Bakıda hava 11°
USD 1.7000 AZN
EUR 1.9478 AZN

Ziddiyyətli ata sözləri

Ziddiyyətli ata sözləri


Atalar sözlərindən yazacam bu gün, o atalar sözləri ki dərin hikmət daşıyır, ildən ilə, dildən dilə bu günədək ötürülüb çatdırır. Bəzən də elə atalar sözlərinə rast gəlirik ki, bu ata sözüynən o ata sözü bir-birinə uyğun gəlmir, tamamilə əks mənada dayanır?

 

Bir neçəsi ilə tanış olaq:

 

Dama-dama göl olar.hansına inanaq?

Quyuya su tökməklə quyu dolmaz.

 

Yaxşı insan sözünün üstünə gələr.

İti an, çomağı hazırla.

 

Bu günün işini sabaha qoyma.

Tələsən təndirə düşər.

 

Danışmaq gümüşdüsə, susmaq qızıldır.

Susmaq razılıq əlamətidir.

 

Düzlük ən böyük biclikdi.

Əyri otur düz danış.

Düz düzdə qalar.

 

Öyrənmənin yaşı yoxdur.

Qırxında öyrənən, gorunda çalar. 

 

Ağıl ağıldan üstündür.

Ağlın yolu birdir.

 

Anasına bax qızını al, kənarına bax bezini al.

Beş barmağın beşi də bir deyil.

Ziddiyyətli ata sözləri


Niyyətin hara, mənzilin ora.

Şər deməsən xeyir gəlməz.

 

Artıq tamah baş yarar.

Çox pul cib deşməz.

 

Aza qane olmayan toxa çatmaz.

Aza qane olan toxa çatmaz.

 

 Pis günün ömrü az olar.

 Dərd gələndə batmanla gələr.

 

Pul vermə, can ver.

Cana gəlincə, mala gəlsin.

 

Palaza bürün, el ilə sürün.

El üçün ağlayan göz kor olar.

 

Taylı tayın tapar.

Armudun yaxşısın ayılar yeyər

Ziddiyyətli ata sözləri


Qız yükü, duz yükü.

Qız qalar, qızıla dönər.

 

Ağıllı fikirləşincə dəli vurdu keçdi.

Yüz ölç, bir biç.

 

Ad adamı bəzəməz, adam adı bəzəyər.

Adı gözəl olanın özü də gözəl olar.

 

Araşdırdı: Axundova Təhminə

Səslərin sayı: 0
1
3176
loading...
Şərhlər
Offline
Naile Ehmedli
superrrrrrrr good ////elaaa

superrrrrrrr good ////elaaa
6 yanvar 2017 11:51
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!