Uşaqlarda gecikmiş danışma və müalicəsi.
Gecikmiş danışma ,danışmanın axıcılığı, mənası söz dağarcığında çatışmazlıqla xarakterizə olan bir danışma maneəsidir. Xüsusiyyəti uşağın yaşıdlarına görə bu sahələrdə geri qalması və böyümə səviyyəsində gözlənililənlərin altında olmasıdır.
Danışma pozuqluqları içində sıx görülər. Uşağın körpəlik dövründə baxma, dinləmə, qığıldama kimi danışma inkişaf mərhələlərindən birini, bir neçəsinin ya da hamısını yaşamamışdır. Ya da uşaq bu mərhələlərdən birinə ilişmişdir və yaxud da bu mərhələlərdən birinə geri qayıtmışdır.
Bu problemi yaşayan uşaqlar çox müxtəlif əlamətlərlə qarşımıza gələ bilərlər. Məsələn danışmanın məhdudluğu, qeyri-kafi sözlər, cümlə qurmada çətinlik, düşüncə və istəkləri bədən dili ilə ortaya qoyma, şəxslər arası əlaqədə sözlərdən ziyadə işarələri istifadə etmə, agresyon,atma,vurma,fırlatma vs. Uşağın mənfi ünsiyyət qurma və gərginliyinin səbəbi duyğu, düşüncə və istəklərini söz ardıcıllığı ilə ifadə edə bilməməsidir.
Gecikmiş danışma problemi olan uşaqlar istər istəməz ictimai uyğunlaşmada problemlər yaşayarlar. Dostları uşaqla oynamaq istəməzlər. Qısacası uşağın danışma probleminin üstünə bir də ictimai uyğunlaşma problemi əlavə olunar.
Gecikmiş danışmanın səbəbləri.
Gecikmiş danışma dəyişik səbəblərə bağlı olaraq görülə bilən bir danışma pozuqluğudur. Eşitmə itkisi, tibbi səbəblər , zəka geriliyi, danışma orqanları problemləri, və ailə ətrafı kimi müəyyən səbəblər olaraq qəbul edilməkdədir.
Uşaq danışmağı tam olaraq öyrənmədən eşitmə maneəsinin mövcud olması uşağın danışma inkişafını çox təsir edər. Ümumi olaraq eşitmə itkisi nə qədər çox isə danışma inkişafı bundan o qədər çox təsirlənər.
Bu mövzularda edilən nəşrlərdə zəka ilə danışma arsında bir əlaqənin olduğu qəbul görməkdədir. Buna baxmayaraq hər gecikmiş danışma hadisəsindən zəka geriliyinin varlığı mənasını verməz. Zəka geriliyi ola biləcək səbəblərdən yalnız bir dənəsidir. Digər tərəfdən zəka geriliyini meydana gətirən bir çox səbəb eyni zamanda danışma və dil inkişafına da təsir edər.
Uşağın həyatının ilk bir ilində keçirmiş olduğu uzun sürən ağır xəstəliklər və uşağın danışma orqanlarına təsir edən bəzi xəstəliklər gecikmiş danışmanın tibbi səbəblərindən bəziləridir. Uşaqda ən sürətli inkişaf 0-1 yaş olduğundan xüsusilə bu zamanda keçirilən ağır xəstəliklər çox əhəmiyyətlidir. Uşaq və valideynləri bütün səy və maraqlarını xəstəliyə və yaxşılaşmasına göstərdiklərindən uşaq, ağlama ,səs çıxarma ,dinləmə, və danışmağı təqlid etmə təcrübələrindən məhrum qalar.
Danışma hərəkəti bir çox danışma orqanının bərabər zamanlı olaraq istifadə edilməsi və təşkilatını zəruri edər. Bu orqanlardan bir dənəsində yaşanan bir problem danışmağa təsir edər. Orqanlar arasındaki bir uyğunsuzluq danışma sisteminin bütününə təsir edər.
Uşaq ailə mühitində kafi maraq və sevgi ehtiyacını qarşılaya bilməmişsə duyğusal tərəfdən problem yaşayacaq. Uşağın duyğusal problemlərlə məşğul olması onun danışma və dil inkişafına mənfi istiqamətdə təsir edəcək.
Gecikmiş danışmada müalicə.
Gecikmiş danışma eşitmə itkisinə bağlı isə uşaq mütləq həkim nəzarətindən keçirilməlidir. Eşitmə itkisinin vəziyyətinə görə eşitmə cihazlarından faydalandırılmalı və dərhal eşitmə təhsilinə başlanmalıdır.
Danışma orqanlarındakı bir problem səbəbi ilə yaranan gecikmiş danışmada inkişaf üçün uşağa üfləmə-yalama, dişləmə-şişirmə məşqlərinin etdirilməsi çox əhəmiyyətlidir. Bu növ məşqlər danışma orqanlarındakı əzələləri və sinirləri gücləndirər Görüldüyü kimi gecikmiş danışmaya səbəb olan faktorlara pozuqluğun növünə və dərəcəsinə bağlı olaraq dəyişər. Pozuqluğun səbəbini ortadan qaldırmaq ,və ya təsirini azaltmaq üçün ailə ilə birlikdə lazımlı tədbirlərin alınması əhəmiyyətlidir Burda məqsəd uşağa inkişaf səviyyəsinə uyğun bir danışma bacarığı qazandırmaq, təməl məqsə uşağı danışmağa istiqamətləndirmək üçün əvvəlcə uşağın istifadə etdiyi bədənsəl ünsiyyət aradan qaldırılmalıdır.Səssiz jest, mimika və işarələr əsla mükafatlandırılmamalı və anlamamazlıqdan gəlinməlidir. Beləcə uşaq istək və düşüncələrini şifahi olaraq izah etməyə təşviq edilmiş olar, və danışma mövzusunda uşaqda bir ehtiyac yaradılmış olar. Əks halda uşaq danışma ehtiyacı bimədiyindən danışmağa cürət etməyə bilər
Uşağın ilk və ən əhəmiyyətli təməli ictimai mühiti ailədir. Uşaq ailə mühitində danışmağa həvəslənməli və uşaqda danışma ehtiyacı yaradılmalıdır və uşaqla danışaraq ünsiyyət qurulmalıdı. Ev mühitində valideynlər edilən bir işi, bir istəyi xüsusilə dənə dənə izah edərək uşağa nümunə olmalıdır.
Danışıq dilindəki bütün səsləri çıxara bilər vəziyyətə gəlmədən danışmağı öyrənmək qeyri-mümkündür. Bu səbəblə müalicədə uşağın çıxardığı və çıxara bilmədiyi səslər təsbit edilərək çıxara bilmədiyi səslər tək-tək səbirlə öyrədilməlidir. Bu müddət çox zəhmətli və yorucu olduğundan uşağın maraq və diqqətini çəkən oyun üsullarından istifadə etmək olar.
Uşaqda əvvəl bir səs qəbulu yaradılmalı daha sonra səsləri tək-tək çıxarmağı öyrəndikdən sonra uşağa bu səsləri arxa- arxaya sıra ilə davam edərək hecalar və sözlər meydana gətirməsi öyrədilməlidir. Söz deyilişinin yaradılmasında əvvəl gündəlik həyatda istifadə edilən sözlərdən başlanmalıdır. Bu sözlərin səsləri əvvəl ayrı ayrı öyrədilməli uşaq bu səsləri çıxarma bacarığını qazandıqdan sonra birləşdirərək söz meydana gətirmə mərhələsinə başlanılmalıdı.
Müəllim, terapevt və valideynlər bir-birlərini dəstəkləməlidirlər. Uşağı hər müvəffəqiyyətində söz və bədən dili ilə mükafatlandırılaraq onun həvəsini artırmalıdırlar.
XƏBƏR LENTİ
Kamera və biz!
Ancelina Colidən gözlənilməz-VİDEO
Birinci Xanım Parisdə Xocalı faciəsindən danışdı
Maradona futbol oynayacaq
Riyazi məntiq (10)
Qırışların qarşısını alan qidalar
Bakıda "Təmiz hava": yoxlama gedir
Günün ulduz falı
Qış toyu üçün rəng seçimi
Günün qoroskopu: uğurlu gündür!
Utanmağın səbəbləri
Manatın məzənnəsi
Gizlənməkdə sərhəd tanımayan uşaqlar
Valideynlərlə bağlı həqiqət lazımdırmı?
Azərbaycanın bu hissəsində sürüşmə aktivləşdi
Günün ulduz falı
Xoşbəxt Yusifzadə: "Bu gün neftin bir barelinin qiymətinin 60 dollar olması elə də kiçik rəqəm deyil"
Günəşdən unikal görüntülər
Bölgələrimizin mətbəxi - Gəncə
Mercedes-Benzin Bionik Avtomobili
Azərbaycanın ən yaxşı ürək həkimləri Qarabağda TOPLAŞDI
Gələn il üçün bayramlarla bağlı sərəncam imzalanıb
Bakılı sürücüləri yenilik gözləyir
Rezidenturaya qəbul olanların nəzərinə!
Kəsmikli göbələklər (foto resept)
Caliber: “Rusiya sülhməramlılarının sərxoş hərbçisi erməni revanşizmini alovlandırır” - VİDEO
Qarderobdan yaxşı qoxu gəlməsi üçün
Azad söz( 2 -ci hissə)
Dənizdə və ya hovuzda koronavirusa yoluxmaq riski nə qədərdir?
Bakıda bank işçisi koronavirusa yoluxdu - Filial bağlandı
7 əsr sonra kral ailəsində ilk - əkiz şahzadə doğulacaq
Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi
Şeymanın Acuna yazdığı mesaj canlı yayımda nümayiş edildi
Sən getdin...
Azərbaycan Ordusu düşməni dəqiq zərbələrlə məhv edib - VİDEO
Analar, siz səhv bilirdiniz?
Əsla makiyajlı yatmayın!
"Dolu" bu dəfə Daşkənddə
Bakıda koronavirus xəstəsi mağazada tutuldu - VİDEO
Körpələr üçün zərif dekorasiya modelləri
Xərçəngin çarəsi əqrəbdə tapıldı
Cansu Dere ekranlara qayıdır
Valideynləri başqa dindən olan insanla ailə qurmaq olarmı?
2018 payız trendi: Dama-dama kostyumlar
Evdə qar kürəsi (özün düzəlt)
"Zəhərli ana" xarakteri nədir?
Möhtəşəm vanna otağı dekorasiya modelləri
Hava haqqında - 21.09.2013
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
Ronaldudan ibrətamiz addım: futbolçu 60 minindən keçəcək
- ŞƏRHLƏR