Hunza çayı vadisini (Hindistan və Pakistan sərhədi) “gənclik oazisi” adlandırırlar. Bu
vadinin sakinlərinin orta ömür müddəti 110-120 ildir. Onlar demək olar heç vaxt xəstələnmir və hər zaman gənc görünürlər. Deməli ideala yaxın müəyyən bir həyat tərzi mövcuddur, belə yaşayan insanlar özlərini sağlam və xoşbəxt hiss edirlər, digər ölkələrdəki kimi 40-50 yaşında yaşlanmırlar.
Maraqlıdır ki, Hunza vilayətinin sakinləri, qonşu xalqlardan daha çox avropalılara bənzəyirlər. Hunzalılar buzlu suda, hətta -15 dərəcədə soyuqda çimirlər. 100 yaşına qədər hərəkətli oyunlar oynayırlar, 40 yaşlı qadınlar gənc qızlara bənzəyirlər, 60 yaşında gözəl bədən quruluşunu saxlayır, 65-də isə uşaq dünyaya gətirirlər. Yayda onlar çiy meyvə və tərəvəzlərlə, qışda isə günəşdə qurudulmuş əriklə, dənli bitkilərin cücərtiləriylə və keçi pendiriylə qidalanırlar.
Bir maraqlı məqam daha: sakinlər üçün iki aydan dörd aya qədər çəkən bir dövr var ki, bu vaxt meyvələr hələ tam yetişməmiş olur, onlar bu dövrü “ac bahar” adlandırırlar. Onlar bu aylarda demək olar ki, heç nə yemirlər, yalnız gündə bir dəfə ərik qurusundan hazırlanmış içki içirlər. Belə rejim artıq rituala çevrilib və bu ənənəyə ciddi şəkildə əməl olunur.
R.Birxerin “Hunzalılar – xəstəlik tanımayan xalq” kitabında hunzalıların qidalanma modeli haqqında aşağıdakı mühüm punktlar vurğulanır:
– əvvəla veqan qidalanma sistemi
– böyük hissəsi çiy qidalardır
– gündəlik rasionun əksəriyyəti tərəvəzlər və meyvələrdən ibarətdir
– məhsullar təbiidir, heç bir kimyəvi maddələr olmadan bütün bioloji faydalı maddələri özündə saxlamaq şərtilə hazırlanır
– alkoqol və şirniyyatlar müstəsna hallarda istifadə edilir
– duz çox az istifadə olunur
– yalnız doğma torpaqlarda yetişən məhsullardan istifadə edilir
– müntəzəm şəkildə oruc tutulur (ac qalma)
Bunlara uzunömürlülüyə gətirib çıxaran digər faktorları da əlavə etmək lazımdır. Lakin qidalanma burada şəksiz ən vacib və həlledici rol oynayır.
1963-cü ildə Hunzanı fransız tibb ekpertləri ziyarət edirlər. Əhalini siyahıyaalma nəticəsində aşkara çıxır ki, hunzalıların orta yaş ömrü 120 ildir və bu avropalıların ömründən iki dəfə çoxdur. 1977-ci ilin avqustunda Parisdəki xərçənglə beynəlxalq bağlı keçirilən konqresdə bəyanat verilir:
“Geokanserologiyanın (xərçəng xəstəliyinin regionlara görə dünyada yayılmasını araşdıran elm) araşdırmalarına görə dünyada xərçəng xəstəliyindən əziyyət çəkməyən yeganə xalq hunzalılardır”
1984-cü ilin aprelində Hong Kong qəzetlərindən biri heyrətamiz bir hadisə haqqında yazır: Londonun Heathrow hava limanına enən hunzalı Səid Abdul Mobut emiqrasiya şöbəsi işçilərini çaşqınlığa salıb. Onun göstərdiyi sənəddə 1823-cü ildə anadan olduğu göstərilib, bu isə onun 161 yaşı olduğunu bildirir. Mobutun köməkçisi molla deyib ki, o, hunzalılar arasında uzunömürlü olmasıyla məşhurdur və müqəddəs insan hesab edilir. Mobut çox sağlamdır və 1850-ci ildən bəri yaşanan bütün hadisələr onun yadındadır.
Yerlilər bunun sirrini belə izah edirlər: vegetarian olmaq, hər zaman fiziki işlə məşğul olmaq, daim hərəkət etmək və həyatınızın ritmini dəyişməmək, bu zaman 120-150 ilə qədər yaşamaq ehtimalınız çox böyükdür.
Pürrəngin bloqundan
XƏBƏR LENTİ
Həyatdan nə öyrəndim? - Can Dündar
Tariflər ucuzlaşdı
Mesut Özil Bekhem və kral ailəsinin yeni qonşusu olur
Əlillərə daha bir güzəşt
Hər kəs bu insanın bəxtəvərliyindən danışır-SƏBƏB/FOTO
Şəkərli diabet
Bülent Ersoyun vanna otağı qızıldanmış-FOTO
Hava haqqında
8 yaşlı qızın mədəsindən çıxanlar QORXUTDU - FOTO
Uşaqlara oxumaq həvəsinin aşılanması
Gəlin makiyajı necə olmalıdır?
Gündəlik stressi azaltmağın yolları
Toxumağı öyrənək. Dərs 2
Emin və övladları işçini qorxutdular
Yağış, qar, külək - Sabahın havası
Kobra onu öpmək istəyən ilanoynadanı vurdu
Yonca Evcimik 56 yaşını belə qeyd etdi-FOTO
Tuba Büyüküstün rəssamlığa başladı-FOTO
17 dərəcə isti olacaq
2015-ci ilin qol çantaları
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 163 yeni yoluxma
Qış gəldi
Polikistoz zamanı overial drillinq əməliyyatı
Azərcell prezidentindən qiymətlər haqda - AÇIQLAMA
Düşmən Cəbrayılda tarixi abidəni məhv edib - VİDEO
Yeni Türkiyə gözəli odur - FOTO
Hava haqqında
Uşaqlarda yeriməyi gecikdirən səbəblər
Nazirlikdən avtomobillərlə bağlı açıqlama
ABŞ hakimiyyəti 4700 suriyalı qaçqının ölkəyə girişinə icazə verib
Dünyanın ən faydalı 13 meyvəsi
O, yeni fenomendir
Necati Şaşmazın BOŞANMA xəbəri yayıldı
İçimizi yeyən səhər yeməyi
Təbii doğuşun faydası
Sağlam və parlaq saçlar üçün vitaminlər
Şokoladlı tort (foto resept)
Müdafiə nazirinin müavini: “Düşmənə ağır və sarsıdıcı zərbə endirilib”
Çütlük xəstəxana palatasında evləndi-SƏBƏB/FOTO
Xaricdən gələn qonşusunun qapısına qıfıl vurdu-SƏBƏB
Kokos suyu sağlamlığın unikal iksiridir
Həcc ziyarətinin BAŞLANMA və BİTMƏ tarixi
Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü olub
"… kimi ol" axını haradan qaynaqlanır və insanlara nə hiss etdirir?
Zirəddin Rzayev "Ekstrasenslər"in olmadığını ETİRAF etdi-VİDEO
Putin Qarabağla bağlı gələcək məsləhətləşmələrdən danışdı
Hava haqqında - 29.01.2014
2017-2018-ci illərdə ən çox qazanan məşhurlar
Məşhur aktrisadan gözlənilməz cavab
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
- ŞƏRHLƏR