Bakıda hava 18°
USD 1.7000 AZN
EUR 1.9649 AZN
17 oktyabr 23:34PERI eleykum salam
39309

Makiyaj hiylələri

 

Makiyaj hiylələri



 

Makiyajda görüntünüzü bir az dəyişdirmək və daha gözəl göstərmək üçün kiçik hiylələrə əl ata bilərsiniz. Gözləri daha böyük göstərmək, dodaqları dolğun etmək, daha kiçik burun, çıxıq almacıq sümükləri və yumşaq dəri görüntüsü yaratmaq elə də çətin deyil. 

 

Yumru gözlər 

Üzünüz yumrudursa və siz daha qabarıq cizgilər istəyirsinizsə, burada qaşlar əsas rol oynayır. Qövslü qaşlar üzü daha kəskin göstərir. Bunun üçün qələmi burnunuzun kənarına paralel şəkildə saxlayaraq qaşınızın başlanğıc nöqtəsini tapın. Qaşınızın ən yüksək hissəsini yəni, əyriliyin başlayacağı yeri tapmaq üçün göz bəbəyinin bitiş nöqtəsindən  qaşınıza dioqanal tutun. Göz qələmi ilə işarə etdiyiniz işarələdiyiniz nöqtədən birləşdirərək qaş formasını düzəldin. Daha sonra maqqaşın köməyi ilə işarənin üzərində qaşları alın. 

 

İncə uzun üzlər 

Üzünüz incə və uzundursa ənliklə bu görüntünü dəyişdirə bilərsiniz. Ənliyi sadəcə almacıq sümüklərinizin üzərinə tətbiq edin. Yanaqlarınızn kənarına doğru tətbiq etsəniz, daha uzun bir üzə sahib olarsınız. 

 

Makiyaj hiylələri



 

Kvadrat üzlər 

Belə üzə sahib olan qadınlar ifadələrini yumşaltmaq üçün almacıq sümüklərinə çəkdikləri ənlikləri gicgahlarına qədər yaymalıdır. 

 

Böyük üzlər 

Sadəcə almacıq sümüklərinin üzərinə ənlik çəkib burun hissəsinə çox dəyməməlidir. Yenə eyni şəkildə qulaqlara tərəf çox çəkilməməlidir.

 

Cizgilər  

Səhər qalxdığınızda alnınız, burun kənarları və dodaq hissəsindəki qırışlar görünürsə, incə cizgilər üçün işıq əks etdirən məhsullar istifadə edin. Dərin qırışlar üçünsə qırışıq doldurucu kosmetik məhsullar alın. 

 

Makiyaj hiylələri



 

Geniş alın 

Geniş alnı dar göstərmək üçün mat və qaraldıcı kirşan ya da tonal kremlə dəri rənginizdən bir ton tünd ənlik alın və bunu saç cizgisi boyu çəkin. Yaxşıca çəkib saç diblərinə tərəf yayın. 

 

Aşırı çıxıq almacıq sümükləri 

Bu tip almacıq sümüklərini gizlətmək üçün ənliyi əvvəlcə yuxarıya doğru, daha sonra da qulaqlara tərəf yaxşıca çəkmək lazımdır. 

 

Parlayın

Simli məhsullar istifadə etməkdən çəkinməyin. Bu məhsullar kənardan yaxşı hiss yaratmasa da taxdığımız zaman üzərimizdə gözəl qalır. Zərli və simli tonal krem işığı az olduğu yerdə sizi daha parlaq və cazibədar göstərəcək. 

Səslərin sayı: 2
6
3585
loading...
Şərhlər
Offline
Iceberg
Zərli və simli tonal krem işığı az olduğu yerdə sizi daha parlaq və cazibədar göstərəcək.
26 noyabr 2017 20:22
imza: shafaabdulla.blogspot.com
Offline
pure love
sade makyaji sevirem laughing
15 dekabr 2016 16:42
Offline
Yağmur....)
Çox sade makyajı sevırem ...
Maraqlıdı bilmediyimide öyrendim çox sag olun kiss
3 dekabr 2016 11:13
Offline
Salaminka
Hər kəs özünə yaraşan makiyajı etsə gözəl görünər
2 dekabr 2016 14:36
Offline
°ღ Zayka •.°ღ
Makiyajda o,qeder xirdaliqlar varkiiii,bunun icinde ayri bir ders oyrenmeliyik,en yaxsisi sade yalanan makiyaj etmekdi,Amma bu gozel makiyaj edenlere paxilliq elemirem demek deyi
30 noyabr 2016 16:30
Offline
Xəyalə Murad
Makiyaj da ayrıca ensiklopediyadır. Öyrən-öyrən, bitmir.
29 noyabr 2016 20:33
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış