"Next Station...."sözlər qulağımda cingildədi. 3 dəqiqə, cəmi 3 dəqiqəlik yolçuluq. Saata baxıram. 18:03. İşıqforda saniyələri saymaq, metroda stansiyalar arasında dəqiqələri saymaq.. Çoxaldıqca azalan nədir sözləri keçdi beynimdən. Xərclədiyimiz ömür...Biz hey tələsirik. Halbuki bilirik son dayanacaqda bizi nə gözləyir. Lakin o son dayanacağa qədər "Bəlkə...Bəlkə..." deyə pıçıldayırıq özümüzə.
Bəlkə alındıra bildim.... Bəlkə bu dəfə ofsayt olmadım. Bəlkə bu dəfə penaltı oldu və qolu vuran mən oldum... Olacam. Felin zamanı dəyişir. İnsanlar da eləcə ... Felin şühudi keçmiş zamanı formasında bəhs olunan insanlar. Onlar gələcək zaman formasına qətiyyən uyğunlaşmırlar. Onlar yalnız şühudi keçmişdə var, Qəti gələcək yoxdur...
Qatar qəfil əyləclə dayanır. Hamı sirkələnir. Yanımdakı insanın ayağını tapdalayıram. Üzr istəmək üçün dönürəm. Başı əlindəki telefona qarışıb, ayağından xəbəri yoxdur. Ya da xəbəri oldu, onun üçün çox adiləşib bu cür əzilmələr, itələnmələr. Yenə düşüncələrimə qayıdıram. Ya Draqo olsam... Ya da Mücəlla..
Bir ömür boyu hey gözləsəm uzaq Tatar çölündə. Ya da evlərinin qarşısındakı kolun dibinə qədər getməyi bacarmayan Mücəlla kimi.... Hey xilas olunmağı gözləyərkən, öz xilasedici rolunu oynamamaq. Deyəsən passifistliyi seçmişəm... Ətalətdə olanlar daim istifadə olunmaq təhlükəsi ilə qarşı, qarşıyadırlar. Onların daim şəkər tozu olmayanda qənd kimi başlarının əzilib şirinçay olma ehtimalı var.
3 dəqiqə başa batır...Next station. Məni daha da küncə sığışdırırlar. "Söykənmək olmaz" işarəsini artıq kürəyimlə örtmüşəm. İnsan da kərpic kimidir yandıqca bərkiyir. Sən hansı kərpicdən dəm vurursan... Çox yanmış kərpic ustanın əlində xırdalanır. O kərpic işə yaramır ki... Uzaqbaşı onunla dəlmə-deşiyi bağlayırlar. Bax, o an mənim gözlərim qarşı tərəfdə "Söykənməyin işarəsi"nin qarşısını kəsmiş qadının üzünə zillənir. Qadın eynilə Şabanın filmlərində oynayan o çirkin aktrisa xanıma bənzəyir. Çirkinlik bəzən avantaja çevrilir. Çirkinlik nədir, ya da gözəllik. Bunların da xoşbəxtlik kimi öz tərifi və ya resepti yoxdur. Dünyada nə qədər insan varsa onlara görə dəyişir. Gözləmək... Həyatda bir gün hər şeyin yoluna düşcəyini ya da xoşbəxt olacağını gözləmək... Axı bizə nəyi söz veriblər... Kim söz verib ki, bu qədər iddialıyıq...
Qatar dayandı. İnsanlar yenə itələşdilər. Vərdiş alıblar. Hər zaman eyni sözlər deyilir, eyni sözləri eşidirik. Amma yenə itələyirik. Çünki o sözlər artıq mexanikləşib, öz dəyərini itirib, ucuzlaşıb. Ucuzlaşmaq... Nəyinsə qiymətdən və dəyərdən düşməsini istəyirsinizsə onu çoxaldın deyiblər... Sözlər də elədir. Dəyərsiz bir yığın kimi olduqda onların qədrini bilmirik. Ruhlarımız bir-birindən ayrı düşmüş insanlar kimi hey çığırırıq.
Gözləmək... Bütün ömrün boyu gözləmək... Və bu gözləmə müddətinə saundtrek seçmək. Bayağı musiqi yanımdakı gəncin qulaqcıqlardan axıb üstümə tökülür."Next station". Adamlar daha da sıxlaşdı. Mən oksigenin azaldığını bütün vücudumla hiss edirəm. Yenə fikrim uçur. Zaman anlayışı nədir ki? Zaman bu gün altından metro xətləri keçən, üstündə lüks maşınlar şütüyən Bakıda 1 əsr öncə faytonların və atların məkanı olması deməkdir. Zaman. Ağ -qara gördüyümüz yuxular kimidir. Əlimiz çatmayan dünən kimidir.
Gec rastlaşdıq dedi. Gec deyə bir anlayış yoxdur. Sadəcə olaraq sənin zamanın, mənim zamanımla uyğun deyil dedim. Kunderanın qəhramanı məhz öz ölümsüzlüyünü araşdırarkən bunu kəşf etdi. Zaman hər şeyi udur və öz içində əridir. Yalnız söz qalır. Bir kəlmədən ibarət söz...
Gözləmək... Draqo kimi yoxsa Mücəlla kimi? Yoxsa Trotski kimi ölkədən ölkəyə qaçaraq özünün nə dərəcədə haqlı olduğuna insanları inandırmaq... Fərəh Pəhləvi... Qatar tuneldə dayandı. Ani işıqlar söndü. Yanımdakı gəncin telefonu onun üzünü işıqlandırır. Gözlərini yumub yırğalanır. Dinlədiyi musiqi onu tuneli də fərq etməyə izn vermir. Zamanına heyfi gəlmir -deyə düşünürəm. Amma mən də onunla eyni zamanı və saatı paylaşaraq tuneldə qalmışam. Qatar ləngər vurub hərəkətə başladı. İşıqlar yanıb söndü, sonra yenə yandı. İnsanların üzündə peyda olmağa başlamış narahatlığın yerində laqeydlik ifadəsi yenə öz yerini tutdu.
Bəlkə də nəqliyyat yeganə yerdi ki, insanlar bir-birinin üzünə baxmaqdan qaçır. Nəyi gizləyirik görəsən... "Next station..." İtələşmə başlandı. Bir anlıq dayandım. Uşaqlı qadına yol verdim. Qadın çıxan kimi qarşıdan gələnlər məni yenə itələyib "Söykənməyin" yazılmış şüşəyə dirədilər. "Next station... "Gedib bir stansiya geri qayıtmalıyam. Bəlkə mən də itələyəydim, ya da qadına yol verməməli idim... Droqo obrazını heç sevməmişdim... Mücəllaya isə acizliyinə görə nifrət etmişəm.... Gözləmək...Nəyi? "Halbuki mən sizin üçün rahatlığı cənnətdə qərar vermişəm, siz isə dünyada axtarırsınız." -sözləri beynimdən sürətlə keçərək dodaqlarıma töküldü. Səhv ünvan getmək qədər dəhşətli nəsə var görəsən?!.. Xüsusilə o ünvan uğrunda bir ömür xərcləyirsənsə....
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Pensiya yaşının artırılmasını nəzərdə tutan qanun qüvvəyə mindi
"İşğal altındakı ərazilər qaytarılmalıdır"
Manatın məzənnəsinin zəifləməsi pensiya sisteminə təsir edəcəkmi?
24 yaşlı alim ABŞ Gözəli oldu-FOTO
Qara Qarayev: "Musiqimizin tarixi yüz illərlə yox, illərlə ölçülür"
Avropa brendləri
Bu günün hava proqnozu
Doğru geyim alın
"Azərbaycan gəncliyi artıq ermənilərin qarşısına təkcə silahla deyil, müasir dünyanın tələb etdiyi intellektlə çıxır
BÜRCLƏR bizə nə vəd edir?-27 İyul
Beren Saatın bayram paylaşımı Qalmaqal oldu - FOTO
Bu robot 19 dildə danışır
Üzərlik antidepresant təsir göstərir
İlin ən uzun iş həftəsinə hazırsınız?
Çilidə sabiq prezident kürsüsünə qayıtdı
Brabus-dan kabriolet Mercedes
Tort üçün şprisin hazırlanması
Düşünün və tapın
Günün qoroskopu: sizi çox çətin gün gözləyir
Yaz-yay geyim nümunələri
Azərbaycanda "donuz qripi" ilə bağlı rəsmi açıqlama
Günün qoroskopu: hüquqlarınızı qorumağa çalışın
Bacı-qardaş olan Hollivud ulduzları
HTC Desire 626 satışa çıxarıldı
Türkiyə Azərbaycanla arxiv işi sahəsində əməkdaşlıq edəcək
İŞİD-in azad etdiklərindən şok etiraflar
Ovma Piroq
İri ticarət mərkəzlərinin açılmamasının səbəbi bilindi
Bu məhsullar UCUZLAŞDI - SİYAH
Virtual, yoxsa real həyatdakı sevgi? - Bakıda SORДћU
200 gözü olan yeganə canlı-FOTO
Məşhur tərzi: İrina Shayk
"Baku World Challenge" avtorallisinin final mərhələsi başlandı
Sabahdan yeni kanal yayıma başlayır
Zəncəfilli detoks
İşğaldan azad edilmiş ərazilərdə yaradılan hospitalların sayı bilindi - RƏSMİ
Gizli yolla telefon danışıqları dinlənilən prezidentlərin siyahısı açıqlandı
Karrinin xeyri və zərəri
"Misket" və "Üzüm poğaça" (foto resept)
Məşhur milyarderin qızı məhkəməni qazandı
Avro dəyərdən düşür
Qozlu keks (foto resept)
Milli Məclis sədrinin və deputatların maaşı artırıldı
Məşhur futbolçular qadın olsaydılar, belə görünərdilər - FOTO
Rusiya peyvəndinin əks-təsirləri məlum oldu
MDB dövlətləri Azərbaycandan seçki ilə bağlı nəyi öyrənəcəklər?
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
Qarın yağlarını əridən idman hərəkətləri
"Hercai"də gözlənilməz AYRILIQ
Borderline müalicəsi (Ruhdakı cənnət və cəhənnəm)-2
- ŞƏRHLƏR