Bu ilin sonuna kimi Salyan, Neftçala, Saatlı və digər rayonların ərazisində yaradılan süni balıq göllərinin əksəriyyəti ləğv olunacaq.
Milli.Az ölkə.az-a istinadən bildirir ki, bununla bağlı Salyan və Neftçala rayon icra hakimiyyətlərinin başçıları - Sevindik Hətəmova və İsmayıl Vəliyevə xüsusi tapşırıq verilib.
Məlumatda deyilir ki, sentyabrın 26-da keçirilmiş referendumla da Azərbaycan Konstitusiyasına torpaqlarla bağlı da bir sıra dəyişiklik olunub. Həmin dəyişikliyin tələblərinə uyğun olaraq bundan sonra Salyan, Neftçala, Saatlı, Sabirabad və digər rayonlarında da becərilməyən torpaqlar məqsədi üzrə istifadə olunacaq. Bu rayonlarda münbit torpaq sahələrində yaradılan süni balıq gölləri isə ləğv olunacaq. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinə və digər yerli qurumlara müvafiq tapşırıqlar verilib.
Digər məlumata görə, prezident İlham Əliyev bu il sentyabrın 3-də Salyana səfəri çərçivəsində Kürsəngi kəndindəki pambıq sahələrinə baxış keçirib. Bu zaman rayon ictimaiyyəti Salyanda ayrı-ayrı məmurlara məxsus böyük balıq vətəgələrinin münbit torpaqları yararsız hala salması barədə dövlət başçısına məlumat veriblər.
Qeyd edək ki, sakinlər dəfələrlə ölkə.az-a da şikayət edərək bildiriblər ki, Salyanın keçmiş icra başçıları Rasim Bəşirov və Tahir Kərimov vaxtilə pambıq və üzümçülük sahələrini, o cümlədən əhalidən dəyər-dəyməzinə alınan münbit pay torpaqlarını ayrı-ayrı imkanlı adamlara satıb və yaxud da uzun illik icarəyə veriblər:
"Münbit torpaqları alan şəxslər isə bu ərazilərdə böyük balıq gölləri yaradaraq, torpağı əkinə yararsız hala gətiriblər. Təsadüfi deyil ki, bu gün Salyanın Kürsəngi, Xıdırlı, Varlı, Uluxanlı, Qarabağlı, Xalac, Kərimbəyli, Qaraçala və digər inzibati ərazilərində SSRİ dövründə "ağ qızılı" ilə tanınan və 1990-cı illərə qədər becərilən pambıq sahələrindən heç bir əlamət qalmayıb. İndi bu ərazilərin bir hissəsində də fərdi yaşayış evləri inşa edilib, digər hissələrində isə ayrı-ayrı məmurlara məxsus süni balıq gölləri yaradılıb, otlaq sahələri və istixanalar salınıb".
Milli.Az
XƏBƏR LENTİ
Nazir tapşırıq verdi
Məktəbli formalarının tikilişinə başlanılıb
2020-ci ildə keçiriləcək "Oskar"ın vaxtı açıqlandı
Qadın ağlayarsa, nə etməli?
Qadınlar haqqında deyilənlər
Hazel Zakariyanin dadlı rəsmləri
Həkimlə ünsiyyət qorxusu
Şəkil çəkməyi bacaran heyvanlar
Bölgələrdə 8 Mart qeyd olundu
1/4 finalda 4 Avropa, 4 Amerika yığması qaldı
Unikal əlyazma $43 minə satıldı
Azərbaycanda qeyri-adi quzu doğulub
Azərbaycanlı samboçu Ermənistanın himnini təhqir etdi
Uşağın qüsurlu və şikəst doğulmasına səbəb olan amillər
Melaniya Trampın davranışı hər kəsi təəccübləndirdi -VİDEO
Müsəlmanlara mobil telefonlardan istifadə qadağan olundu
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Dəhşətli xəstəliyə tutula bilərsiniz
Azərbaycan nefti bahalaşmaqda davam edir
“WhatsApp”da YENİLİK!
Yeni Lincoln Navigator göstərildi
Erməni hərbçilər cəbhə xəttində fəallaşıblar
Enerji pəhrizi
İlham Əliyev Qərbə mesajını göndərdi
Lady Gaga möhtəşəm tərzi ilə
Sürpriz yumurtadan çıxan oyuncaq valideyni dəhşətə gətirdi - FOTO
Stress gözəlliyinizə mənfi təsir edir
Sərhədimizdə aeroport olacaq
Azərbaycan əhalisinin gəlirləri artıb
Albinosların qeyri-adi gözəlliyi
Harvard professoru uzunömürlülüyün ƏSAS SİRRİNİ açdı
Azərbaycanda daha 46 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Həftənin ilk iş günü hava necə olacaq?
Ermənilər suyu zəhərlədi
Müəllimlərlə bağlı əmr
2 kiloqramlıq daş udan şəxs-FOTO
Claudia Schiffer moda sərgisi açır
Ermənilərdən növbəti təxribat
Dəyərli məsləhətlər
Canlı qidalar və 68 yaşlı gənc nənə
8 yaşlı qızın mədəsindən çıxanlar QORXUTDU - FOTO
Həccin də xərci artır
İntihar edən ərinin üzü başqasına köçürüldü - Qadın həmin şəxslə görüşdü
Azərbaycan hərbçiləri NATO-nun bəzi tədbirlərində iştirak edəcəklər
Bred Pitt balaca qızı xilas etdi
Badamlı konfet (foto resept)
Bakı və Sumqayıtda 16 minə yaxın XI sinif şagirdi monitorinq imtahanı verəcək
Baş infeksionist: “Simptomsuz xəstələr daha təhlükəlidir” - VİDEO
Almeda Abazi yeni doğulan körpəsindən danışdı-FOTO
Evinizi rəngləndirməyin 6 yolu