Bakıda hava 18°
USD AZN
EUR AZN

Türk elm insanının böyük uğuru - "Burçin qalaktikası"

Türk elm insanının böyük uğuru - "Burçin qalaktikası"

ABŞ-da doktoranturada təhsilini davam etdirən Burçin Mutlu Pakdil çox az rast gəlinən bir cüt halqalı qalaktika aşkarlayıb.
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Minnesota Dulut Universiteti və Karolina Təbiət Elmləri Muzeyində astronomlar, yeni növ halqalı qalaktikanı kəşf ediblər. "PGC 1000714" adı verilən planet, bir eliptik nüvəyə və iki xarici halqaya malikdir. Bu baxımdan, kainatda məlum olan yeganə planetdir. Bu qalaktikanın Yer kürəsilə məsafə isə təxminən 359 milyon işıq ilidir.

Türk elm insanının böyük uğuru - "Burçin qalaktikası"

Bu araşdırma "Monthly Notices of the Royal Astronomical Society" adlı jurnalda dərc olunub. Jurnalda bu araşdırma ilə bağlı dərc olunan məqalənin baş müəllifi ABŞ-da doktoranturada təhsilini davam etdirən Burçin Mutlu Pakdildir. Qalaktikanı kəşf edən ilk şəxsin Burçin Mutlu Pakdil olduğu açıqlanıb. Bu səbəblə, bu qalaktikaya "Burcins Galaxy", yəni "Bürçinin Qalaktikası" adı verilib. Burçin Mutlu Pakdil qalaktikanın yaranması ilə əlaqədar olaraq belə danışıb: "Xarici və daxili halqanın fərqli rəngləri bu qalaktikanın iki fərqli formalaşma periodu keçirdiyini göstərir".

Səslərin sayı: 1
2
944
loading...
Şərhlər
Offline
Arzu
Tebrik edirem . xeber ucun tskler
9 yanvar 2017 23:38
Offline
Yagmur
Maraqlıdı xeberiniz tesekkürler
9 yanvar 2017 22:23
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış