Bakıda hava 24°
USD AZN
EUR AZN
08:50Xəyalə Murad Cüməniz Mübarək! 08:50Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41013

Biz qadınlar...

 


 

"Qohumun qohuma etdiyini əqrəb etməz" - deyə bir atalar sözü var. Mən bu sözü dəyişdirib, "qadının qadına etdiyini" - deyə başlamaq istəyirəm.

Belə ki, qaynana-gəlin problemi, evli şəxslə birlikdə olan qadınlarla problemlər... Bu misalları artırmaq mümkündür. Ağılıma bu sual gəlir: "Niyə bir-birimizə dəstək olmaq əvəzinə qarşı çıxırıq? Bunlar hansı psixologiya içərisində meydana gəlir? Bunun təməlində nələr var?". Çox düşünüb belə bir nəticəyə gəldim - özünə etibarsızlıq. Necə?

İş yerində qadınların bir-birlərinə dəstək olmadıqlarını, ondan daha yüksək vəzifədə işləyən bir kişini deyil, bir qadını qısqandıqlarını və arxasından dedi-qodu etdiklərini müşahidə etdim. Bu özünə etibarsızlıq deyil, bəs nədir? Maraqlanıram!.. Qadınların çox vaxt bir qadının idarəsi altında işləmək istəmədiklərini çox eşitdim.

Qadınlar şəxsi həyatlarını işlərində daha çox əks etdirirlər. Xoşbəxt olduqları zaman ətrafa qarşı daha müsbət baxa bilir qadınlar…

Bəlkə də qadınlar arasındakı rəqabət uşaqlıqdan başlayır. Freudun nəzəriyyəsinə baxdığımız zaman qız anasını özünə rəqib olaraq görür. Qız uşağı cinsi şəxsiyyətini qazanmağa başladığı andan etibarən ana ilə didişməyə və ataya yaxın davranmağa başlayır. Bir tərəfdən anaya bənzəməyə, digər tərəfdən ona rəqib olmağa çalışır.

Qaynana öz qaynanasından çəkdiklərini gəlininə çəkdirər. Gəlininin səhvlərini taparaq oğlunu onun üstünə göndərər. Oğlunu gəlini ilə paylaşa bilməz. Qaynana sanki heç gəlin olmamış kimi davranar. Ya da gəlin qaynanasını rəqib olaraq görər. Anasına göstərdiyi hörməti qaynanasına göstərə bilməz. Özünü başqa bir sahədə qəbul etdirə bilmədiyi və qabiliyyətlərini ortaya qoya bilmədiyi üçün bu sahədə özlərini isbatlama səyi içindədirlər. Keçmişdə var olan bu problem hələ sürməkdədir və gələcəkdə də sürəcəyə bənzəyir. Buna səbəb bəlkə də ön mühakimələrimizdir.

Bir gəlinin yaşadıqları

Mən həyat yoldaşımla deyil, ailəsiylə razılaşa bilmirəm. Mədəni baxımdan çox fərqliyik. Anası oğluna çox bağlıdır. Oğlunu yanından bir an olsun ayırmaq istəmir. Həyat yoldaşının sağ olmasına baxmayaraq, elə davranır ki, sanki oğlu onun ikinci əridir. Ən son yeni ildə mənim işim vardı və onlarla birlikdə ola bilməyəcəyimizi bildirdik. Heç nəyə baxmayaraq, problem olmasın deyə, qısa müddətə qonaq olduq. Bu kafi gəlmədi. İndi nə anasıyla, nə atasıyla, nə də bacısıyla iki aydır görüşmürəm. Bir ara depressiyaya düşdüm. Yeməkdən, içməkdən kəsildim. İndi daha yaxşıyam. Bu yaxınlarda həyat yoldaşımın anası "Barışaq" - deyə mesaj atdı. Mən yaxınlıq vermirəm. Məni "Bu məsafəni qaldırsan, sənin üçün yaxşı olar" - deyə təhdid etdi. Nə etməliyəm, bilmirəm.

Ön mühakimədən uzaq gəlinin qaynanası ilə əlaqədar fikirləri isə belədir

Qaynanamı sevirəm, çünki həm evlilik ərəfəsində, həm də evlilik dövründə məni heç incitmədi. Öz anamdan daha mehriban idi. Gəlin-qaynana münasibətləri sevgi və hörmətlə başlayan inam üzərinə qurulur. Uzun illər sürəcək möhkəm bir evlilik üçün bu çox əhəmiyyətlidir'. Bütün münasibətlərdə olduğu kimi, bir-birini dinləmək və anlamağa çalışmaq problemləri həll etmədə köməkçi olacaq.

Mənfi nümunələr ola bildiyi kimi müsbət nümunələr də mümkündür. Təbii ki, qadın həmrəyliyinin olduğu yerlər də var. Birlikdə paylaşılan dərdlər, çətinliklər, sevinclər… Qadınlar davamlı olaraq bir-biri ilə didişmir. Bəlkə də bir-birlərini çox yaxşı tanıdıqları və anladıqları üçün bu qədər problem yaşayırlar. Bu yazıda da məqsədim problemlərə səbəb olan düşüncə, duyğu və davranışlardan bəhs etməkdir. Sanılmasın ki, həmişə problem yaşanır.

Ətrafımızda bir çox nümunələrini gördüyümüz evli kişiylə birgə yaşayan qadınlar var. Əvvəllər evli olması əhəmiyyətli olmasa da, daha sonra onu paylaşmaqdan məmnun olmur və kişinin arvadını axtararaq "Ərin mənimlədir, səni yox, məni seçir" kimi ifadələrdən istifadə edərək, "dağdan gəlib bağdakını qovmağa" çalışır. Ya da qadın ərini bu mövzuda günahlandırmaq yerinə o dəqiqə digər qadınla döyüşə girir. Sanki bütün problem qadından qaynaqlanırmış kimi. Bölüşdürülə bilməyən kişi və iki rəqib qadın. Yenə bir tərəf digər tərəfə özünü isbat etməyə səy göstərir… Seçilən olmaq üçün hər cür yola əl atırlar. Əslində paylaşıla bilməyən kişi deyil. Əsas məsələ özünü isbat etməkdir. Bəyənilməkdir, istənməkdir.

Bütün günah o biri qadında olur, aldadılan qadın "Ərimi başdan çıxardı" - deyir. Məsuliyyəti o biri qadına yükləyir. O biri qadına qarşı hirsli olur, hərçənd, aldadan həyat yoldaşı bağışlanır. Bəlkə beləcə özünü və əlaqəsini nəzərdən keçirmək məcburiyyətində qalmır. Aldadılan qadın ərini qazanmaq üçün daha əvvəl ediləsi şeyləri bu hadisədən sonra etməyə çalışır. Onu itirəcəyini anladığı anda özünə baxmağa, əri ilə maraqlanmağa başlayır. O biri qadın ilə özünü müqayisə etməyə və onun haqqında məlumat əldə etməyə yönəlir. O biri qadının mənfi tərəflərini tapmağa çalışır.

O biri qadın da başlanğıcda hər şeyi ilə qəbul etdiyi insanı paylaşmaq və ikinci şəxs olmaq istəmir. Gecələri, ya da xüsusi zamanları təkbaşına keçirməkdən sıxılmağa başlayır. Digər tərəfi rəqib olaraq görür və onunla mübarizəyə girir. İlk olmaq üçün döyüşür. Bu döyüş hər iki tərəfin də müxtəlif oyunlara müraciət etməsinə səbəb olur. Hər iki tərəf seçilən olmaq istəyir.

Qadınlar çox vaxt olduqları mühitlərdə digər qadının nə geydiyini, özündən gözəl olub-olmadığını araşdırır. Qadınlardan ibarət olan yığıncaqlarda bir-birindən gözəl görünməyə diqqət göstərirlər. Ən gözəl paltarlarını geyməyə, ən gözəl aksessuarlarını taxmağa çalışırlar. Kişilərin olduqları mühitlərdə belə kişilər tərəfindən bəyənilmək digər qadınlar tərəfindən qısqanılmaqdır. Ön planda olmaq üçün böyük enerji sərf edirlər. Qadınlar niyə rəqabət aparır? Həmişə seçilən və bəyənilən olduqlarındanmı? Bəlkə də, kim bilir...

Bəlkə də qadınlar uşaqlıqdan etibarən ikinci planda olduqlarını hiss etdikləri üçün özlərini sübut etməyə çalışırlar?

P.S. Bir-birimizi rəqib görmək əvəzinə bir-birimizə dəstək olmalıyıq. Bunun üçün də fikirləşirəm ki, qadının əvvəl özünü tanıması və qəbul etməsi lazımdır. Qadın özünü qəbul etdiyi və özünə inandığı zaman başqa qadınla döyüşməkdən imtina edəcək. Özümüz özümüzə hörmət etdiyimiz zaman digər insanlar da bizə hörmət edəcəklər. Öz bacarıqlarımızı inkişaf etdirməliyik. Nələrə qadir olduğumuzu bilməliyik. Yazıq, əzilmiş qadın rolundan sıyrılıb, məhsuldar olmalıyıq. Özümüzü zəkamızla, işimizlə və başqa sahələrdə isbat etməliyik… Ən gözəl və ən doğru yarış insanın özü ilə apardığı yarışdır.

Səslərin sayı: 12
93
21697
loading...
Şərhlər
Offline
Pərvanə
Deniz N-va ,
♥NiLuFeR♥,
Minira Aslanzade,
Qəribə,
Qəribə,
Çox sağ olun xanımlar fikirləriniz üçün.
22 fevral 2015 02:48
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Xanim_Xatun
Qadın olmaq hər görunuşdə agirdi..

Qadın olmaq hər görunuşdə agirdi..

Qadın olmaq hər görunuşdə agirdi..

Qadın olmaq hər görunuşdə agirdi..
27 dekabr 2014 13:51
Offline
S.S.E.
Ən gözəl və ən doğru
yarış insanın özü ilə apardığı yarışdır.
11 dekabr 2014 20:33
Offline
Ulker.Agamali
Ilk olaraq qadin ozunu bir sexsiyyet kimi derk etmelidir<men qiz dogulmusam deye 2ci olmalioyam prizmasindan ozune yanasma tebii duz deyil> men insanam men bunlari etmeye qadirem ve her kese bacarigimi subut edecem...Qadinlar bir birimize destek verek her zaman
22 noyabr 2014 16:16
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Deniz N-va
Maraqli xeber egore minnetdaram love
29 may 2014 12:46
Offline
♥NiLuFeR♥
Gözəl xəbərdir,təşəkkürlər give_ros
28 may 2014 13:13
Offline
Minira Aslanzade
Menimde qaynanam yaxsidi goz deymesin amma heqiqetdi ogullarna qisqanirlar gelini
21 mart 2014 15:04
Offline
Qəribə
Şukur bele seyle qarsilasmamisam.
21 mart 2014 13:13
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Rzayeva Guler
Genis movzudur
12 sentyabr 2013 14:35
Offline
Kemale Memmedova
MENIM QAYNANAM MENI COX ISTEYIR.ONA GOREDE HER AN MENE DESTEK VERIR.HETTA BILSE KI SEHF EDIREM.OQLUNA O QEDERDE INAMI YOXDU.QALDI REQIB OLAN QADINA,MENIM BASIMA GELENLERINHEC DUSMEN BASINA GELMESINI ISTEMEREM.MENIM OZUME O QEDER INAMIM VARKI HER ISIN OHDESINDEN GELE BILIREM.
31 dekabr 2012 23:31
Offline
Aliya_Edd
Maraqlı məqalədir.TƏŞƏKKÜR EDİRƏM!
Qaynana gəlin münasibətinə heç toxunmayacayam,sakitcə kənarından keçirəm bu mövzunun.
O ki qaldı qadınlar arasında rəqabətə-bu dünya var olduqca,var olsan bir məvhumdur winked Hansısa bir xəbərdə oxumuşdum ki"Qadınlar heçdə əks cinsin nümayəndələri üçün kosmetikadan və gözəllik vasitələrindən istifadə etmirlər.Biri birilərinə daha gözəl görsənməkdir məqsəd."Tamamilə razıyam sevdiyi olan bir xanımın nə vecinə başqasına gözəl görünmək?!
9 dekabr 2012 22:02
Offline
ayan12
men ele tip qaynanalara rast gelmiwemki. artiq aile qurmaqdan cekiniremki birden menimde ailem ele olar. amma onuda deyim ki, bir cox qizlar tek yawamaq isteyir. amma men isteyiremki ailem geniw olsun her zaman yanimda boyukler olsun. he hlada onlarin tecrubei bizim tecrubemizdn daha coxdur. bu menim fikrimdir. amma gerek qaynanada yaxsi qaynana olsun
9 dekabr 2012 21:55
Offline
Selvi
TESEKKURLER,MENIM QAYNANAM SUKUR YAXSIDIR...IMZA HER KES MUKEMMEL OLA BILER.EHTIYAC DUYDUGUMUZ TEK HER SEY ,SEVGI DOLU BIR MEN VE GUCUNU SEVGIDEN ALAN BIR YUKDUR...
1 oktyabr 2012 17:09
imza: Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar...
Offline
Sevinc
tewekkur.subay oldugumcun hecne deye bilmeyecem
14 sentyabr 2012 06:38
Offline
BELLA
ehhh qadinlar qadinlar.maraqli mövzuya toxunmusuz.her cüre qadin var.elbette bütün qadinlar bir olsaydi her sey de,ela olardi.amma bu tessüfki bele olub bele de olacaq.elbette hamiya aid deyil.
13 sentyabr 2012 02:09
Offline
Gozel Qasimzade
cox gozel yazmisan. yazdiqlarinla raziyam,heqiqeten de qadinlar arasinda reqabet kisiler arasindakindan daha gucludu. bu refiqelerde de ozunu gosterir. meselen bir refiqe yaxsi olduqda o biri onu qisqanir. amma oglanlarin dostlugunda bele problemler olmur. emeyin ucun tesekkurler
1 sentyabr 2012 12:30
Offline
Flowers
vallah indi ayri yasamaq daha yaxsiidr soz sohbetden de uzaq olursan
1 sentyabr 2012 12:20
Offline
FIRUZA
men refiqe anlayiwin anlamiram
25 mart 2012 15:55
Offline
niedlich
qaynana streotipi hamini oz eline alibe? yaxsi qaynanalar da ozlerine subhe edir
29 fevral 2012 18:43
Offline
MÜSƏLMANKA
men bir weyi anlamiramki eger qaynana ovladini cox isteyirse ve ovladi ona ezizdirse niye geline ezab verirki axi oda bir ananin ovladidir ve bir qiz anasini atasini sevirse onlara deyer verirse niye qaynana qaynata deyende havalanirki?
29 fevral 2012 18:37
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Bakıda 400 manata toyuq satılır - FOTO

    Qiymətlər isə fərqlidir - 5 manatdan 250 manata qədər...
  • Türkiyəli aktyor "Emmy" mükafatına namizəd oldu- FOTO

    Qeyd edək ki, bu nominasiya üzrə 11 ölkədən 44 aktyor yarışır
  • Eser Yenenler doğulacaq körpəsinin adını açıqladı-FOTO

    Türkiyəli aktyor Eser Yenenler və xanımı Berfu Yıldız 2 ay sonra doğulacaq körpələrinin adını açıqlayıblar.
  • 09:18 - Müəllif: Xəyalə Murad
    Sıla onunla ayrıldı (1)

    Sıla onunla ayrıldı

    Türkiyəli müğənni Sıla Gençoğlu illərdir birlikdə çalışdığı musiqişi dostu Efe Bahadırla ayrılıb.
  • Cennifer Lopez keçmiş əri ilə bir arada-SƏBƏB

    Dünya şöhrətli müğənni Cennifer Lopez nişanlısı Aleks Rodriqeslə birlikdə keçmiş əri müğənni Mark Entoni və onun sevgilisi Rafaella Modunya ilə görüşüb.
  • 12:06 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (476)

    Hüquqşunas məsləhəti

    cialis vs viagra where can i buy levitra cialis cost http://forum.dsvfortuna05-nachwuchs.at/viewtopic.php?f=12&t=2004pBlo51s4dXhttps://api.gridpointweather.com/community/showthread.php?tid=187912pBlo51s4dX vardenafil 20generic cialis tadalafil buy ed drugs online cialis 10mg http://baitbuddies.de/forum/viewtopic.php?f=21&t=143821pBlo51s4dXhttp://mybbcentre.ca/showthread.php?tid=103106&pid=112845#pid112845pBlo51s4dX buy vardenafil online no prescriptioncialis daily ciallis cialis vs viagra http://bodydragon.com/forum/showthread.php?p=37239#post37239pBlo51s4dXhttp://forum.ssphydraulics.com/showthread.php?t=73353&p=77094#post77094pBlo51s4dX vardenafilcialis tadalafil nexium 40 mg cialis 20mg http://vb.sukrbnat.net/showthread.php?p=1088919&posted=1#post1088919pBlo51s4dXhttps://rouxro.com/forum/viewtopic.php?f=11&t=281652pBlo51s4dX where to buy levitracialis super active lipitor 20mg cialis http://dichtersbuurt-hengelo.nl/forum/showthread.php?tid=33156&pid=62687#pid62687pBlo51s4dXhttp://bicyclethai.com/viewtopic.php?f=2&t=131445pBlo51s4dX vardenafilcialis coupon vardenafil 20mg cialis online http://www.social.catscraftmc.com/showthread.php?tid=642638&pid=1148060#pid1148060pBlo51s4dXhttp://pentiumnetworks.nn.pe/mybb/showthread.php?tid=294801&pid=427161#pid427161pBlo51s4dX buy generic levitra uk
  • 91 yaşında İnstaqram fenomenidir - FOTO

    Yaxşı ki nəvəsinin sözünü eşidib
  • 27 yaşlı şahzadənin inanılmaz sərvəti – FOTO

    Evlənsə moddan düşəcəy
  • Nazirlikdən vətəndaşlara VACİB XƏBƏRDARLIQ: Bu gün...

    Havanın temperaturu Abşeron yarımadasında 27-31, Bakıda 29-31 dərəcə isti təşkil edəcək.
  • 637 bal toplayan qız: “İnternatda oxumuşam…” – VİDEO

    Oxuyan uşaq hər yerdə oxuyur
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )