Bakıda hava 36°
USD AZN
EUR AZN
17:50PERI istiden danismaye can alir((( 17:39Surayye Yox niye oluram ))) istide axota yoxdu 13:54Ayla Ayla Hamıya salam! Qizlar necəsiz Sürayyə yox olmusan yenə
40914

Başlayan doğuşun əlamətləri

Başlayan doğuşun əlamətləri
Doğuşa 24-48 saat qalmış qadınlarda qan qarışığı ilə selikli ifrazat meydana çıxa bilər ki, bu da uşaqlıq boynu kanalının tıxacının xaric olması kimi qiymətləndirilə bilər.
İlk sancılar adətən qarında, bəzi hallarda isə beldə hiss olunur. Belə təsəvvür yaranır ki, ağrı dalğası belin orta hissəsində yarandıqdan sonra dalğa diyirlənərək hər 2 ombaya yayılır, sonda qarında birləşir.
Əvvəlcə sancılar o qədər də güclü olmur (zəif çimdikləmə kimi). Sonradan sancılar güclənərək daha uzun müddətli (6-10 saniyə) olur, getdikcə intensivləşərək müntəzəm xarakter alır, yəni hər dəfə eyni bir vaxtdan sonra təkrarlanır. Doğuşun lap əvvəlində sancılar hər 20-25 dəqiqədən bir təkrar olunur. Əgər siz ilk körpənizi gözləyirsinizsə, doğum evinə sancılar hər 5-7 dəqiqədən bir təkrar olunanda getmək lazımdır. Təkrar doğan qadınlar isə doğum evinə sancıların müntəzəm xarakter aldığı ilk vaxtından getməlidirlər. Təkrar doğan qadınlarda doğuş prosesi ilk dəfə doğan qadınlara nisbətən daha sürətli gedir. 
Başlayan doğuşun əlamətləri
Əgər dölyanı sular xaric olmuşsa (normal dölyanı sular sidiyə oxşayaraq iysiz, şəffaf və sarımtıl rəngdə olur), doğuşun digər əlamətlərini gözləmədən, təxirəsalınmadan doğum evinə getmək lazımdır. Dölyanı suların vaxtsız açılması əksər hallarda doğuşun normal gedişinin pozulmasına və sonradan döl üçün mənfi fəsadların yaranmasına səbəb olur.
Xaric olan dölyanı suların rənginə (açıq, şəffaf, yaşıl, bulanıq) və miqdarına fikir verməyiniz də vacibdir. Bu dövrdə doğum evinə mütləq nəqliyyatla (heç bir halda piyada olmamaqla) getmək lazımdır. Dölyanı suların axmasının qarşısını almaq üçün gigiyenik paketlərdən (menstruasiya zamanı işlədilən) istifadə etmək yaxşı olar.
Başlayan doğuşun əlamətləri
Hamiləlik müddətindən asılı olmayaraq qadınlarda uşaqlıq yolundan qanlı ifrazat başlamış olarsa, ağrının olub-olmamasına baxmayaraq onları təcili surətdə doğum evinə aparmaq lazımdır.
Doğuşdan əvvəl doğmaq istədiyiniz doğum evini və həkimi də müəyyən etməyiniz məsləhət görülür. Bu zaman qadın məsləhətxanasındakı müalicə həkiminizin, qohum və tanışlarınızın məsləhətlərindən istifadə etməklə bir neçə doğum evinə baş çəkərək, sizə məqbul olanını seçməyiniz yaxşı olar. Əgər müalicə həkiminiz sizdə olan bəzi xəstəliklərə və dölün vəziyyətinə görə doğuşun Keysər kəsiyi əməliyyatı ilə aparılmasını məsləhət görərsə, bu zaman nəinki doğum evini, həmçinin bu əməliyyatı aparacaq həkimin özü ilə görüşərək əməliyyatın aparılacağı tarixi də müəyyən etmək lazımdır. Bu sizə bir çox patoloji halların qarşısını vaxtında almağa imkan vermiş olar.
Səslərin sayı: 1
3
2558
loading...
Şərhlər
Offline
Ferid
diqqetli olun qadinlar usaqlari qoruyun oxlan usaqlari bize lazim olacax vetene
31 dekabr 2016 13:41
Offline
Ellada Babayeva
Faydalı yazı üçün çox sağ ol, Xəyalə. Başdan axra qədər oxudum.
30 dekabr 2016 00:40
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Arzu
Bu cox maraqli ve dogusha hazirlsan xanimlar ucun ela xebdir. Tskler
29 dekabr 2016 19:59
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 17:49 - Müəllif: Surayye
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Çox düz deyirsiz Pervane xanim. Bizim kor koc vaxti nece oldu bilmedik bütün sekillerimiz itdi. Nece ildi tapilmir. Heyif deyildi o sekiller...
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Şeyma Subaşı çıxardığı “Sadece Şeyma” kitabı ilə səs-küyə səbəb olmuşdu.
  • Məşhur cütlüyün növbəti dəfə ekizləri olucaq-FOTO

    Qeyd edək ki, 58 yaşlı aktyorlar vəkil həyat yoldaşı 2014-cü ildə evlənib. Onların 2017-ci ildə əkiz övladları dünyaya gəlib.
  • Aclıq çəkmədən 60 kq arıqladı-FOTO

    2013-cu ildə həkimin çəkisi 164 kq təşkil edirdi. 1 il ərzində qidalanmasından yalnız 1 maddəni çıxarmaqla Zudin 60 kq arıqlayıb.
  • Məktəblər açılmadan bunları edin

    Son olaraq həkim bildirib ki, uşaqların yeni dərs ili öncəsi ümumi qan, nəcisdə qurd yumurtaları analizləri verməsi faydalıdır
  • Fillər haqqında maraqlı məlumatlar

    Kimside fil heveskaridi
  • 14:01 - Müəllif: Ayla Ayla
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Mən də anamın uşaqlıq şəkillərinə baxıram. Yaxşı ki çəkdiriblər.
  • Bel ağrısını azaldan 3 yoqa pozası

    Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.
  • Əylənməyə getdi, əlil arabasında qayıtdı-FOTO

    Hadisə elə qəfildən olur. Allah koməyi olsun
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Məşhur aparıcı Acun Ilıcalıdan olan övladı Melisa ilə görüntülənən Şeyma bunları söyləyib
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış