İslamı ilk qəbul etmiş insan - Hz. Xədicə
Həzrət Mühəmməd Peyğəmbərin (s) ilk həyat yoldaşı, ümmül-möminin. Peyğəmbərin dəvəti ilə İslamı qəbul etmiş ilk şəxs, Peyğəmbərdən sonra ilk müsəlman. Xədicə bint Xüveylid ibn Əsəd ibn Əbdül-üzza ibn Qüseyy ibn Kilab Qüreyş qəbiləsinə mənsub idi. Babasının babası Qüseyy həm də Həzrət Mühəmməd Peyğəmbərin (s) beşinci nəsildən ulu əcdadıdır.
Xədicə İslam Peyğəmbəri ilə izdivacdan əvvəl Əbu Halə Hind ibn Zürarə Təmimi ilə ailə qurmuş və ondan Hind adlı oğlu doğulmuşdu. Bu oğul sonralar Cəməl savaşında Həzrət Əlinin (ə) tərəfində döyüşərək şəhid oldu. Xədicənin Əbu Halədən Halə adlı daha bir oğlunun da olduğunu yazırlar; bəzi müəlliflər isə Haləni Xədicənin deyil, bacısının oğlu hesab edirlər. Əbu Halənin vəfatından sonra Xədicə Ətiq ibn Aiz Məxzumiyə ərə getmiş, ondan Hind adlı qızı dünyaya gəlmişdi. Ətiq də vəfat etdikdən sonra Əbu Süfyan, Əbu Cəhl, Üqbə ibn Əbu Müit kimi adlı-sanlı Məkkə sakinləri Xədicəyə elçi düşdülər, amma Xədicə onların təklifni rədd etdi. Həyat yoldaşları Xədicəyə külli miqdarda sərvət miras qoymuşdular. Buna görə də Xədicə mütəmadi olaraq ticarət karvanları təşkil edib Şam (Suriya) istiqamətində göndərir və bu karvanların qazancı ilə dolanırdı. Cahiliyyə dövründə Məkkədə onu «tahirə» (pak) ləqəbi ilə tanıyırdılar.
Həzrət Mühəmməd Peyğəmbər (s) 25 yaşına çatdıqda Xədicə növbəti ticarət karvanına başçı təyin etmək üçün bacarıqlı və əmanətdar bir adam sorağına düşdü; ona Mühəmmədi (s) nişan verdilər. Çünki Həzrət Mühəmməd (s) Məkkədə düzgün, doğrucul bir şəxs kimi tanınırdı; Onu «əmin» (əmanətdar) deyə çağırırdılar.
Xədicənin təklifi ilə Həzrət Mühəmməd (s) karvana başçılıq etməyi öz öhdəsinə aldı. O həzrətin uzaqgörənliyi və bacarığı sayəsində ticarət səfəri çoxlu mənfəətlə nəticələndi. Səfər boyunca Həzrət Mühəmmədi (s) müşayiət etmiş Xədicənin nökəri Meysərə də öz xanımına o həzrətin barəsində müsbət fikirlər söylədi.
Xədicənin bu ərəfədə gördüyü yuxunu onun yüksək məqamlı bir adama ərə gedəcəyi mənasında yozmuşdular. Xədicənin təşəbbüsü ilə rəfiqələrindən biri Həzrət
Mühəmmədə (s) xəbər verdi ki, Xədicə o həzrətin həyat yoldaşı olmaqdan böyük məmnunluq duyacağını bildirir. Peyğəmbərin əmisi Həmzənin elçiliyi vasitəsilə Xədicənin qohumlarının da razılığı alındı. Əbu Talib evlənənlərə xeyir-dua verib, Həzrət Mühəmmədin (s) adından Xədicəyə 500 dirhəm məbləğində mehriyyə ödədi.
Geniş yayılmış rəvayətə görə, bu izdivac zamanı Həzrət Mühəmmədin (s) 25, Xədicənin isə 40 yaşı vardı. Lakin Xədicənin yaşının 28 olduğu barədə də məlumatlar vardır. Çünki əgər Peyğəmbərə ərə gedərkən Xədicənin 40 yaşı olmuşsa, besətdən 5 il sonra doğulmuş Həzrət Fatiməni (ə) dünyaya gətirərkən onun yaşının 60-ı keçdiyini qəbul etməliyik ki, bu da həqiqətə uyğun görünmür. İslam Peyğəmbəri Xədicədən əvvəl heç kəslə evlənməmiş, onunla evli olduğu müddət boyunca da başqa qadınla ailə qurmamışdır.
Həzrət Mühəmməd Peyğəmbərin (s) Xədicə ilə izdivacdan 2 oğlu və 4 qızı dünyaya gəlmişdir. Onların ilk və son övladları Qasim və Abdullah körpə ikən vəfat etmişlər (Abdullahın adını kitablarda Teyyib və Tahir kimi də qeyd edirlər). Dörd qızın adları isə Zeynəb, Rüqəyyə, Ümmi-Külsum və Fatimədir (ə). Bəzi tədqiqatçılar bu fikirdədirlər ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) Fatimədən (ə) başqa qalan üç qızı (Zeynəb, Rüqəyyə və Ümmi-Külsum) doğma deyil, ögey olmuşlar. Yəni onlar Xədicənin əvvəlki izdivacından doğulmuş və Həzrət Mühəmməd (s) tərəfindən qızlığa götürülmüşlər.
Həzrət Mühəmməd Peyğəmbər (s) ilk vəhyi aldıqdan sonra öz təəssüratını məhz Xədicə ilə bölüşmüş və Xədicə öz əmisi oğlu, hənif əqidəli Vərəqə ibn Nofəllə məsləhətləşdikdən sonra Mühəmmədin (s) peyğəmbərliyini qəbul edib iman gətirmişdi. Xədicə bununla da kifayətlənməmiş, bütün sərvətini İslamın inkişafı yolunda xərcləmiş, ağır günlərdə müsəlmanlara dayaq olmuşdu. Buna görə də İslam Peyğəmbəri Xədicəni yüksək dəyərləndirir, vəfatından sonra da onun xatirəsini ehtiramla yad edirdi. Hətta Həzrət Mühəmməd Peyğəmbərin (s) bəzi xanımları Onun Xədicəyə qarşı azalmayan sevgisinə həsəd aparırdılar. Əli ibn Əbu Talibdən (ə) rəvayət edilən hədisdə deyilir ki, bir gün Peyğəmbərin yanında Xədicədən söz düşəndə o həzrət ağladı (bu hadisə Xədicənin vəfatından bir neçə il sonra baş vermişdi). Ümmül-möminin Aişə dedi: «Bəni-Əsəd qəbiləsindən olan qırmızı sifətli qarıya görəmi ağlayırsan?». Peyğəmbər qəzəblənib Aişəyə belə cavab verdi: «Siz məni yalanladığınız halda o məni təsdiq etmişdi, siz məni inkar etdiyiniz halda o mənə iman gətirmişdi, siz sonsuz olduğunuz halda o mənə övlad bəxş etmişdi». Aişə deyir ki, bu hadisədən sonra həmişə Xədicəni yaxşı sözlərlə yad etmək vasitəsilə Peyğəmbərə yaxın olmağa çalışırdım (Əllamə Məclisi. Biharül-ənvar, XVI, 8). Peyğəmbər tarixin dörd ən üstün qadını sırasında Həzrət İsa Peyğəmbərin (ə) anası Məryəm, fironun mömin xanımı Asiyə, öz qızı Fatimə (ə) ilə yanaşı Xədicənin də adını qeyd edirdi (İbn əl-Əsir. Üsüdül-ğabə, V, 437).
Müsəlmanlar Şibi-Əbu Talibdə iqtisadi mühasirə şəraitində yaşadıqları zaman ümmül-möminin Xədicə də onların arasında idi. Bu ağır şərait nəticəsində səhhəti pozulmuş Xədicə iqtisadi mühasirə qurtardıqdan az sonra, peyğəmbərliyin onuncu ili ramazan ayının 10-da (miladi 619-cu il), Əbu Talibin vəfatından üç gün sonra dünyasını dəyişdi. Bu iki itki Həzrət Mühəmməd Peyğəmbərə (s) elə ağır təsir etdi ki, O, həmin ili «hüzn ili» adlandırdı. Xədicə Məkkənin kənarındakı Həcun qəbristanlığında (hal-hazırda Cənnətül-müəlla adlanır) dəfn olunmuşdur. 1925-ci ildə vəhhabilər məzarın üzərindəki türbəni yerlə-yeksan etmişlər.
XƏBƏR LENTİ
Azərbaycan coğrafiyasının inkişaf tarixi-6
Sağalmaz dərdin dərmanı tapıldı
"Supermen" 0,05 saniyəyə klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir
Bakıda bir düymə ilə hərəkət dayanacaq
Etibarnamə ilə maşın sürənlərə dərs olsun
Günün qoroskopu:Səfər etməyin!
Körpə masajı
Hərbçimiz Şuşada “Sarı gəlin”i ifa etdi - VİDEO
ABŞ-da koronavirusun “Tramp kokteyli” ilə müalicəsinə icazə verildi
Adobe Photoshop (Dərs-15)
Günün qoroskopu: Günəşi görmək istəyirsənsə kölgədən çıx
Cadu varmı? Ondan necə qorunmaq olar?
Ermənilər Qəbələyə gələ bilərlər
Maraqlı faktlardan (2)
Tovuzda xəzinə tapıldı
Anomal soyuqlar ABŞ-ı dondurub
Kerem Bürsin saç əkdirib
Uşaqlara ingilis dilini robotlar tədris edəcək
Bakı bir səyyahın dilindən
Klublarımız Çempionlar Liqası ilə vidalaşdı
Mülüzdə mədəniyyət mərkəzi
Toyuq salatlı taco (foto resept)
Hər kəsin qoxu reseptoru fərqlidir
Hamilə olduğunu zənn etdi, əslində isə-ŞOK Görüntü
Ağ Ev aparatında COVID-19-a yeni yoluxma
Evsizlər üçün xüsusi palto hazırladı
Qan qrupunuza görə bunları bilməlisiniz!
Üz formasını dəyişən qidalar
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Salyanda 2 koronavirus xəstəsi həbs olunub - VİDEO
Soyuq qışın donmuş xəstəlikləri
Azərbaycanda ilk dəfə: yalnız kasıblar üçün
Ermənistanla bağlı qərar verildi - Yayım Birliyinin açıqlaması
Zeynep Bastık toyunu növbəti dəfə təxirə saldı
Pələngə qızıl diş qoydular-FOTO
"Tibbi sığorta haqqında" qanuna dəyişiklik edildi
Pişiklər sevgilərini necə göstərir
Susuzluğun bədənə təsirləri və nəticələri
DİN-dən əhaliyə XƏBƏRDARLIQ
40 yaşından sonra dəblə necə ayaqlaşmalı?
Məşhur modeldən qalmaqallı açıqlama
Uğurlu piroq (foto resept)
Xəbərdarlıq: Yeni il bayramında ehtiyatlı olun !
Azərbaycanda vahid yanıq mərkəzi yaradıldı
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 119 yeni yoluxma
Fəttah Heydərovun dəfn ediləcəyi yer açıqlandı
Şakira mərasimə həyəcan qatdı - FOTO
Ərdoğan: Sübut edə bilməsən, alçaqsan, namərdsən
Prezident: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”
Bunu necə qəbul edim?
- ŞƏRHLƏR