Bakıda hava
USD 1.7001 AZN
EUR 2.1108 AZN
11:28Surayye Gunurtaniz xeyir xanimlar-Peri Simadan ses yoxdu 11:09Xəyalə Murad Hər birinizin günü uğurlu olsun! Xoş gəldiniz,Yağmur xanım 09:48Yağmur....) Gunayfın Allah salamı olsun sizlere yeni gune Elhemdurullah
38070

İş yerinizi nə zaman dəyişməlisiniz?

İş yerinizi nə zaman dəyişməlisiniz?

Həyatda hər kəsə ilk dəfədən bütün ömrü boyu işləyəcəyi iş yeri tapmaq qismət olmur. Bu o demək deyil ki, elə bir iş yerini axtarmalı deyilsiniz. Bəzən fərd zaman keçdikcə anlayır ki, nə qədər israrlı davransa da, ona aid olmayan yerdə çalışmaqdadır. Bəziləri çalışdığı iş yerində sadəcə adı getsin deyə çalışmaqda davam edər. 

Hansı hallarda iş yerinin dəyişdirilməsi haqqında düşünməlisiniz? 

1. Həmin iş yerində çalışmağı öncədən arzulamamısınızsa!

Sadəcə belə alınıb. Valideynləriniz məktəbi bitirdikdən sonra sizə təzyiq göstəriblər və arzularınız, ideyalarınızla heç əlaqəsi olmayan işə düzəlmisiniz. Yaxud təhsildə qarşılaşdığınız uğursuzluq nəticəsində sıfırdan başlamaq əvəzinə belə bir iş yerində çalışmağı çıxış yolu seçmisiniz. Bəlkə də hansısa dostunuzun (rəfiqənizin) məsləhəti ilə "Nə olar, olar" prinsipinə əsaslanaraq həmin iş yerinə baş vurmusunuz. 

2. Yeni şeylər öyrənmirsinizsə!

Nəzəri olaraq oxuduğunuz şeyləri iş həyatında təcrübədən peşəkarlıqla keçirmisinizsə, o işdə işi davam etdirməyə nə gərək var? Özünüzü inkişaf etdirmək üçün hansı seminarlarda, forumlarda iştirak etmisiniz? Yaxud hansı inkişaf etdirici kitab və məqalələri oxumusunuz? Hər şeyi bildiyinizi düşünürsünüzsə, deməli inkişaf etmirsiniz. 

3. Zəngdən zəngə (çağrıldığınız zaman) işləyirsinizsə!

"Yox bir, istirahət günlərimdə də iş barədə düşünməliyəm? Cəhənnəm olsun peşəkarlıq, yeni ideyalar". Onsuz da sizin bu cür düşüncələrinizə görə maaşınızı kəsən olmayacaq. Sözün qısası boş zamanlarınızda iş barədə düşünmürsünüzsə, o işi sevmirsiniz! 

İş yerinizi nə zaman dəyişməlisiniz?

4. İş yerində bir məna tapa bilmirsinizsə!

Günlərin bir günü işlədiyiniz şirkət və ya hər hansısa bir ofis çöksə, lap belə bütün dünya dağılsa, vecinizə deyilsə, o iş yerində çalışmağın nə mənası var? 

İş yerinizi nə zaman dəyişməlisiniz?

5. İş barədə danışmaq xoşunuza gəlmirsə!

Əgər artıq sizə iş yeriniz darıxdırıcı və sıxıcı gəlməyə başlayıbsa, dostlarınıza (rəfiqələrinizə) işiniz haqqında danışmaq utandırıcı gəlirsə, başqalarına işiniz barədə yaxşı şeylər demək, göstərmək imkanı azalıbsa, qaçış axtarışındasınız və ya müəyyən səbəblərdən səbr edib bu şəkildə davam etməyə maraqlısınız. 

6. Sizi nadir hallarda tərifləyirlərsə!

Nə qədər böyük ürək və enerji sahbi olmalısınız ki, işinizi yaxşı görə biləsiniz. Ayın işçisi ola bilmədiniz, nümunəvi işçi kimi jurnalistlər sizdən müsahibə almadılar, iş otağınızın divarında sertifikatlar, tərifnamələr, diplomlar, mükafatlar asılmayıb. Onlar olmasa da olar, əsas odur sizi cərimə etmirlər. 

İş yerinizi nə zaman dəyişməlisiniz?

7. İş həyatı sizə üzüntü gətirirsə!

Və ya qıcıqlanma, yaxud dərin depresiya (çarəsizlik). Həftə sonu iş yeri barədə düşüncələr ürəyinizi bulandırırsa, iş yerinizdə tez-tez yuxulayırsınızsa, sıx-sıx dincəlmək, tətil barədə düşünürsünüzsə, başqa yerlərə, tədbirlərə işinizdən daha çox zaman ayırmağa başlamısınızsa, arzularınızın reallaşmasına yaramayan iş yerində ömrünüzdən gedən saatları xərcləməyə dəyərmi? Belə işləməkdənsə, iş yerini dəyişmək ən doğru yol deyilmi? Ola bilər ki, yerinizə gələn yeni işçi həmin iş yerinə daha uyğun biri, arzularla dolub-daşan, işləməyə həvəsli, yeni ideyalarla aşıb-daşan, ən əsası işlədiyi yeri sevən, dəyərini bilən biri olacaq. 

Bütün işləriniz ürəyinizcə olsun! 




Səslərin sayı: 1
10
909
loading...
Şərhlər
Offline
Iceberg
1. Həmin iş yerində çalışmağı öncədən arzulamamısınızsa!
10 noyabr 2017 22:09
imza: shafaabdulla.blogspot.com
Offline
°elif •.°
Pul varsa her şey olar.Şert o deyil ki tehdil ola.Bezi adamlar tanıyıram heş orta mekteb bitirmiyib ama işine soz ola bılmez guya tehsıl alanlar dunyanı berı qaytarıb evde toz basıb diplomun iş tapmır işe almag üçün ne qeder pul lazımdı ki düzemmeli işe giresen .İndi dollarında qalxması tesr edr caamata çetin vaxtdı Allah heç kimi maddi vezyyetimi aşagı salmasın
Maraqlı xeberdi davamlı olsun Ceylan Mumoğlu, sizinle tamamı ile razıyam
5 noyabr 2016 15:17
Offline
✈█▓▒ Руслан Абилов ▒▓█✈
Ceylan Mumoğlu,
Cox saqolun xanim amma 30 yasin var seni ise goture bilmerik yasin kecib deyilen bir olkede yasayiriq kitabda olan qanunlarin yox ele bezi bezi insanlarin ozlerinin qanun cixardiqi olkede
5 noyabr 2016 14:44
Offline
Ceylan Mumoğlu
✈ Руслан Абилов ✈,
Nə deyim, bilmirəm. Allah yol açsın, tezliklə.
5 noyabr 2016 00:56
Offline
✈█▓▒ Руслан Абилов ▒▓█✈
Ceylan Mumoğlu,
Men Bakida yasamiram rayonda yasayiram bizde rayonda is yoxdu olan isdeki 100 manat o emek haqina gedib islemeye ozude vixadnoysuz islemeye siz razi olardiz?

Ceylan Mumoğlu,
Hele o 100 manatda qarsiliqnda o qeder telebler varki hedinen artiq agir islemelisen seherden axsama kimi ne yemek var nedeki istirahet nedeki vixadnoy icaze isteyende ise adama sanki dusmenk kimi reftar ediler ele bil min manat maas verirler bucur isde siz isleyerdiz?

Ceylan Mumoğlu,
Birdeki heqiqet budu tehsilsiz olub yaxsi isde islemek ucun ya adamin yada pulun olmaldi bu heqiqetdi kim dese ele deyil sehv deyr menim 30 yasim var 30 milion insan uzu gormusem adamsiz pulsuz ise almilar adami ister tehsil olsun ister olmasin
4 noyabr 2016 22:06
Offline
Ceylan Mumoğlu
✈ Руслан Абилов ✈,
Bütün işlər təhsillə olmur ki, o qədər təhsilsiz insanlar tanıyıram ki, ancaq işləyirlər. Düzdür, gərək işləmək üçün istək də ola, bir də Allahın sənə bəxş etdiyi iş yerinin qiymətini də biləsən.
Odur ki, başlayın öz üzərinizdə çalışmağa, mütləq iş tapacaqsınız.
4 noyabr 2016 19:03
Offline
✈█▓▒ Руслан Абилов ▒▓█✈
Ceylan Mumoğlu,
Bu cetin meseledi menim tehsilim yoxdu
4 noyabr 2016 18:23
Offline
Ceylan Mumoğlu
✈ Руслан Абилов ✈,
Ruslan, siz iş tapsaz, gərək Qadin.Netdə toy-büsat quraq smile
4 noyabr 2016 18:09
Offline
✈█▓▒ Руслан Абилов ▒▓█✈
Eh beyem is yerimiz varki is yerini deyisekde. Adami pulu olmayana isde yoxdu
4 noyabr 2016 12:48
Offline
Ceylan Mumoğlu
Əla xəbərdir, Aida xanım, həqiqətlər yazılıb. Təşəkkürlər.
4 noyabr 2016 10:32
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır