvət səmasının nur saçan ulduzu dünya aləminə ayaq basdı və dünyanın şərqini və qərbini vəlayət nuruna boyadı.
Fatimə (ə.s.)-ın doğum tarixi haqqında İslam alimləri arasında ixtilaflar vardır. Şiə alimlərinə görə o Həzrət besətin 5-ci ilində cümadəlaxirə ayının 20-si, Cümə günü dünyaya gəlmişdir .
Hz. Fatimənin evlənməsi
Fatimə evlənəcək yaşa çatanda Peyğəmbərimiz onu Allahın əmri ilə əmioğlusu və ilk müsəlman Həzrət Əli ilə evləndirdi. Peyğəmbərimiz Hz. Əliyə xitab edərək belə buyurmuşdur: "Cəbrayıl nazil olub belə dedi: "Ya Mühəmməd, Allah səni yaratdıqları arasından seçdi və risalət ilə vəzifələndirdi; Əlini də sənə qardaş və canişin olaraq seçdi. Qızın Fatiməni onunla evləndirməlisən; Allah onları yuxarı aləmdə (mələi-əlada) evləndirdi. Allah onlara iki tərtəmiz, nəcib, tahir və gözəl övlad bağışlayacaqdır”. Ya Əli, Cəbrayıl hələ göyə yüksəlməmiş sən qapını döydün” [6].
HZ. ZƏHRANIN MEHRİYƏSİ
1. Dörd yüz və ya dörd yüz səksən və yaxud beş yüz dirhəm dəyərində bir zireh.
2. Yəmən qumaşından bir dəst libas.
3. Üstündə oturmaq üçün istifadə olunan aşılanmış tüklü qoyun dərisi.
DƏRS VERİCİ BİR ƏMƏL
İslam ağır mehriyəni xalqın məsləhətinə uyğun bilmir; kürəkənin din və əxlaqını bəyənirsinizsə, mehr haqqında sərtlik etməyin və az ilə kifayətlənin, – deyə tövsiyələr verir.
Peyğəmbəri-Əkrəm (s) belə buyurmuşdur: "Ümmətimin ən üstün qadınları gözəl və mehriyəsi az olanlardır” [7].
İmam Sadiq (ə) isə belə söyləmişdir: "Qadının pis olması mehriyəsinin ağır olmasıdır” [8].
İslamın sevgili Rəsulu ağır mehriyənin xalqın ziyanına olduğunu əmələn bütün insanlara başa salmaq üçün əziz qızını qeyd etdiyimiz mehriyə qarşılığında Əli ibn Əbitalib ilə evləndirdi. Hətta ondan borc olaraq bir şey istəmədi.
HZ. FATİMƏNİN CEHİZİ
Rəsulullah (s) Hz. Əliyə belə buyurdu: "İndi qalx, Fatiməyə mehriyə olaraq verdiyin zirehi sat, pulunu mənə gətir, onunla bəzi ev əşyaları və lazımlı şeylər alaq”.
Hz. Əli zirehini satdı və pulunu gətirib Peyğəmbərə təqdim etdi. Rəsulullah (s) Əbubəkri, Salmani-Farsi və Bilalı hüzuruna çağırıb onlara belə buyurdu: "Bu pul ilə Fatimə üçün ev əşyası və lazımlı şeylər alın”.
Əbubəkr belə deyir: "Pulu saydığımda 63 dirhəm olduğunu gördüm və o pul ilə bu şeyləri aldım:
1. Bir ağ köynək.
2. Böyük bir baş örtüyü.
3. Xeybər malı qara bir libas.
4. Xurma lifindən hörülən bir yataq taxtı.
5. Qoyun yunu, digəri isə xurma lifi ilə doldurulmuş olan kətandan iki ədəd döşək.
6. İçi əzxər adındakı xoşiyli bitki ilə doldurulmuş olan qoyun dərisindən dörd ədəd yastıq.
7. Bir ədəd Hicr həsri.
8. Bir ədəd əl dəyirmanı.
9. Bir mis ləyən.
10. Dəridən düzəldilmiş bir tuluq.
11. Paltar yumaq üçün bir ləyən.
12. Süd üçün bir ədəd kasa.
13. Bir su qabı.
14. Bir yun pərdə.
15. Bir aftafa.
16. Su götürmək üçün istifadə olunan bir saxsı qab.
17. Bir ədəd dəri süfrə.
18. İki saxsı kuzə.
19. Bir əba[9].
Fatimənin cehizini Peyğəmbərin hüzuruna gətirdikləri zaman Həzrətin gözlərindən yaş axdı, başını göyə doğru qaldırıb belə dedi: "Allahım, bu evliliyi qablarının çoxu saxsıdan olan şəxslərə mübarək eylə!”
FATİMƏ VƏ ƏLİNİN ƏZABLI HƏYATI
Əli bir müddət o qədər çətin bir vəziyyətə düşmüşdü ki, Fatimə vəziyyətini atasına demək üçün onun yanına getdi. Qapını döydü. Peyğəmbər (s) Ümmüəymənə belə buyurdu: "Çox güman ki, qızım Fatimədir, qapını aç”. Ümmüəymən qapını açdı. Fatimə evə girib salam verdi və atasının hüzurunda oturdu. Rəsulullah belə buyurdu: "Fatimə, sən heç bir zaman bu vaxt bizim evə gəlməzdin, indi nə olub ki?” Fatimə cavabında: "Ya Rəsuləllah, mələklərin yeməyi nədir?” – deyə ərz etdi.
Həzrət: "Allahın həmdidir!” – buyurdu.
Fatimə: "Atacan, elə isə bizim yeməyimiz nədir?” – dedi.
Həzrət buyurdu: "Allaha and olsun ki, bir ay olar ki, Ali-Mühəmmədin evində ocaq qalanmır. Gözümün nuru, gəl Cəbrayılın mənə öyrətdiyi beş kəlməni sənə öyrədim. De ki:
"Ey əvvəlkilərin və sonrakıların Rəbbi, ey yeganə qüvvət və güc sahibi, ey miskinlərin bağışlayıcısı və ey mərhəmət edənlərin ən mərhəmətlisi” .
Hz. Fatimə duanı öyrənib evinə qayıtdı.
Hz. Əli: "Haradaydın?” – deyə soruşdu.
Fatimə: "Dünya tələb etmək üçün getmişdim, fəqət axirət üçün düstur alıb qayıtdım” – dedi.
Hz. Əli: "Elə isə bu gün günlərinin ən xeyirlisidir” – deyə buyurdu.
Bir gün Peyğəmbər (s) Fatiməni ziyarət edib hal-əhvalını soruşdu. Fatimə cavabında belə dedi: "Atacan, xəstəyəm, bundan daha da pisi yeyiləsi heç nəyin olmamasıdır”.
Həzrət buyurdu: "Əcəba, dünya qadınlarının ən üstünü olmağın sənin üçün yetərli deyilmi?”
Məhbubə Kərimzadə
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Psixologiyada jestlər və pozalar
“Hercai”də Gözlənilməz Ayrılıq
Azərbaycanda yüzlərlə tibb işçisi koronavirusa yoluxub, dördü ölüb - RƏSMİ
Dünya gözəli Bakıda seçildi
Əhvalınız yaxşı deyilsə...
Android planşetləri üçün WhatsApp olacaq
Xaricdən gələn həkimlər daha savadlıdırlar?
Öd kisəsindəki daşdan xilas olmaq üçün...
Ermənistan hökuməti Qarabağın "müstəqilliyi" layihəsinə rəy verdi
Salatların bəzədilməsi
İlham Əliyev: “Dəyən ziyan hesablanacaq, ermənilər bu dağıntılara görə cavab verəcəklər” - VİDEO
Devid Bekhem ilk dəfə filmə çəkildi
Hava dəyişikliyi insan psixologiyasına təsir edir
Yuxuda niyə danışırıq?
CƏMİYYƏT Azərbaycanda vətəndaşlıq almaq neçəyədir? – QANUNİ TƏLƏBLƏR
Şokoladlı tort (foto resept)
Xoşbəxtliyin açarı axtarılır
Bakıda təmiz su fırıldağı: qapı-qapı gəzən təhlükə
Papa Bakıya gəlir - polis hazırlığa başladı
Hava haqqında
Mançini "Qalatasaray"a yeni futbolçu gətirir
Vatsapdan YENİLİK
8 Mart hansı ölkədə necə qeyd edilir?
Buqələmun yoxsa insan?!
Kişilər niyə aldadır? (1)
Avropada köklük əlilliyə bərabər tutula bilər
Qızmar istilər qayıdır
Ürək sağlamlığı üçün məşqlər
40 saat davam edən doğuş
Ece Usludan gözlənilməz etiraf
Sürətli saç uzatma
Souslu tavakababı (foto resept)
Özcan Dənizdən yeni serial müjdəsi
HAVA necə olacaq?- 14 MART
Sözümüzü "yuxarılara" necə çatdıraq?
Milyarder üçün superyaxta hazırlandı-FOTO
Düz danışmağı sevmirəm
Kişiləri Yatmaq Şəkilindən Tanıyın
WhatsApp-dan daha bir yenilik
Azərbaycanda zəlzələnin gözlənildiyi bölgələr açıqlandı - SİYAHI
Yağış, sulu qar və külək
Cəbhədə son durum
Acun Muratla Aslının barışmasından danışdı-FOTO
Saçını boyadı üzü şişdi-FOTO
Qonşumuzu fəlakət gözləyir
Bakını toz-duman bürüdü – FOTO
Gül dərənə İnanılmaz Cəza
Limondan istifadənin 9 üsulu
Necati Şaşmazın BOŞANMA xəbəri yayıldı
Alişan 25 minlik uşaq arabası aldı-FOTO
- ŞƏRHLƏR