Ölüm qorxusuna əlac varmı?
Sual: Mən ölümdən çox qorxuram. O həddə qədər ki, gecə vaxtı qorxudan yuxum gəlmir. Gecənin yarısı qorxudan əsirəm və bir müddətə qədər yata bilmirəm. Gündüz çağı da iztirablarım var. Həyatdan ləzzət duya bilmirəm. Xahiş edirəm ki, bu məsələnin həlli üçün mənə yol göstərəsiniz.
Cavab: Adətən camaatın əksəriyyəti ölümdən qorxur və vəhşət duyurlar. Bu qorxunun kökü iki şeydən təşkil tapıb:
1. Camaatın çoxu ölümü fəna və yoxluq mənasında anlayır. Aydındır ki, insan fəna və yoxluqdan vəhşətə gəlir. Əgər insan ölümü bu mənada açıqlasa, sözsüz ki, ondan qaçacaqdır. Bu səbəbdən, hətta ən yaxşı yaşayın durumunda belə, ölüm fikri onun yaşayışını zəhərə döndərəcəkdir. Həmişə də buna görə nigaran olacaqdır.
2. Bir də ölümü həyatın sonu bilməyən adamlar vardır. Ancaq onlar nalayiq əməllər və zidd əməllər ucbatından ölümdən qorxurlar. Bu düşüncədə onları vəhşətə gətirir. Çünki onlar ölümü əməllərinin nəticəsinə çatmaq kimi görürlər. Ona görə də ilahi haqq-hesabdan, əməllərə görə məsuliyyət daşımaqdan – yəni cəzasını çəkməkdən daim qaçmağa çalışırlar. Lakin hər nə qədər çalışsalar da, ölümdən qaçmaq mümkün deyil. Nəticədə, əgər insanın axirət aləminə inamı varsa, pis və nalayiq əməllərdən, üsyankarlıqdan uzaq durursa, öz dini vəzifələrini yerinə yetirirsə, ancaq bunlara baxmayaraq günah etdikdə dərhal tövbə edirsə və ruhunu günaha bulaşmaqdan pak saxlayırsa, onun ölməkdən qorxusu olmayacaqdır. Bir nəfər Peyğəmbərin yanına gələrək dedi ki, nə üçün ölümü sevmirəm? Peyğəmbər dedi: “Sərvətin var?” Dedi ki, bəli. Həzrət dedi: “Özündən qabağa ondan bir şey göndərmisən?” Dedi ki, xeyir. Buyurdu: “Məhz buna görədir ki, ölümü sevmirsən”. (Yəni əməl dəftərin xeyir işlərdən boşdur)
Bir nəfər Əbuzərdən soruşdu: “Nə üçün ölümə nifrət edirik?” Əbuzər cavab verdi: “Ona görə ki, dünyanı abadlaşdırmısız. Axirətinizsə virandır. Təbiidir ki, abadlıqdan xarabaxanaya köçməyi istəməzsiniz”.
Ona görə də ölümə qarşı vəhşət duymamağın yolu budur ki, insan ölümü geniş bir cahana addım atmaq bilsin. Belə ki, bu aləm heç cür yaşayının sona çatdığı anlamını vermir. Başqa bir tərəfdən, öz şəri vəzifələrinə əməl etsin, Allahın geniş mərhəmətinə ümidvar olsun. Allah Öz bəndəsinə ananın öz övladına olduğundan qat-qat mehribandır. Bu məsələyə diqqət edin ki, hamımız Ondanıq (Ona aidik) və Ona tərəf qayıtmaqdayıq. Sözsüz ki, Allah Öz yaratdıqlarını sevir.
Bu halda nəinki ölümdən qorxmayacaq, əksinə, onu sevəcək və ona eşq bəsləyəcəkdir.
Əmirəlmöminin buyurmuşdu: “Allaha and olsun ki, Əbu Talibin oğlunun ölümə olan əlaqəsi südəmər körpənin anasının sinəsinə olan münasibətindən daha artıqdır”.
İmam Səccad buyurumuşdur: “Ölüm möminlər üçün çirkin və həşərat dolu libası yırtmaq (çıxartmaq), ağır zəncirləri açmaq, onu daha fəxr olunası libaslara, daha xoş ətirlərə, daha yüngül yerişli miniklərə və daha münasib mənzillərə dəyişməkdir”.
İmam Hüseyn Kərbəlada döyüşün qızğın getdiyi zaman ölümün həqiqəti barədə öz əshabına buyurmuşdur: “Dözümlü olun, ey böyük adamların övladları. Ölüm yalnız bir körpüdür ki, sizi narahatçılıqlardan, əziyyətlərdən Cənnətin geniş bağlarına və əbədi nemətlərə keçirir. Sizdən hansı biri zindandan qəsrə köçməyə görə narahatdır? Amma düşmənlərinizə gəlincə, onlar eynilə o kəs kimidir ki, onu qəsrdən zindana və əzaba doğru keçirirlər. Atam Allah Rəsulundan belə nəql etmişdir ki, dünya möminin zindanı, kafirin isə behiştidir. Ölüm onların behişt bağlarına, bunların isə cəhənnəmə sarı olan körpüləridir”.
Deməli, mömin insan sonsuz rəhmətə ümidvar olmalı, Allahın mehribanlığına, lütfünə diqqət bəsləməli, öz şəri vəzifə və öhdəçiliklərinə əməl etməli, haramlardan çəkinməli, tövbə etməli, Rəbbə sarı qayıtmalı və belə dünşünməlidir ki, ölümdən qorxmamalı, əksinə onun müştaqı olmalıdır. Çünki orada Allah Rəsulu və pak imamlarla birlikdə oturub-durmaq vardır, təsəvvür olunmayacaq nemətlərdən faydalanmaq vardır.
Xülasə, ilahi baxışla ölümü əbədi həyata keçid bilənlər, Allahın rəhmət və bağışlanmasının sonsuz olduğuna inananlar Onun lütf və rəhmətinə ümidvar olurlar. Onların ölümdən heç bir qorxuları da olmur. Hər nə qədər böyük günahları da olsa, bilirlər ki, Allahın rəhməti daha böyükdür və bu günahların böyüklüyü ilə müqayisə oluna bilməz. Buna görə də tövbə suyu ilə günahların əsərlərini yuyur, qorxu və ümid arasında yaşayırlar. Çünki tövbə edən kəs Allahın məhbubudur.
“Həqiqətən də, Allah çoxlu tövbə edənləri sevir”. Sevəni Allah olan kəsin nə qəmi ola bilər ki? O nədən qorxuya düşə bilər ki? Bir halda ki, bütün şeylər – Cənnət və Cəhənnəm, Dünya və Axirət, hamısı Allahın ixtiyarı və tapşırığı altındadır.
Hazırladı: Fərid Abdullah
“Nümunə” təfsirindən istifadə olunub
XƏBƏR LENTİ
Panço tortu (foto resept)
Gəncə də ağ örpəyə büründü
Geyiminə görə tənqid olundu-FOTO
Prezident Polad Bülbüloğlunu təltif etdi
Badımcanlı, pendirli pide (foto-resept)
Hava haqqında
Gündəlik geyimlər
Cəbhədən son xəbər
Nostradamusun 2019-a dair SENSASIYALI PROQNOZU
Ukrayna nüvə enerjisinə keçir
Manat nə vaxt ucuzlaşacaq?
Krımı Rusiyadan azərbaycanlı general qoruyur
Dünyanın ən yaxşı cütlük şəkilləri
Bakıda ən bahalı torpaq haradadır?
Huawei yeni smartfonu göstərdi
Qovurmalı Quesadilla (foto-resept)
Yay üçün dəbli ətəklər
Adi bilet sahibi təyyarədə yeganə sərnişin olub
2014 - Yeni iliniz mübarək!
Bu romanlar insanı sağaldır
Gəlinlik saç düzümləri
Saç tökülməsinə qarşı ərik
Pomidor və nar suyu ilə dərinizi qoruyun
Cəbhədə son vəziyyət
10 yaşı var, amma çəkisi 144 kiloqramdır
Meyvə-tərəvəz buketləri
Azərbaycanda tikintiyə icazə ilə bağlı YENİ TƏLƏB
Həm fotoqraf, həm model olmağı bacaran Kimberly
Bakının istedadlı şagirdləri seçilir
104 yaşlı Nobel mükafatçısından 100 il yaşamağın SİRLƏRİ... - FOTO
Cüdoçumuz Avropa çempionu oldu
Gimnastlarımız Lissabondan medalla qayıdıblar
"Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları" kitabı nəşr olunub
Məşhur yazarın fikirləri QALMAQAL yaratdı
Tanıdığımız badımcanın tanımadığımız tərəfləri
Lənətlənmiş sərdabə açıldı - FOTO
Xınalıq yaxınlığındakı 2783 metr yüksəkliyə 2783 şəhidimizə həsr olunan xatirə lövhəsi quraşdırılıb
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur - RƏSMİ
Qubalıların zəfər sevinci - VİDEO
Məşhur saytın rəhbəri işdən çıxarıldı
Şəkərli diabet xəstələri üçün dövlət hansı güzəştləri nəzərdə tutur?
Şokoladlı keks (foto-resept)
Ramazanın 26-cı gününün duası
Ən qatı dırnaq boyaları
Natalie Suarez
Laçında şəhid olan Milli Qəhrəmanın həyat yoldaşı: “Onun öldüyü torpağı öpəcəyəm” - VİDEO
Məşhur müğənni üçüncü dəfə ana oldu
Üz dərisinə qulluq
Məsamələri kiçildən 3 təbii maska
Azərbaycanda özəl detektivlər lazımdırmı?
- ŞƏRHLƏR