Azərbaycanda qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün daha əlverişli mühit yaradılacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə deyilir.
Qeyd olunur ki, qanunvericilikdə sahibkarlıq fəaliyyəti sahəsində qadınlar üçün hər hansı məhdudiyyət nəzərdə tutulmur, eyni zamanda, qadınlara münasibətdə xüsusi güzəşt və imtiyazlar da müəyyənləşdirilmir. Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatından tutmuş lisenziya və icazələrin verilməsi, vergi öhdəlikləri, yoxlamaların aparılması, pozulmuş hüquqların bərpası və s. kimi məsələlərədək heç bir cins fərqi və üstünlüyü müəyyənləşdirilmədən sahibkarlıq subyektləri öz hüquqlarını həyata keçirməkdə bərabər imkanlara malikdirlər.
Yol xəritəsində bildirilir ki, 2017-ci ildə qadın sahibkarlar üçün kreditləşmə, vergiqoyma və digər güzəştləri nəzərdə tutan stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması nəzərdən keçiriləcək. Bu mexanizmlər Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Mexanizmlər hazırlanan zaman, xüsusilə kənd yerlərində qadın məşğulluğu məsələsi diqqət mərkəzində olacaq. Kənd yerlərində qadın məşğulluğunun daha perspektivli istiqamətləri müəyyənləşdiriləcək və müvafiq tədbirlər görüləcək.
Bundan başqa, 2017-2020-ci illərdə qadın sahibkarlara informasiya dəstəyi vermək üçün qadınların sahibkarlıqla bağlı zəruri olan məlumatlara əlçatanlığının təmin olunması məqsədilə müxtəlif tədbirlər həyata keçiriləcək. Kiçik və orta sahibkarlıq agentliyinin nəzdindəki məlumat portalında bununla bağlı xüsusi bölmə yaradılacaq və əlaqəli məlumatlar burada öz əksini tapacaq.
Həmçinin, qadın sahibkarlığına dəstək məqsədilə xüsusi qadın biznes inkubatorlarının yaradılması nəzərdən keçiriləcək. İnkubatorların yaradılması və inkişafı qadınların sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması baxımından əhəmiyyətli olacaq, qadın sahibkarlığı sahəsinə investisiyaların cəlb olunması və maliyyələşmə üçün əlavə imkanlar yaradacaq.
Həmin illərdə qadın sahibkarlığının inkişafına töhfə vermək üçün qadın sahibkarlar assosiasiyalarının və peşə təşkilatlarının yaradılması təşviq ediləcək. Bu qurumların fəaliyyət sahəsinə qadınlar üçün sahibkarlıq mühitinin yaxşılaşdırılması məsələləri ilə bağlı hökumətlə konstruktiv dialoq aparmaq, qadınların imkanlarını məhdudlaşdıran gender stereotiplərini aradan qaldırmaq üzrə addımlar, qadın sahibkarların bilik və bacarıqlarının artırılması istiqamətində geniş məlumatlandırma kampaniyalarının təşkili daxil ola bilər.
Bu prioritetin icrası nəticəsində ölkədə qadınların sahibkarlıq fəaliyyəti üçün daha əlverişli mühit yaranacaq, kiçik və orta sahibkarlar arasında qadınların sayı daha da artacaq. Bu fəaliyyətlər həmçinin məşğulluq göstəricilərində də qadınların payının artmasına müsbət təsir göstərəcək.
Qeyd edək ki, ölkə üzrə iqtisadi fəal əhalinin ümumi sayında (4915,3 min nəfər) qadınların sayı 2404,5 min nəfər olub. Qadınların təmsilçilik göstəriciləri məşğul əhalinin sayında (4671,6 min nəfər) da aşağı səviyyədədir - belə ki, məşğul kişilərin sayı 2408,2 min, məşğul qadınların sayı isə 2263,4 min nəfər təşkil edib. Təbii ki, bu göstərici işsizliyə də öz təsirini göstərir - 243,7 min nəfər işsizin 141,1 min nəfərini qadınlar təşkil edib. Rəsmi statistikaya əsasən, onlardan yalnız 11,1 min nəfəri işsiz statusu alıb.
İqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin 58,8 faizi kişilər, 41,2 faizi isə qadınlar olub. Qadınlar daha çox təhsil, səhiyyə və incəsənət sahələrində təmsil olunurlar. Təhsil sahəsində çalışanların 71,4 faizini, səhiyyə və sosial xidmətlər sahəsində çalışanların 76,6 faizini, istirahət, əyləncə və incəsənət sahəsində çalışanların 63,6 faizini qadınlar təşkil edib.
Milli.Az
XƏBƏR LENTİ
Hande imicini dəyişdi-FOTO
Azərbaycan kino tarixində bir İLK
Yadplanetlilər bizimlə niyə əlaqəyə girmirlər? - Alimlərin müzakirəsi
Yaddaşımızı yeniləyək
Hind toyuğu ətindən kotlet(foto resept)
Norveçə səyahət
Həftənin ilk iş gününün havası
İrandan İŞİD-ə zərbə
Əgər işləyirsinizsə...
Qara dəliklər (2)
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Gözəl jaketlər
2 yaşlı uşaq anasını xilas etdi
Saçın tökülməsinə qarşı maska
Almalı tost (foto resept)
Aromaterapiya
Kitabsevərlər üçün dekorasiya
Aktrisanın geyimi qiymətinə görə diqqət çəkdi-FOTO
Ən son tüninqli BMW X5
Atalar və oğullar savaşına yeni baxış
Cennifer Lopezdən maraqlı AÇIQLAMA
Saç rəngini dəyişmədən nələri öyrənməli?
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Manat yenə ucuzlaşdı
Tibbdə möcüzə: Hamiləliyin 5-ci ayında doğulan körpə sağ qaldı
İsmayıllıya dolu yağıb
Bella Hadid yeni İMİCDƏ-FOTO
Çiyələkli dondurma (foto resept)
Bu xəstəliyə diqqət!
Gənc anaların nəzərinə!
İNANILMAZ OLAY: 3 ay ölü ananın qarnında yaşadı, sonra... FOTO
Stiven Siqal Qubernator olmaq istəyir-FOTO
Qızıl xərçəngi müalicə edir
Ermənilər cəbhə bölgəsində çəkiliş aparan jurnalistləri atəşə tutdular - VİDEO
Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər
Ətir təəssüratı
Payız üçün ən yaxşı üst geyimləri
Silvestr Stallonenin ölüm xəbəri yayıldı
BÜRCLƏR bizə nə vəd edir?-11 Avqust
Tez qırılan saçlar üçün 3 maska
Klassik mətbəx dekorasiyası
Dəbli geyim nümunələri
İrem Dericidən qəribə paylaşım
Balıq sırdağı (foto resept)
Bu adaya gələnlər yoxa çıxır
"Ah Karabağ"mahnısının müəllifi Başkal Azərbaycana gəlir
Yaxın Şərqin ən uğurlu 10 qadın biznesmenini - “Forbes” açıqladı
Günün ulduz falı
Çin - sivilizasiyanın mərkəzi
Azərbaycana qar yağacaq
- ŞƏRHLƏR