Bir neçə il əvvəl, üç yaşındakı oğlum Robert arxa baxçanın nərdivanlarından düşmüş, dişlərindən biri çənə sümüyünə ilişmişdi.Hələ üç yaşında olduğu üçün çox qorxmuşdu, və çox ağrı çəkirdi. Daşın üzərində arxa üstə yatır, bu ağrını qanlar içində həyatı boyunca çəkəcəyini fikirləşərək ağlayırdı.
Anasıyla birlikdə bu qışqırığın niyə çıxdığını anlamaq üçün arxa bağçaya qaçdıq. Ağlayıb qışqırıqlar çıxardaraq yerdə yatan Robertə baxarkən onun bilmədiyi bir şeyi bilirdim: Bir uşaqla danışmanın doğru bir zamanı vardı. Onunla məni dinləyə biləcəyi zaman danışmalıydım. Robert, məni qışqırıqlar atdığı sırada dinləyə bilməzdi, amma qışqırmaqdan nəfəsinin kəsiləcəyini və ciyərlərini yenidən doldurmaq üçün dərin bir nəfəs alacağını bilirdim. Buna görə nəfəs almaq üçün qışqırığına ara verdiyində, "Çox ağrıyır, deyilmi Robert?" dedim.
O anda uşaq danışdığımı bilirdi. Çoxu ana ata uşaqlarıyla məqbul bir şəkildə danışmaz. Robertin digər qışqırığı yenə nəfəs almaq üçün kəsildiyində "Ağrımağa davam edəcək yəqin," dedim. Bu tamda Roberti narahat edən şey idi. Ağrısının sürməsindən qorxurdu, buna görə bir dəfə daha ağıllıca danışdım.
Qışqırığına nəfəs almaq üçün üçüncü dəfə ara verdiyində, "Ağrın bəlkə də bir iki dəqiqə içində dayanar," dedim. Üç yaşındakı bir uşağın bir iki dəqiqə sözlərini eşitməmiş olması mümkün deyildi. Bunlar Robertin bilmədiyi şeylər deyildi, amma ona çox ümid verməmişdi.
Robert yenə nəfəs almaq üçün dayandığında, anasına işarə etdim və ikimiz birdən yerdəki qan izinə baxdıq və mən, "Anası, bu qırmızı və sağlam bir qana bənzəyir, deyilmi?" dedim. Yerdəki qan izinə baxarkən Robertin gözləri maraqla açıldı. Anasıyla birlikdə Robertin qanının keyfiyyəti haqqında bir az müzakirə etdikdən sonra belə dedim:
"Robert, bilirsən, daşın rəngi qanının həqiqətən keyfiyyətli və sağlam olub olmadığını anlamamızı çətinləşdirir. Qanına gözəl və ağ bir yerdə baxmalıyıq."
Anası və mən Roberti qaldırdıq, duşa apardıq və ağızından axan qanın ağ rənglivannaya damlamasını təmin etdik. Həqiqətən kalitəli, qırmızı və sağlam bir qan idi. Robert də bizim qədər maraqlanmışdı.
Sonra Robertin qanının suyla gözəlcə qarışdırıb çəhrayı rəng alıb-almayacağı ilə maraqlandım. Robertin üzünü yudum, necə ki qanı çəhrayı rəngini almışdı.
Sonra Robertə pis xəbəri verdim. "Sən ona qədər ədəd saya bilirsən. Əslində həkim dodağına tikiş təyin edərkən iyirmiyə qədərdə saya bilərsən. Amma sənə iyirmiyə qədər sayma şansı verəcəyini fikiləşmirəm. On tikiş atacağını belə fikirləşmirəm. Amma sən yenə də saymağa davam et və on dənə tikiş atıb atmayacağına bax."
Beləcə Robert həkimə ağılında möhtəşəm bir hədəflə getdi: O tikişləri sayacaqdı! Həkimin otağına çatdığımızda cərrah, "Ona lokal ya da ümumi bir anestezi etmək istəmirəm," dedi.
Anası, "Dərhal tikiş atıb işi bitirin," deyərək təlimat verdi.
Və cərrah Robertin yarasını tikməyə başladığında o da şüuruyla saymağa başlamışdı: "Bir… iki… üç…"
Robertin dodağına yalnız yeddi tikiş atıldı. Cərrah bir Robertə bir anasına baxıb dayanırdı. (Üç yaşındakı bir uşağın, dodağına daha çox tikiş atılmasını istəməsinə bir məna verəməmişdi!)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünyanın gözəlliyini əks etdirən şəkillər
Dərini canlandıran maska
Xoşbəxt olmaq istəyirsiniz?
Obama müharibədən danışdı: "Nəhayət bitəcək"
Bakı metrosuna könüllülər lazımdır
Koronavirusla bağlı son STATİSTİKA
Bəzi tarixi yerlərə səyahət
Əmlakınıza qiymət qoyulacaq!
Rusiyanın xalq artistləri Bakıya gəlir
Hərbi xidmətdə yenilik
Zəmanə dəyişilib yoxsa insanlar?
Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO
İqor Morskinin xəyal gücü
İlon Mask bir həftəyə sərvətini 13.5 milyard dollar artırdı
Ebru Gündeş Bakıya gəlir-FOTO
17 illik serialda "Haluk" olmayacaq?
Əliyevdən mesaj: Hərəkətə keçin
HAVA necə olacaq?
"Supermen" 0,05 saniyəyə klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir
İsrail raketləri Suriyanı vurdu
Qadın.Netlilərin körpələri- 4
HAVA necə olacaq?
İstilik sistemləri niyə işə salınmır?
Moskvada Malıy Teatrın səhnəsində “Yeddi gözəl” tamaşası səhnəyə qoyulub
Məşhur müğənni itinin ayı balası olduğunu öyrəndi-FOTO/VİDEO
Dadlı tort
Gəlin buketləri
Mədə-bağırsaq xəstəlikləri üçün
İrandan daha çox nə alırıq?
Düşmən 26 hərbiçsini itirib
Dekabrda neçə gün dincələcəyik?
Yemək yeyərək sərvət qazanır - FOTO
Maqnezium çatışmazlığı nəyə səbəb olur?
İş həyatında insanlara təsir etmək üçün...
ÜST nümayəndəsi kollektiv immunitetlə bağlı şübhələrini bölüşdü
Qarderobunuza əlavə etməli olduğunuz geyimlər
Rusiyadan gözlənilməz addım - "WhatsApp"a qadağa
200 kaloridən az olan 2 sağlam smoothie
Ramazan ayının 29-cu gününün duası
İlham Əliyev prezidentləri bir araya topladı
Braziliyalı Azərbaycan klubunda
Leyla Əliyeva Heydər Əliyevin 95 illiyinə həsr edilən tədbirdə iştirak edib - FOTO
Alimlərdən yeni rekord
Tkemali sousu (Gürcü mətbəxindən )
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
Elm ilk uşaqların daha ağıllı olduğunu deyir
Günün qoroskopu: Bədxərclik etməyin!
Simeoneyə da bir təklif
"Ufak Tefek Cinayetler"in aktrisası çəkilişlərə gələ bilmir-SƏBƏB
Azərbaycanda ilk
- ŞƏRHLƏR