Bəzən uşağımızın pis sözlər danışdığını, ətrafındakıları təhqir etdiyini, söyüş söydüyünü görürük. Elə isə nə etməli? Bunun qarşısını almaq üçün hansı addımları atmalı?…
Bu məsələdə yol verdiyiniz ən böyük səhvlərdən biri də uşağın ağzından pis söz eşidən kimi sərt reaksiya verməyimizdir:
“Bir daha bu sözü səndən eşitməyim, yoxsa pis olar”, “Ağzına bibər sürtərəm”, “Bu sözləri həyətdə öyrənirsən, bir də məndən icazəsiz həyətə düşməyəcəksən”, “Sən bu bu sözləri bağçada öyrənmisən?” və s. Bu sözlər, bəlkə də problemin müvəqqəti həll etməyə kömək edə bilər. Ancaq uşaq valideynin yanında söyüş söyməsə də, buna mane olmayan hər hansı bir mühitə düşdükdə yenə söyüş söyməkdə davam edəcək. Yəni, burada əsas məsələ uşağın söyüş söyməyi ata-anasından qorxduğu üçün yox, pis hərəkət olduğunu başa düşdüyü üçün tərgitməsidir. İndi isə bu problemin qarşısını almaq üçün lazım olan tədbirləri nəzərdən keçirək.
Hər şeydən əvvəl uşağı söyüş söyməyə və ya ümumiyyətlə pis söz danışmağa sövq edən səbəblər araşdırımalıdır. Buna səbəb dostlardırmı? Yoxsa, diqqəti cəlb etmək üçün belə edir? Bəlkə bu şəkildə daha güclü olacağını düşünür? Yoxsa sadəcə olaraq ona maraqlı olduğu üçün söyür?…
Əgər səbəbin uşağınızın dostları olduğunu düşünürsünüzsə, onun dostları ilə əlaqələrini tamamilə kəsməyin. Əvəzində alternativ “dostlar” təklif edin və ya uşağınızın vaxt keçirmək imkanlarını artıraraq “mühitini” dəyişdirin. Beləliklə, uşaq dostlarını uzun müddət görə bilmədiyi üçün tədricən bu sözləri unudacaq.
Səbəbin diqqəti cəlb etmək üçün olduğunu düşünürsünüzsə, uşağınız söyüş söyərkən sərt reaksiya verməyin. Əks halda uşaq bununla diqqəti özünə cəlb etdiyini düşünəcək və söyüşlərinin sayını artıracaq. Ən yaxşısı, məsələni böyütməyin və uşağınız söyüş söydükdə mümkün qədər rahat davranmağa çalışın. Bununla yanaşı uşağınızın söyüş söydükdə mümkün qədər rahat davranmağa çalışın. Bununla bərabər uşağınızın söyüş söymədiyi vaxtları müəyyənləşdirin və bu vaxtlarda ona diqqətinizi artırın. Hər dəfə nəsihət vermək əvəzinə onunla söyüşə bağlı keçmişdə yaşadığınız hadisələri bölüşün. Əgər uşağınızın söyüş söyməsinin səbəblərini bilmirsinizsə və ya müəyyən etdiyiniz səbəbin qarşısını almaqda çətinlik çəkirsinizsə, bir mütəxəssislə məsləhətləşin.
Hazırladı: Psixoloq Esmira Teymurova
XƏBƏR LENTİ
Canlıların təbii "kompasları"
"Göbələk" peçenye (foto resept)
Facebook-da şərhlərdən şikayət olacaq
Sən getdin...
Təhsil Nazirliyindən milli qiymətləndirmə ilə bağlı AÇIQLAMA
1 Apreldə Göygöl Milli Parkında "Açıq qapı" günüdür
Körpə nə üçün ağlayır?
İşgüzar adamlar üçün həftəlik ulduz falı
iPad Air-in istehsal dəyəri azalıb
Şəhid əsgərimiz dəfn edildi
Madonna Konsertlərini Ləğv etdi-SƏBƏB
Harri və Meqan Markl koronavirusdan belə qorunacaq
Rusiyaya getmək istəyənlər mütləq oxusunlar
Kəsmikli peçenye "Qızıl gül" (foto resept)
Qar yağacaq - XƏBƏRDARLIQ
Ermənistanla bağlı qərar verildi - Yayım Birliyinin açıqlaması
Kürdəmirdə 67, bir kəndində 21 nəfər koronavirusa yoluxub - RƏSMİ
Gəlinlərimiz üçün maraqlı saç düzümləri
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Yaydan sonra kökəlməyin
Hicablı makiyaj ustası
İnfeksionist XƏBƏRDARLIQ ETDİ: İndi qripə yoluxmaq...
Azərbaycanın orta məktəblərində qış tətili başa çatıb
Erməni nazir: "Biz Bakıya getməliyik"
Bu tərəvəzlər immuniteti gücləndirir
Müzakirə edək!
Mehriban Əliyeva: “Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun”
Şəkilləri internetdə 1575 dollara satılan Spike
Azərbaycanda ünvanlı sosial yardım işdən üstündür?
COVID-19-un müalicəsində effektli dərman tapıldı?
Ancelina Coli oğlu ilə vidalaşdı
Həftəsonu sərnişindaşıma tam dayandırılacaq - BNA
Şəkər xəstəliyindən birdəfəlik xilas yolu tapıldı
Qarğıdalı-düyü salatı
Sevgilisinə evlilik təklif edən qız rüsvay oldu – Video
Tatlısəsə 600 min dollarlıq dələduzluq
Azərbaycan quş əti istehsalını 3 dəfə artıracaq
Respublika Endokrinologiya Mərkəzi bağlandı
Uşaqlarda keçid dövrü
Ehtiyatlı olun: Məşhur viskidə …böcək dərmanı!
Məşhur aktyor iflic oldu
Beyonce ölən körpəsindən danışdı
Bakı Avropaya mühüm sənəd verdi
Qeyri-adi analar
Məşhurlar arıqlama sirləri
Düşməndən daha bir təxribat: Xocavənd istiqamətinə fosfor tərkibli yük gətiriblər - RƏSMİ
ABŞ senatoru prezident İlham Əliyevi təbrik edib
Duzlu qurabiyə (foto resept)
Azərbaycanda dərman vasitələrinin qiymətini dövlət tənzimləyəcək
Amenore – aybaşı gecikməsinin səbəbləri
- ŞƏRHLƏR