Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
15 fevral 19:46Ayla Ayla Bazar günü baxarsan Kader Panoramaya ya da Ekstraya gələcək 15 fevral 19:45Ayla Ayla Surayyə canım Ekstraya baxdın?Nagihan deyir Kader ona yazıb 15 fevral 19:44Ayla Ayla Axsamınız xeyir Necesiz? 15 fevral 15:12Surayye Qizlarim qizillarimmm necesizjQuery16204825811035589793_1550229134348?Men geldim! 15 fevral 12:10GÜLÇİN Xoşgəlmisiz FİDAN HÜSEYNOVA
39938

Şəhər kəpənəyi səhraya baxır

Şəhər kəpənəyi səhraya baxır

"Bu hekayə tamamilə real hadisələrə əsaslanir. Şəxsiyyət və yer adlari məxfiliyin saxlanilmasi üçün uydurulub".

- Və bu girişlə oxucuda maraq oyatmaq istəyirsən.

Sanki, onurğasının da iri qarnıyla birgə qabağa dartildığı mənzərəsi yaradan baş redaktor qutudan siqaret götürdü. Alışqanı barmaqları arasinda xeyli fırladıb dodaqlarına baş-ayaq qoyduğu siqareti yandırmaq istəyərkən gənc yazıçı xəbərdarlıq məqsədilə qeyri-ixtiyari qabağa atıldı. Baş redaktorun siqaret tutduğu dodaqları gülümsədi.

- Bu, mənim köhnə vərdişimdir - siqareti ağzıma birinci tərsinə qoyub ucunu azaciq isladıram, sonra çevirib yandırıram. Belə dadlı olur.

Gənc yazıcı qəfil reaksiyasından bir az utandı. Barmaqlarını bir-birinə dolayıb dirnaqlarına baxdı.

- Görünür, müşahidə qabiliyyətinə çox güvənirsən. Yaradıcı adam üçün yaxşi haldır, amma bununla ədəbi inqilab edə biləcəyinə ümid bəsləməsən yaxşıdır. O dövrun arxasına çoxdan təpik vurulub.

- Hər halda, hekayəmi tam oxuduğunuza inanmıram. Bilirəm, vaxtınız azdır, işləriniz çox, amma oxusaydınız, müzakirəmizdən daha çox fayda göturərdim.

- Cavan oğlan, ürəyini buz kimi saxla, hekayəni iki dəfə bütöv oxumuşam. Amma nə səni həvəsdən salmaq, nə də müdrik məsləhətlər vermək istəyirəm. Yəni, məsələ o qədər qəlizdir.

- Heç nə başa düşmədim.

- Məni müdrik Txapada obrazına salmaqla səfeh durumunda buraxma. Hekayəni zibilqabına tullamağa əlim gəlmir. Bilirsən niyə? Çünki arzularını da orada görməkdən çəkinirəm.

- Rast gəldiyim ən alicənab cavabdır.

Bunu fısıldayan gənc yazar qalxıb getməyə hazırlaşdı.

- Buna baxmayaraq, hekayəni jurnalda çap etmək istəyirəm.

Gənc ona tərəf çevrildi.

- Amma bunu yox.

- Bəs hansını?

- Yeni yazacağını.

- Buna əməlli-başli ürək qoymuşdum. İnanmıram bu həyəcansız yazılan cızma-qaranı bəyənəsiz.

Baş redaktor qulagını qaşıdı.

- Səncə, insan həmişə niyə seçim edir?

- Yəqin ki, yeknəsəklikdən qaçmaq üçün.

 - Onda gəl, bu yeknəsəklikdən birgə qaçıb canımızı qurtaraq.

Gənc yazar qayıdıb yerində - redaktorla üzbəüz oturdu. Onun maraq dolu baxışlarınin müşayiətiylə redaktor qələm götürüb kağıza rum rəqəmi ilə "I" yazdı.

- Sonuncu dəfə hansı hadisəyə həyəcanlanmısan?

- Həyəcanlanmaq?

- Bir az da dəqiqləşdirim: hansı hadisə səndə qorxu hissi yaradıb?

Gənc fikirli halda xeyli durub rum rəqəminə baxdı.

- Ola bilsin, necəsə gülməli çıxar, amma desəm yaxşıdır. Bu yay dostlarla birgə yaşıl dağa çıxıb zirvədə piknik düzəltmişdik. Qayıdanda haradansa belə fikir gəldi ağlima: görəsən, bu çətin yerleri ən çox sevdiyim qardaşımin üç yaşlı qızıyla düşsəydim, onu necə qoruya bilərdim. Bu narahatçılıq yamaca enincə məni tamamilə yordu.

- Məsələnin qorxulacaq tərəfi nədir ki?

- O qızcığazın təhlükəsizliyini elə çətin şəraitdə təmin edə bilməmək qorxusu... çarəsizlik qorxusu.

- Maraqlıdır, yamaca enənə qədər çıxış yolu tapdınmı? Yeni, əlinə fürsət düşsə qardaşın qızıyla o dağa çıxmağa razı olarsanmı? Yoxsa, hətta, zərurətdən yaranan bu cür şərait qarşısında özünü yenə zəif hiss edirsən?

"Zərurətdən yaranan bu cür şərait"in pafosu divarlarda uğuldadı.

- Teəəsüf ki, hələ də çarəsizəm.

 

Şəhər kəpənəyi səhraya baxır

 

 

Baş redaktor "II" yazdı.

- Bəs, sonuncu ən xoş duyğuların hansıdır?

Gəncin çarəsizliyi hələ də üzündən sezilirdi. O, yüngülcə alnını ovaraq barmağını burnunun ucuna kimi sürüşdürdü. Həmsöhbəti qutudan bir siqaret də götürüb ucunu isladanda gənc bildirdi:

- Nəsə həmişə elə alınır ki, sevincimin müddəti uzun çəkmir, buna görə də, onun zirvəsinə çatmaq imkanım olmur. Sonuncu dəfə... deyəsən, yolda tanımadığım qarıya kömək edəndə sevinmişdim. Əlində iki ağır zənbil vardı, özü də hədsiz arıq ve çəlimsiz qadın idi.

- Şübhələndiyim üç səbəbdən nəciblik axırıncı gəlir; birincisi, qarşı tərəfə yazıği gəlmə, ikincisi qəhrəmanlıq sevinci.

Yanaqları azacıq allanan gənc zorla gülümsəməyə çalışdı.

- Deyək ki, dördüncü bənd də var - bunların hamısı.

- Nəcib oğlan əlində ağır zənbil aparan küçədəki qarıya yazığı gəldiyi üçün qəhrəmanlıq göstərmek istədi!

- Bir az təhrif etsək maraqlı alınar... Oğlanın içdən gələn nəcibliyinin səsiylə yoldakı ağir zənbilli qarıya etdiyi köməyin qəhrəmanlıq sayılması, onu yazıq duruma saldı.

Qurduğu cümlədən özü də diksindi.

- Etirazım yoxdur. Bizi maraqlandıran sevincin bunun harasından çıxmasıdır. Gördüyün kimi, orijinala azacıq təhrif ziddiyyətə səbəb olur. Deyəsən, sənin variantın məyusluqla nəticələndi.

- Haqlısınız. Onda qoy qəhrəmanlıq olsun.

- Səmimiyyət, - deyən redaktor kağıza "III" cizdi, - Bilirəm, sən də bütün insanlar kimi, yalana olan nifrətindən həmişə düz danışıb, doğru hərəkət edirsən.

- Çalışmaq işin yarısıdır, amma bu mövzuda da elə böyük uğurum yoxdur.

- Yenə də...

- Etiraf sayılır?

- Etiraf bonusdur. Gərək, birinci məğzə baxaq.

Düşüncəli görünən gənc nəsə xatırlamış kimi dişini ağartdı:

- Bir dəfə mövzusu "təvazökarlıq" olan etika dərsində müəllim tələbələrdən kim təvazökardırsa elini qaldırmasını xahiş edir.

- Və onlar arasında əlini qaldıranlar da olur... Səmimiyyətin bu qorxusu yoxdur. Nə vaxtsa hədsiz səmimi olduğunu demək səmimiyyətine zərbə vurmaz.

Gənc yazar yenə fikrə getdi. Səmimiyyətlə bağlı xüsusi qeyd edilıcık hansısa hadisə xatırlaya bilməməyindən bir az da məyus oldu. Ona elə gəldi ki, həyatı boyu maskada gəzib, sanki, təbii görünməkdən qəsdən qaçıb, özünü heç kimə tanıtmaq istəməyib. Cəmi bir nümunə, cəmi bir lənətəgəlmiş səmimi halını təsəvvür edə bilmədi.

- Düzdür, səmimi olmaq üçün heç vaxt gec deyil, amma istərdim ki, bunu indi etməyi ağlından çıxarasan. Belə deyək: biz indi həyatının neytral zonasındayıq, indi heç nə qeydə alınmır.

Həmsöhbətinin sonuncu kəlməsi ağzından çıxmamış, gənc qutudan siqaret götürdü, onun hər tərəfini diliylə yaxşıca isladıb redaktora uzatdı.

- Onda bunun da dadını yoxlayın.

Gülümsəyən redaktor da siqareti alıb eyni şövqlə alışdırdı və heç nə olmamış kimi sümürməyə başladı.

- Aha, aydındır. Həmişə redaktorları zəhmli və dalğın, daim nəyləsə məşğul özündənrazı məmur kimi görmüşəm. Niyə səhv etdiyimi hələ də anlamıram. Elə bircə görünüşünü saxlamışammış, yekəqarın oğraş!

- Deyim ki, prestijli gedişdir. Hər halda, qəbul etmək olar. Demək, səmimiyyətin bundan ibarətdir.

Gənc əli altındakı vərəqə "IV" yazıb üstünü xeyli qaraladı. Redaktoru qovmaq istəyəndə bir anlıq nəsə düşünüb fikrindən vaz keçdi. Ona həlledici sual lazım idi.

- Qarşımızda iki anlatma formasi var: birinci şəxsin təkinin dilindən və hadisənin lazım olan yönlərini görən üçüncü şəxsin dilindən. Seçim etməlisən.

- Bəs üçüncü tərz yoxdurmu?

- Var.

Gənc maraqla gözlərini qıydı.

- Tanrının dilindən.

O, bəzi şübhələrinə son qoymaq üçün bu dəfə siqareti redaktordan istədi, həmsöhbəti də qutudan sayca iyirmi birinci siqareti çıxarıb ona verdi. Gənc filteri sındırıb redaktora qaytardı.

- Bəs nə vaxtsa bunun necə dad verdiyini yoxlamısan?

Redaktor gülümsədi:

- Deməli, - deyə həmin siqareti alışdırmağa nail oldu, - seçimimiz məlumdur. Hadisələrin yerini sürüşdürməklə tamamilə fərqli nəticələrə yetişmək... Bunun üçün də həqiqətən Tanrı olmaq lazımdır.

- Yeknəsəklikdən qaçmaq təklifimiz hələ də qüvvədədir, deyəsən.

Həmin gecə redaktor başından yoxa çıxandan sonra gənc dayanmadan işlədi, yazdiğını pozdu, pozduğuna düzəliş edib yenidən yazdı, düzəlişlərini başqalarıyla əvəzlədi, əvəzlədiklərini pozub yenidən yazmaq istəmədi, yeni sözlər yazdı. Beləliklə, müəyyənləşdirdiyi üç nöqtə arasindakı həyatından götürdüyü hadisələrə əsaslanıb səhərə yaxın hekayəsini tamamladı. Üzerinə "Baş redaktor" yazılmış qapını döyəndə içəridən ona arıq kişi cavab verdi. Çox zəhmli və dalğın görünürdü, otaqdansa siqaret qoxusu gəlmirdi.

- Bəli, aydın görünür ki, yeknəsəklikdən var gücünlə qaçmaq istəmisən. Hekayənin istənilən adamın heyatını danışa biləcəyi dili var. Bəs buna necə nail oldun?

Səslərin sayı: 1
4
1286
loading...
Şərhlər
Offline
Yagmur
Maragli hekayedi tesekkurler.. hi
2 fevral 2017 19:37
Offline
Arzu
Xeber ucun tesekkurler oxudum amma bir neticeye gele bilmedim
1 fevral 2017 21:17
Offline
Ceylan Mumoğlu
Krossvord janrli nesrde hadiselerin ve ya megzlerin yerini sürüsdürmekle yeni menalara yetismek olur. Bu janrda romanlar çoxdur, amma hele hekayeye rast gelmemisem. Sirf bu hekayede hemin yerdeyismeler sade tapsiriga cavab vermelidir: genc yazarin sonda yazdigi hekaye nece ola biler? Bunu teyin etmek oxucudan intellektual oyuna tabe olmagi teleb edir, yani, tesevvür ele ki, krossvord hell edirsen: rum reqemlerinin teqdim etdiyi punktlari istediyin hadiseyle istediyin kimi birlesdirib genc yazarin bütün gece üzerinde islediyi hekayenin öz variantini yaza bilersen. Bu janrin aqibeti tamamaile olmasa da, müeyyen qeder oxucudan asili qalir, çünki her bir oxucunun cavabi özünemexsus olur.
1 fevral 2017 16:12
Offline
Iceberg
Son dovrlerde oxudugu en maraqli hekaye deye bilerem
1 fevral 2017 14:27
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış