Bakıda hava 19°
USD 1.7000 AZN
EUR 1.9673 AZN
09:48Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
39307

"Çaxoxbili" - Gürcü mətbəxi (foto resept)

Tərkibi:

Toyuq əti - 1. 8 kq

Açi bibərin əzilmişi - 1/2 ç. q.

"Zeytun bağları" zeytun yağı - 2 x. q

"Best Cow" kərə yağı - 50 q. 

Pomidor - 5 ədəd

 Baş soğan - 4 ədəd

Sarımsaq - 5 diş

 Xmeli suneli - 1 ç. q.

Keşniş - 1 dəstə

 Duz

Hazırlanması:

 

İlk olaraq toyuğu yuyub, təmizləyib, tikələrə ayırırıq.

Soğan yarım halqa şəklində doğranır.
Sarımsaq xırda - xırda doğranır.
Pomidor kub şəklində doğranır.
Keşniş xırda - xırda doğranır.

Bir qazana bir azca duru yağ əlavə edin, vam odda qızdırın.

Və toyuq ətini içinə yerləşdiririk. Üzərinə bir az duz səpirik. 

 

Hər tərəfini qızartdıqdan sonra, altını lap azaldırıq. 

Sonra hamısını qazana yığırıq ki, ət isti dursun. 
Sonra doğranmış soğanı tavada kərə yağında qovururuq.

İndi qovurduğumuz soğanı isti toyuq ətinin üzərinə əlavə edirik.

Sonra doğranmış pomidoru soğanın üzərinə əlvə edirik.

Sonra qarışdırıb qovururuq 20 dəqiqə.

İndi üzərinə xırda doğranmış sarımsağı əlavə edirik.

Duz və aci bibər səpirik, zövgə görə üzərinə suneli də əlavə edirik və yaxşı qarışdırırıq.

Sonra 10 dəqiqə qaynadırıq.

 Doğranmış keşnişi toyuğun üzərinə əlavə edirik.

 Sonra 5 dəqiqə qaynadırıq, və altını söndürürük.

Yeməyimiz hazırdır.
  Daha sonra servis etmək olar. 

Nuş olsun!

   (Tərcümə edilib)

Səslərin sayı: 2
2
2273
loading...
Şərhlər
Offline
Xəyalə Murad
Gürcü mətbəxini xaçapuridən sevmişdim. Bu resept də bizim hər birimizin rahatlıqla bişirə biləcəyi reseptdir. Gürcü mətbəxi düşünülən qədər qəliz deyil. Sadəcə ədviyyatlar, həvəs və istək lazımdır ki, düzgün şəkildə hazırlayasan. Resept üçün çox sağ olun, Qəribə xanım. give_ros give_ros give_ros
6 noyabr 2016 17:47
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
°elif •.°
Sarmısağ neydi ta üff
6 noyabr 2016 14:50
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!