Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN

Somerset Moem “Ay və qara qəpik”

 

Somerset Moem “Ay və qara qəpik”

 

Bu əsəri yenidən oxumaq və xəyallarıma gedən yolda yenidən ondan ilham almaq, o gücü yenidən hiss eləmək necə gözəldir bir bilsəniz!!!
Söhbət Somerset Moemin Ay və qara qəpik əsərindən gedir. İllər əvvəl oxumuşdum və hər zaman düşüncələrimdə inqilab yaradan əsər kimi qiymətləndirmişəm bu əsəri. Arzularıma doğru gedən yola çıraq tutan əsər hansıdır soruşsalar, heç şübhəsiz və ən kiçik bir tərəddüd belə hiss eləmədən “Ay və qara qəpik” deyərdim.
Əvvəlcə, qısaca U. S. Moemi tanıyaq.
Somerset Moem kimdir? Uliyam Somerset Moem 1874 -cü ildə Fransada dünyaya gəlmiş ingilis yazıçısıdır. Moem anadan olduğu dövrdə atası Fransadakı Böyük Britaniya səfirliyində hüquqşünas işləyirdi. İngilis olmasına baxmayaraq, uşaqlıqdan fransız mühitində böyüyən Moem, yalnız 11 yaşından sonra öz ana dilində danışmağı öyrənib. Çox keçmədən anasını, ardınca da atasını itirən Moem Kent qraflığındakı qohumlarının yanına göndərilir. İngiltərəyə gəldikdən sonra Somerset Moemin dilində qüsur yaranır və bu, ömrünün sonuna kimi onu tərk etmir. Kent qraglığına göndərilən Moem əmisi Henri Moemin evində tərbiyə alır, Kanterberidəki Kraliça məktəbinə gedir. Sonra Heydelberq Universitetində ədəbiyyat və fəlsəfəni öyrənir. Daha sonra isə London Tibb Məktəbinə daxil olur. O, 1897-ci ildə ilk romanını yazır (“Lambetli Liza” – Liza of Lambeth), daha sonra yazdığı “Ledi Frederik” romanı ona şöhrət gətirir. Moemin “Dövrə” (1921), “Sədaqətli arvad” (1927), “Teatr”, “Şeppi”, “İti ülgüclər”, “Ay və qara qəpik” və s. əsərləri bir çox dillərə tərcümə olunmuşdur.
Yazıçı 1965 -ci il dekabrın 15 -də Fransanın Nitse şəhərindəki xəstəxanada sətəlcəmdən vəfat edir. Həmin dövr Fransız qanunlarına görə meyit yarılmalı idi və buna görə də onun cəsədini bir gün sonra evinə, Fransız şəhəri olan Sen Jan Kap Ferradakı villasına aparırlar. Ertəsi gün, ayın 16 -da isə ölüm xəbərini yayırlar. Dekabrın 22 -də Moemin nəşi İngiltərədəki Kanterberiyə gətirilir və burada Kraliça məktəbi nəzdindəki Kitabxana divarına hörülür. (Maraqlıdır, niyə məhz divara hörülür?!)
Oxuduqca məni büsbütün öz təsiri altına ala, heyrərləndirə bilən əsər dünyaca məhşur postimpressionizm və primitivizm cərəyanlarının nümayəndəsi, fransız rəssam Pol Qogenin həyatından bəhs eləyir. Əslində, tam olaraq bioqrafiya demək doğru deyildir, bu əsərə. Sadəcə əsərin ana xətti Pol Qogenin həyatı, yaşadığı, gəzdiyi yerlərlə, yaradıcılığı ilə səsləşir, digər hadisələrin gedişatı isə yazıçı təxəyyülünün gücü ilə zənginləşmiş və ortaya həm real olaraq mövcud olmuş, həm də sırf yazıçının həyat verdiyi xəyali bir qəhrəman çıxmışdır.
Əsərin adı niyə məhz “Ay və qara qəpik” kimi seçilib? Niyə bu qarşılaşdırma, bu ziddiyyət. Əsəri oxuyanlar əminəm ki, bu suala asanlıqla cavab tapıblar. Bir tərəfdə qeyri adi istedad, digər tərəfdə bir qara qəpiyə də dəyməyən şəxsiyyət. Açıqcsı, yazmaqda çətinlik çəkirəm. Real şəxsiyyət olan Pol Qogenimi təhlil eləyim, yoxsa əsərin qəhrəmanı kimi ortaya çıxan Çarlz Striklendimi? Ç. Striklənddə olan biganəlik, qəddarlıq Pol Qogendə də olmuşdurmu, yoxsa yazıçı rəssamın xarakterik xüsusiyyətlərini öz təxəyyülündənmi yaratmışdır. Əsəri oxuduqca durmadan bu haqda düşünmüşəm…

 


Əsərin qəhrəmanı Çarlz Striklend 40 yaşındadır. Ailəsi, işi, kənardan baxanda qibtə doğuracaq qədər xoşbəxt bir həyatı varmış kimi görünür. Ancaq həqiqət necədir? Əslinə qalsa, həqiqət elə belədir ki, var. Ancaq daxili qaranlıq, insanın daxilini çuğlayan boşluq duyğusu, özünü ifadəetmə ehtiyacı və daima ətrafdakıların gülüş hədəfi olmuş kəşf olunmamış istedad. Bütün bunlarla 40 yaşına kimi yaşamağa məhkum olmaq necə çətindir! 40 yaşı olan bir insan belə bir xoşbəxt həyatdan niyə imtina eləyər ki?! Sadəcə öhdəsindən heç cür gələ bilmədiyi, bütün mənliyini sarmış yaradıcılıq eşqinə görəmi?! Bəli, məhz buna görə, məhz bu istək onun bundan sonrakı yaşamında həyatla tək bağlantısıdır. Onu ağır sınaqlar, çətinliklər, səfalət, aclıq, tənhalıq gözləyir, ancaq bu yaradıcılıq eşqilə yanan Çarlzı heç cür qorxuda bilməz. Hansı dahinin taleyinə bu cür ağır sınaqlar düşməyib ki?!
Əsərdə fərqliliklərilə diqqət çəkən bir digər obraz Stroyovdur. Çox da böyük istedada sahib rəssam olmasa da, gözəlliyi, qabiliyyəti duya biləcək qədər iti gözə sahibdir. Stroyov Çarlzın qeyri adi istedadını ilk kəşf eləyənlərdəndir. Ən çətin vaxtlarında Çarlza yardım əli uzadan məhz o olur.
Əsər haqqında deyiləsi çox söz var əslində. Əsərin dili, bədii keyfiyyəti, obrazların təkrarsızlığı, özünəməxsusluğu, ziddiyyətləri… Bütün bunlar yalnız həqiqətən istedadlı yazıçının qələmindən bu qədər dolğun, bu qədər gözəl lövhələrlə çıxa bilərdi.
Son olaraq… Əsərin mənə aşıladıqları… Xəyallarınızın, sizi həyata bağlayan, özünüzü, yolunuzu tapmağınıza təkan verən istəklərinizin arxasınca mütləq gedin, neçə yaşınız olursa – olsun, hansı statusda, hansı mövqedə olursanız – olun, bu yolda nə qədər çətinliklər düşsə də qismətinizə, gecdir artıq deməyin… Əgər bu gün fürsətiniz varsa, elə bu gün başlayın… Əksi təqdirdə, heç vaxt yarımçıqlıq duyğusu sizi tərk etməyəcək. Bu duyğuyla yaşamaqsa, çox çətindir…

 

Şəhla Rəşidova

Səslərin sayı: 0
1
2251
Loading...


Şərhlər
Offline
Xəyalə Murad
Bu kitabı oxumamışam. Haqqında çox fikirlər ssləndiyi üçün marağımı çəkməyib. Adətən kitablar haqqında məlumatlar məni həmin kitabdan uzaq salır. Tərkibindən, möbvzusundan xəbərsiz qaldığım kitablara daha çox üstünlük verirəm. Bəlkə bir gün oxuyacam, ancaq bu il və yaxın bir ildə bu kitabı oxumayacağıma əminəm.
3 dekabr 2016 21:08
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Super Ailə - Samsung ailəsidir

    Mikserimdən paltaryuyan maşınıma kimi samsungdu
  • Aleyna Tilki dondurma reklamında

    Yay aylarında efirə çıxacaq Tilki "Bu, rəngli və səviyyəli dünya mənim istədiyim enerjini hiss etməyimə yardımçı oldu" sözlərini deyib
  • Demet Akalının Tarkan sevdası

    Müğənni Demet Akalının İnstaqram hesabında Tarkanla bağlı paylaşımı meqastarın fanatlarını qorxuya salıb.
  • Məşhur aktrisa 16 yaşında öldü-SƏBƏB

    Onun cekildiyi kinoları görəmişəm
  • Castin Biber məhkəməlik oldu -SƏBƏB

    Bu iki ildə hardaydı indi yadina düşüb
  • Əşyaların daha az yer tutması üçün nə etməli?

    Corabları səliqəli yığmaq bir çox qadın üçün problemə çevrilir. Bunun üçün xüsusi qaba corabları yığa bilərsiniz.
  • 15:02 - Müəllif: MShinomEV
    Həkim məsləhəti (5622)

    Həkim məsləhəti

    Выездной мобильный шиномонтаж в Москве и МО круглосуточно! Мегафон: +7(495)908-97-71 Мтс: +7(915)448-25-25 Хранение шин. 1. Шиномонтажные работы. 2. Снятие секреток. 3. Переобувка шин. 4. Ремонт проколов и порезов. Выездной шиномонтаж 24 часа в Москве и МО. Звоните!
  • Kianu Rivz ilk dəfə ETİRAF ETDİ-FOTO

    Kianu Rivz verdiyi müsahibədə peşə yolunda qarşılaşdığı çətinliklərdən danışıb. O bildirib ki, “Sürət” filminin ardına çəkilmədiyi üçün uzun müddət “Fox” kino şirkətinin qara siyahısına daxil edilib.
  • Aleyna Tilki dondurma reklamında

    bir mahnı hazırlamalı olan ifaçı 1,5 milyon lirə (təxminən 442 min manat) alacaq.
  • 14:15 - Müəllif: Xəyalə Murad
    Fərqli bəy-gəlin-FOTO (1)

    Fərqli bəy-gəlin-FOTO

    Oğlan balayına getməyə görə pul yığmaq üçün xeyriyyə saytında hesab açaraq, maddi kömək istəyib. O, qeyd edib ki, stereotipləri qırdığına görə çox xoşbəxtdir
Loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış