Milliyyətindən, irqindən, dinindən asılı olmayaraq, ana adını daşımağa layiq olan bütün qadınlar eyni xarakterdə, eyni cizgidə olurlar. Hər biri müqqədəsləşmiş varlıqlardır, qoruyucu mələklərimizdir. Qarşılıq güdmədən ağuşunda bəsləyib, yollarımıza çıraq olurlar. Əsər başdan-ayağa cəfakeş ananın nə demək olduğunu elə gözəl təsvir edir ki, həyatımız boyunca analarımızın bizim üçün nələrdən keçdiyini, nə cəfalar çəkdiyini , diqqət etmədiyimiz tərəflərini güzgü kimi gözümüzün önünə gətirir. İstər-istəməz geriyə boylanmaya bilmirsən, “mənə qarşı edilən bu fədakarlığın qarşısında mən nə etmişəm?!
O öz istəyindən imtina edib mənim xoşbəxtliyim üçün mübarizə apararkən, bunun nə demək olduğunu o zaman dərk etmişdimmi? kimi sualları əsəri oxuduqca özün-özündən soruşmaya bilmirsən.
Bəzən düşünürəm ki, hardan qaynaqlanır bu sevgi? Necə bacarırlar bu qədər təmənnasız sevməyi, qarşılığında diqqətsizlik, hörmətsizlik, kobudluq görsələr belə, bir an belə tükənmədən sevməyi? Mərhəməti, mehribanlığı?
Bir baxışınla nə düşündüyünü, harda sənə necə yardım etməyin lazım olduğunu nece anlayırlar? Görünür, analıq elə müqəddəs hissdir ki, o korşalmaz, çirklənməz, tükənməzdir. Özü yeməz balasına yedirdər, geyinməz geydirər, əziyyət çəkməsinə ana ürəyi rəva bilməz, min əzaba özü qatlaşar, övladına qıymaz. Məhz buna görədir ki, cənnət anaların ayaqları altındadır deyilib….
Cənubi Koreya ədəbiyyatının bügünkü məşhur simalarından biri kimi Kun Suuk Shin oxucular arasında tanınmaqdadır. Epik növün demək olar ki, bütün janrlarına müraciət edib, bir-birindən maraqlı əsərlər müəllifidir.
“Mən düz orada olacağam”(2013-2014 cü illərdə qələmə almışdır), “Tənhalığı yazan qız” və. s əsərləri vardır. (Əsərlərinin adi hərfi tərcümədir) Kun Suukun əsərləri bir çox dillərə tərcümə olunub: ispan, ingilis, türk….
Lakin ona ən böyük uğur gətirən “Anam sənə əmanət” romanı olub. 2011- ci ildə “Man Asian mukakati” nı ilk Cənubi Koreyada alan qadin yazar Kin Suuk olub. Əsər ,həqiqətən də, çox uğurlu əsəridir. Ananın bundan gözəl obrazı yaradıla bilməzdi deyə düşünürəm. Təbii ki, özü ana olan bir qadın yalnız bu cür təsirli, dəqiq detalları ile ana obrazını oxucuya təqdim edə bilərdi. Çünki qəhrəmanın keçirdiyi daxili həyəcanlar, düşüncələri, həyata baxışı, istəkləri, qaranlıq dünyası elə ustalıqla qələmə alınıb ki, yenə də deyirəm, bunu yalnız qadın müəllif bu dərəcədə təsvir edə bilərdi.
Müəllif əsərdə ananı ilahiləşdirir, Məryəm anaya bərabər tutur. Ondan fərqlənmədiyini vurğulayır.
Ədib hər fəsildə ananı başqa tərəfdən tanıtdıqca gözündən hər dəfə sanki pərdə qaldırılır, onu görünməyən tərəfdən tanıyırsan, bizə xoş olmayan rəftarın içində belə bizi düşünmək niyyətində olduğunu aşkar edirsən.
Yazıçıya görə, ana dediyimiz varlıq zərif göründüyü qədər də daxilən güclüdür. Övladı üçün yaşayar, daim mübarizə aparar. Onun sevinci yalnız övladının uğuru olar, yetişdirdiyi ağacın meyvəsini görmək dünyaları fəth etmək deməkdir ana üçün….
Əsərin baş qəhrəmanı Pak Sonyo adında bir qadındır. Ərinə sadiq, övladlarını sonsuz məhəbbətlə sevən, dörd övlad anasıdır. Ömrünün bir anını belə özü üçün yaşamayan bu qadin övladları və əri tərəfindən laqeydlik və biganəlik görür. Lakin bundan heç zaman inciməyən ana ailəsinə hər zaman diqqət və qayğısını əsirgəmir. Ailə bir gün ehtiyatsızlıq üzündən ananı itirir, qadın azır, itkin düşür. Yaddaşında dərin problemləri olan qadın doğmalarına əl uzada bilmir, əlaqə yarada bilmir. Və o zaman yaranan boşluq ailədə böyük fəlakətə gətirib çıxarır, ailə üzvlərinin düzəni pozulur, zamanla etdiklərinə, laqeydliklərinə peşman olsalar da sonrakı peşmançılıq fayda vermir. Hər yerdən ananı soraqlayıb, axtarıb əliboş geri qayıdarkən onlara yalnız xatirələr, acı etiraflar təsəlli olur… Amma bunlar yaralarını sağaltmağa yetmir. Övladlar daha çox ananın nə demək olduğunu özləri valideyn olarkən daha dərindən dərk edirlər, o boşluğu heç vaxt, heç nə doldurmur. Əsərin əsas ideyası da budur: Anamıza, doğmalarımıza zamanında layiqli diqqəti göstərməliyik ki, sonradan ömrümüz boyu vicdanımız sızlamasın.
Maraq dairəsinin müxtəlifliyini nəzərə alaraq istənilən oxucuya təklif edəcəyim kitabdır. Heç vaxt həyatda doğmalarınıza diqqət ayırmağı sonraya saxlamayın, sonra gec olar, özü də çox gec….
Gülnar Quliyeva
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
4 dəfədən çox ailə qurmaq yasaqlandı
2020-ci ildə Dubayda Gələcəyin Muzeyi açılacaq
İlham Əliyev: “Biz böyük qayıdışın astanasındayıq”
Ramazanın 23-cü gününün duası
Ömrünüzü kəsənləri niyə bu qədər sevirsiniz?
“Google” XƏBƏRDARLIQ EDİR: bu tətbiqləri dərhal silin!
Sizdən bir xahişim var!..
İrəvanda kütləvi uşaq epidemiyası
Prezident Şəkinin "Marxal"ında
1860-cı ildə "Ayfon" olub - İDDİA
Bəzi gözəllik salonları xəstəlik mənbəyidir
Koronavirusun müalicəsində yepyeni metoddan istifadə ediləcək
Prezident yeni sərəncam verdi
Rusiya alimləri mümkünsüzü mümkün etdilər
Azərbaycanlı gənc Mark Zukerberqin diqqətini nə ilə çəkdi?
Ən təhlükəli parollar açıqlandı - SİYAHI
Sınaq imtahanının nəticələri bu gün açıqlanacaq
Yeni il salatı (foto resept)
AFFA veteran futbolçuları Naxçıvanda bir araya gətirdi
Xərçəng xəstəliyini hamiləliklə səhv saldı: Əməliyyatı 14 saat davam etdi
Hazal Kayanın yeni tərzi-FOTO
İnternetin ağırlığı bir çiyələk qədərdir
Tərəvəzli taco (foto resept)
Övladları Kemal Sunal haqda film çəkdi
Nə qalacaq?
Seda Sayan gəncliyinin sirrini bölüşdü-FOTO
Limonla gözəlləşin
Zəngilanın işğaldan azad olunmuş kəndindən görüntülər - VİDEO
Filtre makiyaj necə olur?
Ən təhlükəli qeybətcil tiplər
Gəncədə şərab festivalı keçirilib
Qısa ətəkli ziyafət geyimləri
Ən rahat ev geyimləri
Hadisə konsertini oturaraq başa vurdu-FOTO
Yaşını deyəndə hər kəs heyrət etdi-FOTO
Gülşənin 2,5 milyon dollarlıq möhtəşəm evindən görüntülər - FOTO
Dekorasiyada ağ mebel trendi
Qabaq kotleti (foto resept)
Bakıda külək, regionda yağış olacaq
Çindən Azərbaycana dərman və həkimlər gətiriləcək
Koronavirusla əlaqədar bir sıra yaşayış məntəqələrinə giriş-çıxış bağlandı - RƏSMİ
Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO
Zakir Həsənov: "Düşmənə on qat zərbə vurulacaq”
Ebola məğlub olur
Böyürtkənli-qaymaqlı tart (foto resept)
Bir yerdə idman edək (1)
Şuşada saxlanılan azərbaycanlı girovlardan xəbər var
Pərviz Abdullayev "Survivor" həyatından danışdı
WhatsApp-da azərbaycanlı istifadəçilərin sayı nə qədərdir?
Christian Loubotin kolleksiyasından
- ŞƏRHLƏR