Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
09:56Xəyalə Murad Sabahınız xeyirli,Cüməniz mübarək olsun,Əziz Qadin.Netlilər!
39980

Dadlı ad günü tortu (foto resept)

Tərkibi:

Xəmir üçün:

Un - 130 q.

 Şəkər tozu - 190 q.

Limon qabiği - 1 x. q.

Yumurta - 4 ədəd 

Qabartma tozu - 7 q.

Duru yağ - 3 x. q.

Qaynar su - 3 x. q.

Vanilin - 5 q.

Şirə üçün:

Şəkər kirşanı - 2 x. q.

Qaynar su - 50 ml.

Naringi şirəsi - 50 ml.

  Krem üçün: 

 "Best Cow" kərə yağı - 300 q.
 Qatlaşdırılmış süd - 1 qutu (1 saat bişmiş)
Vanilin - 1 / 2 ç. q.
Üzəri  üçün:

Narinqi

Şokolad - 50 q.

Badam - 50 q.

Qoz - 50 q.

Hazırlanması:

Əvvəlçə yumurta şəkər tozu ilə mikserlə 5 dəqiqə çalınır.

Ayrı bir qabda un, vanil, qabartma tozu və rəndələnmiş limon qabığını qarışdırırıq.

Çalmağı dayandırmadan unlu qarışımı əlavə edirik, sonra üzərinə yavaş - yavaş qaynar su ilə duru yağı əlavə edin.

 Dairəvi tort qabına yağlı kağız sərib, xəmiri əlavə edirik. Qabin diametri 20 sm. - dir.
180 dərəcədə 35 - 40 dəqiqə bişirmək lazımdır.

Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq.

Soyumuş biskiviti bıçaq vasitəsi 4 hissəyə bölürük. 

İndi naringi çemi hazırlanır:

Çemi necə hazirlayiriq? Əvvəlcə 300 q. naringinin gabığı və tumlari təmizlənir, sonra blenderdən kecirilir.

Daha sonra 100 - 150 q. şəkər tozu əlavə edilir,  vam odda bişirilir 10 - 15 dəqiqə. Yəni bir az qatılaşana qədər. Amma hazır cem də olar çəkmək.

İndi kremi qarışdırırıq:

Yumşaq kərə yağı çalınır, sonra üzərinə qatılaşdirılmış süd və vanil əlavə edilir və yenidən çalınir.

Əvvəlcə soyumuş biskvitin üzərinə şirə çəkilir. 
Şirəni necə hazırlayırıq:
50 q. Naringi şirəsinin üzərinə 2 x. q. şəkər kirşanı və 3 x. q. qaynar su əlavə edin,
yaxşı qarışdırın və biskvitləri biz az nəmləyin.

Sonra qarışdırdığımız kremi biskvitin üzərinə çəkirik. 

İndi biskvitin ikinci hissəsini krem üzərindən qoyuruq. Ona da əvvəlcə şirə çəkilir, sonra soyumuş çem çəkilir.

Eyni qayda ilə biskvitin 3 - cü və 4 - cü hissələrini də kremləyirik.
Daha sonra biskvitin kənar hissələrini kremləyirik.  

İlk olaraq tortumuzu bəzəmək üçün şokoladı su hamamında əridirik.

Sonra doğranmış qoz və badamla və naringi dilimləri ilə bəzəyə bilərsiniz.

Perqament kağızını konus şəklində büküb, içini əridilmiş şokoladla doldurun.

 Ucunu nazik kəsərək tortun üzərinə istədiyiniz naxışı vura bilərsiniz.

İstəsəniz öz fantaziyanıza uyğun bəzəyə bilərsiniz.

Tortumuz hazırdır!
Nuş olsun!  nyam
    (Tərcümə edilib)
Səslərin sayı: 1
1
6100
loading...
Şərhlər
Offline
rufane abdullayev
dadli gorsenir bisirecem good
21 dekabr 2016 12:10
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )