Bakıda hava 23°
USD AZN
EUR AZN
14:44Surayye qizillarim necesiz 08:58Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41071

Elena Rubinşteyn(2)

Elena Rubinşteyn(2)

Yenə Avropa

Bu arada Elena həyat yoldaşından boşandı və Avropadakı işiylə daha yaxşı məşğul olmaq məqsədiylə 1928-ci ildə Amerikadakı şirkətlərini 7,3 milyon dollara Lehman qardaşlarına sataraq Parisə qayıtdı. Sent-Luisdə özəlliklə sənət adamlarının, yazıçıların baş çəkdikləri bir gözəllik salonu açdı və oranı həmin dövr üçün çağdaş olan dekorativ sənətkarlıq nümunələri, əntiq mebellər və ləl-cavahiratla doldurdu. Həddən artıq əşyaya sahib olmağı barədə söz düşəndə, Elena belə deyirdi: “Mən bizneslə məşğul olan bir qadınam, hər şeydən çoxlu sayda almağa adət etmişəm.”

Bir daha Amerika…

Amerikada Uoll-strit birjasında çöküş yaşandığı üçün şirkətin payları 60 dollardan 3 dollara düşmüşdü və Elena, satdığından xeyli aşağı qiymətə, təxminən 1 milyon dollara şirkətini geri alaraq Amerikaya qayıtdı. Amerikanın təxminən 15 ştatında təzə salonlar açaraq şirkətinin dəyərini milyard dollarlar səviyyəsinə çatdırdı.

1938-ci ilin iyun ayında Elena, Rusiyadan gələn mühacirlərdən, özündən 23 yaş kiçik olan gürcü əsilli Arçil Qavrielli Zxoniya ilə nikaha girdi. Bəzi adamlar bunun reklam məqsədilə atılmış bir addım olduğunu deyirdilər. Elena bu yeni izdivacdan da pul qazanmaq məqsədilə faydalanmağa başladı: ərinin adını daşıyan və kişilər üçün nəzərdə tutulmuş kosmetika mallarını bazara çıxardı.

Elena Rubinşteyn(2)

Evdən gələn nahar və …beş dollarlıq pijama

Enerjili, çalışqan, digər tərəfdən sirli və düzlüyü sevən bir qadın olan Elena, biznes dünyasında əldə etdiyi uğurlarla hamını heyrətə salırdı. Günorta yeməyini evdən gətirəcək dərəcədə qənaətkar, fəqət ləl-cavahirat, rəsm və heykəl kolleksiyasına sahib olacaq dərəcədə əliaçıq bir adam idi. Paltarlarını da o dövrün ən ünlü modelyerlərinə sifariş verirdi. Qurduğu şirkətlərin idarəsini də həmişə ən yaxın ailə üzvlərinə tapşırırdı.

Elena, İngiltərə və Güney Afrikadakı yatırımlarına nəzarət etmək məqsədiylə “Elena Rubinşteyn Fondu”nu qurdu. Bu fond, XXI yüzilin əvvəlində YUNESKO-nun dəstəyi ilə verilməyə başlanan “Elena Rubinşteyn adına Dünya elm qadınları ödülü”nün də əsasını təşkil etdi. Avstraliyadakı mülklərini Cessika və Mankaya təhvil verdi. Oradakı gözəllik mərkəzi də 1957-ci ildən etibarən sənətkarlıq sahəsində xüsusi təqaüdlər verməyə başladı.

Rubinşteyn, İsrailə (özəlliklə həyatının son illərində) böyük yatırımlar qoydu, böyük məbləğdə yardım göstərdi. Təl-Əvivdə “Elena Rubinşteyn çağdaş sənət mərkəzi”ni təsis etdi. Elenanın topladığı miniatür əsərləri də bu sənət mərkəzinin otaqlarından birində nümayiş etdirilməkdədir. Mərkəzin idarəsi və gəlirləri İsrail dövlətinə verilmişdir. 1953-cü ildə qurulan Elena Rubinşteyn Fondu isə səhiyyə, tibbi tədqiqatlar və reabilitasiya xidmətləri üçün maddi vəsait ayırmaqdadır. Fond, eyni zamanda ABŞ-dakı İsrail Mədəniyyət Fonduna da maddi cəhətdən kömək göstərir və oradakı israillilərə təqaüd verirdi. 

Elena Rubinşteyn(2)

Elena Rubinşteyn 1956-cı ildə həyat yoldaşını, iki ildən sonra isə oğlu Horasi Titi itirdi. 1959-cu ildə o, ABŞ kosmetika sənayesinin təmsilçisi kimi Moskvada keçirilən ABŞ Milli Sərgisində iştirak etdi.

Elenada bir çoxları kimi sərvətinə qarşı böyük düşkünlük var idi. Beş dollarlıq pijama geyir, digər tərəfdən milyon dollarlıq ləl-cavahirat kolleksiyasını çarpayısının altındakı paltar qutusunda saxlayır və bundan böyük zövq aldığını heç kimdən gizlətmirdi. Onun üçün malı, canı qədər dəyərli idi. 1964-cü ildə Park Avenyudakı binasında qarət cəhdi olmuşdu. İş yerinə girən qarətçilər, işçilərin əllərini və ağızlarını bağlamışdılar. Rubinşteyni də kürsüyə bağlayan qarətçilər, onu ölümlə təhdid etsələr də, Elena pulların və qiymətli daş-qaşların yerini demədi! Qarətçilər əliboş qayıtmaq məcburiyyətində qaldılar.

Gözəlliyə həsr edilmiş ömür

O heç vaxt öz işindən uzaqlaşıb istirahətə çəkilmədi. Ancaq ömrünün son illərində işlərini flüoressensiya lampaları vasitəsiylə işıqlandırılan çarpayısından idarə edirdi. Elena Rubinşteyn öz xatirələrini 1964-cü ildə “Gözəlliyə həsr edilmiş ömrüm” adı altında çap etdirdi. 1 aprel 1965-ci ildə Nyu-Yorkda bir xəstəxanada 95 yaşında həyata, gözəlliyə gözlərini əbədi yumdu... Arxada ancaq bir oğlu qalmışdı. Onun təxminən bir milyon dollar nəğd pulu qurduğu fondların sərəncamındaydı. Şirkətləriylə birlikdə bütün sərvətinin toplam 100 milyon dollara çatdığı ehtimal edilirdi. Ancaq heç şübhəsiz, Elena Rubinşteynin həmcinslərinə, həyata yalın əllə atılıb böyük sərvət yiyəsi olmaq istəyənlərə, dərədən zirvəyə ucalmaq istəyənlərə örnək qoyduğu ÖMÜR ÖRNƏYİ daha böyük dəyərə malikdir! Üstəlik o, adını dünya TARİXİNƏ yazmağı bacaran və arxasınca böyük bir cığır açan bir QADIN idi!

Müəllif: Qənirə Paşayeva,millət vəkili,tanınmış ictimai-siyasi xadim

“Tarixə adını yazan Qadınlar” silsiləsi

Səslərin sayı: 0
0
1041
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış