Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0865 AZN
13:11Surayye Her kese salam/ Sima-Peri Qizlar burdayam 10:12Xəyalə Murad SabahInız xeyirli, gününüz uğurlu olsun))
38086

Toyuq suyuna şorba

Toyuq suyuna şorba

Tərkibi:

1 ədəd toyuq budu

1litr su

3 diş sarımsaq

Yarım limon

1 yemək qaşığı qatığ

1 yemək qaşığı un

1 ədəd yumurta

1 stəkan ev istiliyində su

Damaq dadınıza görə duz, istiot, bibər

Toyuq suyuna şorba

Hazırlanması:

1. Bir qazana toyuq budunu qoyub, üzərinə 1 litr su əlavə edin. 

2. Sarımsağın qabıqlarını soyduqdan və doğradıqdan sonra, qazana əlavə edin. 

3. Limonu incə-incə dilimləyib qazana əlavə edin.

4. Toyuğun budu yumşalana kimi 40 dəqiqə qaynadın.

5. Qaynanmış toyuğu qazandan çıxarın və soyudun. 

6. Qazandakı toyuq suyundan limonları çıxarın.

7. Toyuq budunu kiçik hissələrə ayırıb boşqaba yığın.

8. Başqa qazana bir yumurtanı, un və qatığı qarışdırıb əlavə edin. 

9. Üzərinə yavaş-yavaş bir stəkan su əlavə edin

10. Aşağı dərəcədə davamlı qatışdıraraq bişirin.

11. Qaynadıqdan sonra, əvvəlcə hazırladığınız toyuq suyunu üzərinə əlavə edin və qarışdırın.

12. Boşqabdakı doğranmış toyuq budunu qazana əlavə edin. 

13. Orta dərəcəli istilikdə qaynadıb və davamlı qatışdırın.

14. Şorba ocağın üstündən götürdükdən sonra duz, istiot və bibər əlavə edin.

15. istəsəniz üzərinə göyərti və doğaranmış soğan əlavə edə bilərsiniz. 

Nuş olsun!

Səslərin sayı: 1
3
1242
loading...
Şərhlər
Offline
medine cabbarlı
mmm təşəkkürlər xəbərə görə lol
2 fevral 2017 11:36
Offline
Qadin.Net
Dadli gorunur nyam Ellerinize sagliq give_ros
24 yanvar 2017 17:11
Offline
Ceylan Mumoğlu
Türkiyədə bir balaca soyuqlayan kimi həmən bu çorba bişirilir)
Resept üçün təşəkkürlər.
17 yanvar 2017 12:00
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır