Yaşlı valideynlərə baxmaq, onların qeydinə qalmaq, onlara yardım əlini uzatmaq övladın vəzifəsidir. Necə ki, valideynlər vaxtilə, onu böyüdüb boya-başa çatdırmaq üçün min cür əzab-əziyyətə qatlanmışlar. Övlad da yaşlananda valideynlərinə baxmaq məcbiriyyətindədir. Əgər övlad ailəlidirsə valideynlərinə necə baxmalıdır?
Milli.Az meneviyyat.az-a istinadən bildirir ki, kişilər evli olsalar da valideynlərinə baxmaq məsuliyyəti onların üzərindədir. Odur ki, evli olduqları təqdirdə ya özləri baxmalı, ya da ki, həyat yoldaşlarından bunu xahiş etməlidirlər. Gəlin qayınana və qayınatasına baxmağa məcbur deyil. Ancaq gəlinin hörmət və anlayış göstərərək ailədəki böyüklərə-qayınana və qayınataya baxmağı daha yaxşıdır.
Əgər qadın müəyyən səbəblərdən (işləmək, baxmaq istəməmək və s.) qayınana və qayınataya baxa bilmirsə, bu təqdirdə məsuliyyət yenə kişinin üzərinə düşür. Kişi övladı olaraq özünü dünyaya gətirən insanlara olan borcunu yerinə yetirməli, onlara ya özü baxmalı, ya da ki, baxmaq üçün qulluqçu tutmalıdır. Valideynlərin harda (öz yanında və ya başqa yerdə) yaşmasından asılı olmayaraq övlad olaraq üzərinə düşəni yerinə yetirməlidir. Bir evdə birgə yaşamaq oğul, valideyn və nəvələr nöqteyi-nəzərindən daha yaxşıdır. Adət-ənənəmizdə də bunun faydalarını görə bilərik.
Ailəli qızlar da öz valideynlərinə baxmaqla mükəlləfdirlər. Doğrudur, kişilərə nisbətən onların üzərinə daha az məsuliyyət düşür. Amma bu o demək deyil ki, onlar bundan azaddırlar. Əgər evli qadının qardaşı yoxdursa valideyninə baxmaq onun vəzifəsidir. Lazım gələrsə ərindən bunun üçün icazə almalı, ehtiyac olarsa valideynini öz evinə gətirməli və ya evlərinə gedərək onların qayğısına qalmalıdır. Kişi də bu məsələdə həyat yoldaşına qarşı anlayışla rəftar etməli, onun da bir övlad olduğunu əsla unutmamalıdır.
Əgər qadının həyat yoldaşı ona icazə vermirsə[1] qadın valideynlərinə imkanı nisbətində maddi yardım eləməyə çalışmalıdır. Özünün buna imkanı çatmırsa aidiyyatı dövlət qurumlarına müraciət edə bilər.
Nəticə etibarilə onu demək olar ki, qayınata və qayınanaya baxmaq bəy və gəlin üçün məcburi olmasa da, övladlar üçün məcburidir. Buna görə də qadın ərini, kişi də həyat yoldaşını razı salaraq valideynlərinə baxmalı və ya baxdırmalıdır. Çünki, Quranda onlara "of" deməyin doğru olmadığı bildirilir. O ki, qaldı onları qocalar və kimsəsizlər evinə qoymaq, bu əsla doğru deyil və böyük günahdır. Ana-ata da öz növbəsində özünə qulluq edən gəlinindən xoş sözlərini əsirgəməməlidir.
[1] Burada onu qeyd etmək yerinə düşər ki, kişinin belə bir hərəkət eləməsi doğru deyil. Çünki üzərində ən çox haqqı olan valideynlərə baxmaq övladın borcudur. Ona bunu qadağan etmək isə haqsızlıqdır.
Milli.Az
XƏBƏR LENTİ
Telekommunikasiya tarixi və müasir cəmiyyətimiz
Ailə qurulması məsləhət olan 15 kişi tipi
Maksim Şevçenko onu öldürməklə hədələyən ermənilərin adlarını açıqladı - VİDEO
Unutqanlığın qarşısını alan məşqlər
5 manata satılan yaşıl yumurta -FOTO
Azərbaycan Kubokunda 1/8 final həyəcanı
Naringili dondurma (foto resept)
Kök şorbası
Vegeterianlıq nədir?
Qarın bölgəsindəki yağları əridən detoks
Aslı Enver idmana başladı-FOTO
Danimarkada qəribə hadisə: Koronavirusa görə öldürülən su samurlarının cəmdəkləri basdırıldıqları yerdən çıxdı
Ən gülməli manekenlər
Qadın.net-lilərin ləqəbləri (2-ci hissə)
Gürcü nazir İrəvanda Azərbaycandan danışdı
Ledi Qaqa yeni ili onunla keçirdi-FOTO
Yerli TV və radiolar yayımlarını dayandıracaq-SƏBƏB
Cennifer Lopez Toy Vaxtını Açıqladı-FOTO
Ağciyərindən mismar çıxdı-FOTO
TƏBİB-dən ölkəyə koronavirus peyvəndinin gətirilməsi ilə bağlı AÇIQLAMA
Gözəl saçlar
Olimpiya çempionumuz yeni vəzifəsi haqda danışdı
Azərbaycanda boşanmaların sayı açıqlandı
Ağır idmanın zərəri
Yeni ildə Azərbaycanı gözləyən təhlükə
Beren Saat sevərlərə bəd xəbər (FOTO)
Övladımla necə dost ola bilərəm?
Qadın DYP avtomobilində uşaq dünyaya gətirdi
WhatsApp-da daha bir yenilik
Qaymaqlı qurabiyə (foto resept)
Yazıqlar məkanı: irəliyə doğru, geriyə...
Nişan üzükləri
"Qarabağ bir neçə günə geri alınacaq"
Dimedrol reseptlə satılmalıdırmı?
Xərçəngin yarandığını göstərən əsas əlamətlər açıqlandı
Günün qoroskopu: Mübahisə etməyin!
Çimərlik çantaları
Hava haqqında - 12.08.2013
Klubumuz planetin ən güclü kollektivləri ilə mübarizə aparacaq
İki ulduz eyni rol üçün mübarizə apardı-FOTO
5 əsas fitness hərəkətinin doğru və səhvləri
“Facebook”da sistem dəyişir
Günün ulduz falı - 11.03.2014
Çində son sutka ərzində COVID-19-a daha 8 yeni yoluxma aşkarlanıb
Neymarın cəzası məlum oldu
Ərtoğrol Cavid (vaxtdan uca)
Bu günün hava proqnozu
Yadplanetlilərlə 4 dəfə görüşən şəxsin – Şok hekayəsi
Disney gözəllərinin oxşarları
Təyyarə ilə səfər zamanı qulaqda yaranan problemlər