Sirr insana verilən əmanətdir. Dürüst adam hər cür əmanətdə əmin olduğu kimi bu mövzuda da əmindir. Çünki o bilir ki, sirr onun əsiridir, ifşa edərsə o sirrinin əsiri olar. Sirr vardır, şəxsə, sirr var, ailəyə, sirr də var, bütün bir cəmiyyət və millətə aiddir. Ailə sirrinə gəlincə, bu haqdakı ayədə Uca Allah belə buyurur: "Onlar (qadınlar) sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız)..." (Bəqərə, 2/187). Yəni paltar insanın eyiblərini örtdüyü kimi, ər və arvad da bir-birinin eyiblərini örtməli, qüsurlarını başqalarından gizləməlidir.
Qadin.Net meneviyyat.az-a istinadən bildirir ki, Peyğəmbərimiz (s.ə.s) də ailə sirlərinin qorunmasına böyük əhəmiyyət vermiş və möminlərə də ailə sirlərinin açığa çıxarılmaması mövzusunda çox ciddi tənbehlər etmişdir. Rəsulullahın (s.ə.s.) bu mövzudakı tətbiqatı, əmr və tövsiyələri həm ailənin qorunması, həm də ədəb və əxlaq baxımından böyük əhəmiyyət kəsb edir. Peyğəmbərimiz (s.ə.s) "Şübhəsiz ki, qiyamət günü Allah qatında ən pis qiymətləndiriləcək insan, xanımı ilə yaxın olduqdan sonra qadının sirlərini ifşa edən insandır"[1] buyuraraq ər-arvad arasında qalması lazım olan ailə sirlərinin əmanət olduğuna işarə etmişdir. Bu meyarda qadınların görüşüb, tanış olduqları xanımların məhrəm qalması vacib olan xüsusiyyətlərini başqa yerlərdə danışmamaları və bu barədə qeybət etməmələri mövzusunda da xəbərdarlıq etmişdir.[2]
Ər-arvad arasındakı münasibətlər Allahla bəndə arasındakı münasibət qədər qorunub saxlanmalı və başqaları ilə paylaşılmamalıdır. Qadın qonşuların və qohumların yanında yoldaşınını nə tərifləməli, nə də tənqid etməlidir. Yoldaşı haqqında lüzumsuz danışaraq qısqanclığa və ya qeybətə rəvac verməməlidir. Qadınlarla söhbət zamanı öz ailə sirlərini paylaşmadığı kimi, qonşusunun sirlərini də evdə və ya başqa bir yerdə danışmamalı, qonşusu ilə münasibətlərinə xələl gətirməməlidir.
Ailə sirrindən başqalarının xəbərdar olması həyat yoldaşları arasındakı ünsiyyətin və xoş münasibətin zəifləməyinə gətirib çıxarır. Tərəflər arasındaki sevgi və hörmətə kölgə salır. Sirr saxlamağı bacarmayan şəxs insanlar tərəfindən də sevilmir. Heç kim ağzıboş adama etibar etməz və hamı ondan uzaqlaşar. Bu xoşagəlməz hala rəvac verməmək üçün ailəli şəxslər (xüsusən qadınlar) istər ailədaxili, istərsə də ailə xaricində olan məsələləri heç kimlə paylaşmamlı, gördüyü və eşitdiklərini qorumağı bacarmalıdır. Başqalarının sirrini də öz sirri kimi qoruyub saxlamalı, öz sirlərini isə yalnız həyat yoldaşı ilə paylaşmalıdırlar. Ailəni günah sayılan qeybətd və dedi-qodudan qorumaq ancaq bununla mümkündür. Bu qaydalar sağlam ailənin ən vacib şərtlərindən biridir.
Xülasə, sirr saxlamaq iradə imtahanıdır. Bu imtahanda müvəffəq olmayan heç bir imtahanda müvəffəq ola bilməz. Sirr namusdur, onu qoruyan namusunu qoruyar, açıqlayan şərəf və ləyaqətini itirər.
[1] Müslim, Nikah, 123; Əbu Davud, Ədəb, 37.
[2] Buxari, Nikah, 118; Əbu Davud, Nikah, 44; Tirmizi, Ədəb, 38.
Milli.Az
XƏBƏR LENTİ
Problem sənsən!
HAVA necə olacaq?
Metobolizmanızı gücləndirin
Quzu ətli tantuni (foto resept)
2015-ci ilin aksessuarları
Gəlinlər üçün üzük sandıqçaları
Su da bahalaşdı
Sabahın hava proqnozu
Sevmək qovuşmaqdır, sən heç narahat olma
Hazal Kaya geyimi ilə diqqət çəkdi-FOTO
Bu gün Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
İranda zəlzələ, 35 yaralı
Bəzi tələbələrə əlavə təqaüdlər veriləcək
16 milyon illik bitki aşkar edilib
Azərbaycanda atasız uşaqların STATİSTİKASI
Gizlənməkdə sərhəd tanımayan uşaqlar
Zəvvarlar üçün günəş enerjisi ilə işləyən əvəzsiz çətir
Məryəm Üzerlidən gözlənilməz ETİRAF
Bakıda mənzillərin qiymətlərinə nə təsir göstərir?
iPhone və quqlofonlar...
Bu qidaları qətiyyən soyuducuda saxlamayın
HAVA necə olacaq?
Həftəsonu sərnişindaşıma tam dayandırılacaq - BNA
Neft bahalaşmağa başladı
Ştrix-kodlarda ölkələrin prefiksləri
İki hissəli gəlinliklər
Dünya Kuboku: 3 şahmatçımız növbəti mərhələdə
Seren Serengil hamiləlik FOTOsu paylaşdı
Neslihan və Kadirdən yeni FOTO
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatdı
Bir kərə yüksələn bayraq, bir daha enməz!
İncə qaşı olanlar üçün parik qaş
Soyadlara görə stasionar telefon abunəçilərinin statistikası açıqlandı
Mənim arıqlama sirrim
"Sumqayıt təxribatı - “Qriqoryanın işi”
Seriallar
Təcili yardımın ən qəribə qeydləri-Bağırsaqda butulka
Uşaqlarımızı günəşdən necə qoruyaq?
Kilo almağın səbəbləri
Bibərin faydaları
Qarğıdalının faydaları
Badamlı kök piroqu (foto resept)
Mürəkkəb ləkəsi necə çıxar?
Ananaslı, şokoladlı ev tortu (foto resept)
İybilmə duyğusu yox olubsa, nə etməli?
Xarici turistlər bölgələrə axın etməyə başladı
Sevimli salat (foto resept)
Aya Sofyaya imam və müəzzin təyinatı olub
Granola (foto-resept)
Qadınlarımızın sayı açıqlandı
- ŞƏRHLƏR