Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova report-a müsahibə verib.
Milli.Az müsahibəni təqdim edir:
- Ötən il yeni qoyulan və ya dəyişdirilən adlarla bağlı vəziyyət necə olub? Komissiyaya daxil olan müraciətlərin sayında azalma varmı?
- Əvvəlki illərlə müqayisədə 2016-cı ildə Komissiyaya daxil olan müraciətlərin sayı xeyli azalıb. Bu da maariflənmə işi ilə bağlıdır. Bütün mətbuat orqanları, televiziya kanalları, saytlar bu işdə bizə yardım edirlər. Məsələn, əvvəl müraciət olunan "Limonad", "Ansambl", "Tutma", "Yaraşıq" kimi adları qoymaq istəyənlər artıq yoxdur.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən 286 müraciət daxil olub. Onlardan 200-nə müsbət cavab verilib, 86 adın isə qoyulmasına icazə verilməyib. Yəni, ötən il Komissiyaya olunan müraciətlərdə əksini tapan adların çox hissəsinin qoyulmasına icazə verilib. Bizim başlıca məqsədimiz odur ki, balalarımız adları səslənəndə utanmasın, əksinə, qürur hissi keçirsinlər, gələcəyimiz olan balalarımıza gülüş doğuran, anlaşılmaz adlar qoyulmasın.
- Hansı adların qoyulmasına müsbət rəy verilib?
- Komissiya üzvləri müraciətlərdəki adların mənşəyini müəyyənləşdirir, əgər mənasında, səslənməsində heç bir problem yoxdursa müsbət rəy verilir. Valideynlər tarixi vərəqləyib dilimizə yeni adlar gətirirsə, bunun əleyhinə çıxa bilmərik. Əksinə, biz tarixi adlarımızın dilimizə gətirilməsini dəstəkləyirik.
Təbii ki, ad yaradıcılığı daim inkişaf edir, yeni adlar yaranır. Son dövrdə də gözəl adlar yaranıb. Ötən il müsbət rəy verilən adların içərisində "Negin", "Güntəkin", "Bəyazit", "Səmrah", "Aysu", "Albasr", "Betulə", "İşılay" kimi gözəl adlar da var idi. "Güntəkin", "Albasr" (bahadır mənasını verir) bizim tarixi abidələrimizdə olan adlardandır.
- Ötən il ərzində ən çox hansı adlar qoyulub?
- 2016-cı ildə oğlanlara "Yusif", "Əli", "Səmrah" (bu ad lap çox qoyulur, gümrah, rahat yol mənasındadır), qızlara isə "Fatimə", "Zəhra", "Nurtən", "Nuray", "Şəbtac" adları daha çox qoyulub.
- Son dövrlərdə ən çox hansı adlara müraciət olunur?
- Ən çox türk mənşəli adlara müraciət olunur. Son illərdə dilimizdə adlar içərisində "Dəniz", "Dərya", "Nurgün", "Yağmur", "Torpaq", "Cansu" və s. adları çoxluq təşkil edir.
Gül-çiçəklə bağlı xüsusi isimlər qoyulan adların 30-40 faizini təşkil edir. Tarixən bizdə ata-baba adlarının qoyulması ənənəsi olub. Yəni, adlar nəsildən-nəsilə ötürülüb və qorunur, bu gün də bu ənənə davam edir.
Xatirə adları da müraciətlər içərisində diqqəti çox çəkir, bu adlar Azərbaycanın tarixi köklərini özündə əks etdirən adlardır. "Kitabi-Dədə Qorqud", "Orxon-Yenisey abidələri" abidələrində işlənən adlar yenidən dilə qaytarılır və son dövrlərdə bu istiqamətdə çoxlu adların qoyulması diqqəti cəlb edir. Məsələn, "Atilla", "Alpər", "Albars", "Beyrək" kimi adlara maraq çoxalıb.
- Adlar sistemində hər hansı dəyişikliyə ehtiyac varmı?
- Hazırda Azərbaycanda adlar sistemi ilə bağlı problem yoxdur. Ötən dövrdə bu məsələ həll olunub. Yaxın vaxtlarda Adlar lüğəti çap olunacaq, həmin kitabın elektron forması da olacaq. Bütün Qeydiyyat şöbələrinə həmin kitab veriləcək.
Dilimizə daxil olan yeni adlar isə daim toplanılır, beş ildən bir kitabça formasında nəşr olunacaq.
- Valideynlərə yeni doğulan körpələrinə hansı adların qoymasını məsləhət görərdiniz?
- Ad sistemi qorunmalıdır, dünyaya gələn hər bir azərbaycanlıya Azərbaycan ad sisteminə uyğun ad qoyulmalıdır. Tarixi türk adlarını dilimizə qaytarmaq müsbət haldır, qoy bizim tarixi soy-kökümüz adlarımızda öz əksini tapsın.
Milli.Az
XƏBƏR LENTİ
Günün ulduz falı - 17.08.2013
Bir oğlanın sevdiyini necə bilmək olar?
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Hamiləlik dövründə faydalı olan qidalar
Milli Qəhrəman orden aldı
"Arşın mal alan" Marionet teatrının səhnəsində
Saç rəngini dəyişmədən nələri öyrənməli?
Buse Varolun geyimi tənqid olundu-FOTO
Baş nazirdən riskli vergi ödəyiciləri barədə QƏRAR
Zayn Malik izləyicilərinə əsəbləşdi-FOTO
Çin lideri vətəndaşları yeməyə qənaət etməyə çağırdı
Sevdiyinizlə münaqişə edərkən bunları etməyin!
Məşhur model göz qabaşdırdı-FOTO
Payız və qış gəlinləri üçün saç modelləri
Bakı küləyi yük maşınını aşırdı
Sevgililər günü üçün hədiyyələr
Cəbhə xəttində erməni təxribatı davam edir
Bakıda 8-9 ballıq zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA
Yeni il dekorasiyası
Qadın.Net xanımlarının "Sevgi hekayəsi"
"Xanım kaprizi" tortu (foto resept)
Prezidentdən vacib sərəncam
Viktor Hüqonun yeni əsəri tapıldı
Qaçış - gözəllik və həyat hərəkətdədir...
Fotoşopsuz sənət
Bu kəşf insanı uzun ömürlü edəcək
Azərbaycanda doğum səviyyəsi artıb
Tanınmış obrazlar fərqli qələmdən
Oxatan bürcünün 8 xarakterik xüsusiyyəti
Çimərliklərə xarici dil bilən ofisiantlar cəlb edilir - Turistlər artıb
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
Bu qiymətə ayaqqabı olar?
Prezident İlham Əliyev "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nda dəyişikliklər etdi
Türkiyədə zəlzələ olub
Bakıda mənzil bahalaşıb
Kökəlməyin sirləri
Tanınmış aktrisa xəstəxanalıq oldu-SƏBƏB
HAVA necə olacaq? 21 Mart
Bergüzar bacısına qadağa qoydu
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR DƏYİŞDİ
Əhalinin sayı açıqlandı
Krab salatı (foto-resept)
Dünyada aclıq başlayacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Bakı bulvarının əsas pirsi bağlandı - SƏBƏB
Viza rüsumu ləğv olunur
Bədən və beyin arasındakı əlaqəyə söykənən 5 üsul
Prezident İlham Əliyev: “...əlimizdən gələni edəcəyik”
Ehtiyatlı olun: Həyatınızı itirə bilərsiniz
Misir Mərdanov Mikayıl Cabbarovdan danışdı