Dekabrın 7-də Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi Vaşinqton şəhərinin ən böyük inzibati tikilisi olan Ronald Reqan Binasında ölkəmizin zəngin mədəniyyət nümunələrini Vaşinqtondakı diplomatik korpus nümayəndələri, media təmsilçiləri və geniş ictimaiyyətə təqdim edib.
Səfirlikdən Milli.Az-a verilən məlumata görə, təqdimat Beynəlxalq Ticarət Mərkəzi və Ronald Reqan Binası tərəfindən təşkil edilən "İllik Qış Beynəlxalq Səfirlik Sərgisi" çərçivəsində həyata keçirilib. Tədbirin məqsədi Vaşinqtonda akkreditə olunmuş xarici ölkə səfirliklərinə öz milli mədəniyyəti, mətbəxi, görməli yerlərini təbliğ etmək üçün imkan yaratmaqdır.
Tədbir çərçivəsində Səfirlik tərəfindən ölkəmizin mədəniyyətini əks etdirən kiçik ölçülü xalça nümunələri, milli geyimlər, müxtəlif eksponat və suvenirlər nümayiş etdirilmiş, habelə qədim tarixi abidələri, müasir infrastrukturu və turizm potensialını özündə əks etdirən şəkillərdən istifadə olunub. Həmçinin, ziyarətçilər Azərbaycanın zəngin mətbəxindən müxtəlif yeməklər, şirniyyatlar və içkilər ilə qonaq edilmişdir. Səfirlik əməkdaşları ölkəmiz, onun iqtisadi, mədəni, turizm sahələri barədə ziyarətçilərə geniş məlumat vermiş və Azərbaycan haqqında müxtəlif kitab, jurnal və bukletlər paylayıb.
Qeyd edək ki, ölkəmiz bu sərgidə ən iri stendlərdən biri ilə təmsil olunmuş və Azərbaycan mədəniyyəti və mətbəxi olduqca böyük ziyarətçi marağına səbəb olub.
Hər ilin dekabr ayında keçirilən və geniş ictimaiyyətə açıq olan bu sərgi Vaşinqtonun mədəni həyatında ən böyük və maraqlı tədbirlərdən hesab edilir. Bu ilki tədbirdə 37 dövlət təmsil olunmuş və oranı orta hesabla üç min nəfərədək qonaq ziyarət edib.
Milli.Az
XƏBƏR LENTİ
İranlılar Bakıda sonsuzluğu müalicə edəcəklər
Uşağınızın qarın ağrısına diqqət edin!
Misirdə növbəti toqquşma: onlarla ölü və yaralı var
Kirvənin qızı ilə evlənmək olmaz?
Bakının yeni dostu
Sibel Can 1 ayda 4 milyon qazanacaq
Daha bir boksçumuz Rio-ya vəsiqə qazandı
15 nəvəsi olan 89 yaşlı qadın gəlinlik geyindi-FOTO
24 karatlıq tualet kağızı
58 illik Azərbaycan ailəsinin "sirləri"
Prezidentlər üz-üzə görüşüb
Şokoladlı yanardağ keksi (foto resept)
Günün qoroskopu: yeni, böyük işə başlamayın
"Model məktəbi"
Foqts: "Estonlara qarşı alman yox, azərbaycanlı olacağam"
150 min quş məhv edilir
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 146 yeni yoluxma
Bir az düşünək
Çörək bişirən köməkçim
1,42 milyon ildir insan dəyişməyib
Valideyn himayəsindən məhrum olmuş uşaqlara xoş xəbər
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Ev üsulu saç boyama
Diş əti çəkilməsinin səbəbləri
İnstaqram fenomeni olmaq istədi - borca düşdü
31 Avqust- Qubadlı
Qeyri-adi sürücülər
İlham Əliyev nazirə vaxt verdi
Sızanaqlara qarşı nələri etməliyik?
Ermənilər Laçında doqquzuncu əsrə aid abidəyə saxta “tarixi lövhələr” yerləşdirdilər
Xeyirli məsləhətlər
Azərbaycan Avropaya elektrik satacaq
Gözəl görünmək üçün... ölməyə dəyərmi?
Ana südüylə qidalanan uşaqlar daha intellektual olur
Mancurlar
Milli mətbəxt paytaxtında damaq dadımız yoxlanılır
Dərini gəncləşdirən kələm maskası
Bəhməzli keks (foto resept)
Azərbaycanda yalnız bu halda karantin yenidən yumşaldılacaq - RƏSMİ
Hindistanda koronavirusa qarşı üç peyvənd sınaqdan keçirilir
Tavada sadə börək (foto resept)
Nadir BMW M5
Azərbaycanda yeni televiziya yaradıldı
Azərbaycanda əhalinin gəlirləri açıqlandı
Diqqətli olun - havalar soyuduqca ürəyiniz də çox enerji sərf edir
Zakir Həsənov göstəriş verdi
İlham Əliyev və Dmitri Medvedev arasında məhdud tərkibdə görüşü olub
Dietoloq beyni məhv edən qidaları AÇIQLADI
Duzun bilinməyən faydaları
Məşhur aktyor hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO