Üç ay gecəli- gündüzlü işləyib bir roman yazmışdım. Dünyada hər kəs bir-birini aldadar, yazar qismi də öz-özünü aldadar.
Başqalarına deməyə utansam da, öz - özümə romanın əla olduğunu deyə bilərdim. Redaksiyalardan birinə apardım.
" Biz yerli, öz yazarlarımızı çap eləmirik" dedilər.
" Bir dəfə oxuyun"
"Ehtiyac yoxdur. Xalq yerli roman sevmir"
Bir kitabçıya apardım.
"Hələ bir romanım var " deyər, deməz, arxasınca ,
" Biz yalnız tərcümə romanlar çap edirik" dedi.
Başqa birinə apardım , o da:
" Tərcümə roman varsa gətirin. Şəxsi romanlar satılmır" dedi.
Haraya getdimsə, hamısı bir- birinin ağzına tüpürmüş kimi...
Üç ay dayanmadan, çalışıb yazdığım romanım, heç kim görmədən məscid qapısına qoyulan günah körpəsi kimi əlimdə qaldı. O zaman ağlıma bir fikir gəldi. Bizim bəzi yoldaşlar , kimi fransızcadan, kimi almancadan , kimi ingiliscədən, kimi italyancadan hekayələr aparıb, Consonu Əhməd, Martanı Fatma edirlər, sonra özləri yazmış kimi altına imzalarını çəkib nəşriyyatlara verirlər. Bəs mən niyə əksini etməyim ki ?
Oturdum , romanda nə qədər türk adı varsa ,dəyişib yerinə Amerikan adlar , Nyu-Yorkun planını da tapıb yer adlarını da dəyişdirib Amerikanca elədim. Növbə romanın yazarına gəldi; ortaya Mark Obrien adlı bir amerikalı yazar çıxardım.
"Ancaq tərcümə romanlar çap edirik" deyən nəşriyyata getdim.
" Sizə Mark Obriendən tərcümə etdiyim bir romanı gətirdim " dedim.
" Çox gözəl. Kimdir bu Mark Obrien?"
"Aaa! Bilmirsiniz? Məşhur Mark Obrien . Romanları bütün dünya dillərinə tərcümə edilmiş bir yazardır o"
Romanı oxumağa ehtiyac belə duymadılar. Pulları ovcuma sayıb, romanı aldılar. Ancaq məndən , yazar haqqında məlumat yazmağımı istədilər. Evə gəlib qələmimi qucaqladım:
" Mark Obrienin son şah əsəri "Struggle fir life"
Amerikanı yerindən oynadan bu roman bir ayda 4 milyon satılmışdır. Dünyanın bir çox dillərinə tərcümə olunmuş bu roman, nəhayət dilimizə "Həyat mübarəsi" adıyla tərcümə edilmişdir "
Mark Obrien cənabımıza bir da bir tərcümeyi-hal yazdım ki, heç soruşmayın. 18 uşaqlı bir ailənin sonbeşiyi. Atası Filadelfiyada bir təsərrüfatçıdır. Oğlunu keşiş kimi görmək istəyir. Kiçik Mark 14 yaşında ilahiyyatçı professorun qaba ətinə iynə batırıb , Eynən bir çox məşhur amerikalı yazarlar kimi, məktəbdən qovulmaq zəkasını göstərir. Balıqçılıqla məşğul olur. Yəni, bildiyiniz hekayə... 40 yaşında ilk hekayəsini "let us kiss" nəşriyyatına göndərir. Beləcə, uzun bir tərcümeyi- hal yazdım.
Bizim roman özünü tutmaqda olsun, kitabçılar "Amandır, bizə də Mark Obriendən roman tərcümə et"deyərək arxamca düşdülər.
Marc Obriendən 18 roman tərcümə etdim.Hələ ömrüm varkən, yenə də edəcəyəm.İş bununla bitmədi əlbəttə. O bildiyiniz məşhur polis xəfiyyəsi Cek Lammer var haa, kitabı əldən -ələ gəzən. Ondan da 6 kitab tərcümə etdim.Son zamanlarda işi bir xeyli genişləndirmişəm. Hind dilindən, Çin dilindən tərcümələr edirəm.
Bu gedişlə, bir zaman gələcək, Amerika ədəbiyyat tarixini yazanlar, Türkcə romanlar oxumağa məcbur olacaqlar. Mənim də son ümidim Mark Obrien adıyla Amerika ədəbiyyatında yer almaqdır.
Əziz Nəsin
Tərcümə: Kübra Abdullazadə
XƏBƏR LENTİ
Mişel Obama
Dəyərlər və uşaqlarımız
DÇ-2014.Püşkatama
Sürətli oxu - 10
Təsirli tarixi şəkillər
Azərbaycanda kolleclərə qəbul olmuş abituriyentlərin nəzərinə
Bülənt Ərsoy koronavirusa yoluxub?
Bilərzik düzəldək
Damarları təmizləyən içki
Qoruyucu maskalar həyatımızdan nə vaxt çıxacaq?
Hava necə olacaq?
Balıqqulağı peçenyesi (foto resept)
Xalq Qəhrəmanı Abbasqulu Bəy Şadlinski
Beşinci dəfə Ceyms Bond olacaq-FOTO
Kimlər uzun saçlardan istifadə etməlidir?
İnsult
Doğru şampun necə seçilməli
Bakı polisinindən xəbərdarlıq: "Sürücülər gözləməsinlər ki..."
Milli Qəhrəmana həsr edilmiş film təqdim edildi
Əllərimiz mikrob mənbəyidir
Məşhur cütlüyün AYRILIQ xəbəri yayıldı-FOTO
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Körpələrdə barmaq sorma və qəbizlik
Azərbaycanda İran vətəndaşının klinikası bağlanıb
"Ermənilər mənimlə döyüşdə məğlub olacaqlarını əvvəlcədən bilib, döyüşmədilər"
Övladınızla birlikdə yemək bişirməyin faydaları
Çiyələkli şirniyyat (foto resept)
Ərazilərimiz minalardan təmizlənir
Molla Nəsrəddin demişkən
Heydi Klum hər kəsi təəccübləndirdi-FOTO
"Yeşilçam"ın aktyoru vəfat etdi
166-cı əməliyyata girmək istədi - aldığı cavabdan şoka düşdü
Çin alimləri ayda kartof əkib
Azərbaycanda daha 39 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Deniz Çakır məşhur seriala qayıdır-VİDEO
Qadın kimin yanında hicab örtməsə, olar?
Cəbhədə atəşkəs yenidən pozuldu
Üzümlə üzü...
Demet Akalın restoranda ödədiyi hesaba qəzəbləndi
Təzə doğulmuş uşaqlar üçün maşın - FOTO
Qızıl dəqiqədə arzu tut
Marketlərdəki kassalarda koronavirusa yoluxmaq riski yüksəkdir -VIDEO
Pambıq keks (foto-resept)
Ətli perojki (foto resept)
Acun zəlzələdə zərər görənlər üçün xeyriyyə kampaniyasına başladı
Hazal Kaya şəkər xəstəliyinə tutuldu
Ayrılıq xəbərindən sonra ilk dəfə birlikdə görüntüləndilər - FOTO
Bu gün Azru Əliyevanın ad günüdür!
Cem Yılmaz ilə 2 milyon qazanır
Erkən qırışların səbəbləri