IV qayda: İnsan zəkasına doğru birbaşa yol
Dördüncü qayda çox sadədir. Xeyirxahlıq, dostluq və qarşındakını anlamaqla adamların fikrini dəyişdirməyə daha tez nail olacağınızı nəzərə alıb, bəri başdan mehribanlıq mövqeyində durun.
V qayda: Sokratın sirri
Deyl Karneginin fikrincə, Sokratın sirri bir kəlmədən ibarətdir. Nədir o kəlmə? Əlbəttə ki, «bəli». Söhbət əsnasında tez-tez «bəli» deməyi unutmayın. Onu da bilin ki, bu sözü tək sizin işlətməyiniz kifayət deyil. Müsahibinizlə söhbəti elə aparın ki, o özü tez-tez «bəli» demək məcburiyyəti qarşısında qalsın. Məsələn, onun maraqlarından çıxış edərək, «Sən istəmirsən ki...?» sualı qoyun. Bu zaman o, sizinlə razılaşaraq «bəli» deyəcək. Bu, o deməkdir ki, siz öz istəyinizə nail olmusunuz, hər şey sizin ürəyinizcə olacaq.
VI qayda: Şikayətlərdən xilas olmağın yolu
Bu qayda, az qala, aforizmləşən «qulaq asmaq lazım gələndə birinci ol, danışmaq lazım gələndə sonuncu» məsləhətini xatırladır. Söhbət zamanı qarşınızdakının ürəyini boşaltmasına imkan yaradın. İmkan verin ki, daha çox o danışsın. Bu, nəinki şikayətləri dinləyərkən, ümumiyyətlə, istənilən söhbət zamanı ən münasib mövqedir. Eləcə də qarşınızdakının hirsini soyudar. Üstəlik o, sizi ən maraqlı həmsöhbət kimi xatırlayar.
VII qayda: Əməkdaşlığa necə nail olmalı?
Deyl Karnegiyə görə əməkdaşlığın ən asan yolu budur: qoy müsahibiniz elə hesab etsin ki, hansısa məşhur fikir onun özünə məxsusdur. Təbii ki, söhbət önəmli fikirlərdən gedir. Deyl Karnegi bu qayda barədə danışarkən, Amerika prezidenti Teodor Ruzveltin prinsipini xatırladırmış. Teodor Ruzvelt kimi isə vəzifəyə təyin edərkən, ilk növbədə komandasını masa arxasına dəvət edib, bu vəzifəyə layiqli bir namizəd tapmaqda ona köməklik göstərmələrini rica edirmiş. Və özünün nəzərdə tutduğu namizədin adı çəkilənə qədər T.Ruzvelt «Daha kimi məsləhət görərdiniz?» deyə soruşarmış. Beləliklə, komandası T.Ruzvelti son dərəcə demokratik və əvəzolunmaz bir rəhbər kimi dəyərləndirərdi.
VIII qayda: Sizin üçün möcüzə yaradacaq düstur
Həmişə hadisələrə müsahibinizin nəzərləri ilə baxmağa çalışın. Onun maraq və istəklərini əsas götürərək, istənilən məsələni götür-qoy edin. Deyl Karnegi bu qaydanı tövsiyə edərkən, onu ilk növbədə dəcəl uşaqlarla sınaqdan çıxarmağı məsləhət görüb.
IX qayda: O, nə istəyir?
Bu qaydaya riayət edərkən ilk növbədə qarşınızdakı adamın nə istədiyini özünüz üçün aydınlaşdırın. Və onun fikir və istəklərinə səmimi canıyananlıqla yanaşın.
X qayda: Hamının ürəyincə olan çağırış
Nədir bu çağırış? Əlbəttə ki, xeyirxah motivli çağırışlar hamının ürəyinə yatır. Hərdən hamının maraqlarına cavab verən, istirahət eləmək, şənlənmək üçün şərait yaradan ideyalarla çıxış etsəniz, pis olmaz. Axı niyə də yox? Bu zaman siz özünüz də gözəl istirahət edə bilərsiniz.
XI qayda: Kinoda və radioda belədir. Bəs siz niyə belə etmirsiniz?
Yəqin ki, bu qaydanı oxuyarkən, görəsən, kinoda və radioda nə edirlər deyə fikirləşirsiniz. Deylin bu qaydası elə məhz buna xidmət edir. Müsahibdə maraq oyatmaq, ən yaxşı halda isə onu həyəcanlandırmaq lazımdır. Belə olan təqdirdə ideyalarınızı daha asanlıqla həyata keçirə bilərsiniz. Bu ideyaların səmərəsiz olmayacağına isə şübhə etməyin.
XII qayda: Digər heç nə təsir etmirsə, bunu yoxlayın
Deyl Karneginin adamların nöqteyi-nəzərinizə meylləndirməyə imkan verən 11 qaydası sizə kömək etmədisə, onda onların hamısının üstündən xətt çəkin və 12-ci qaydaya riayət edin. Qarşınızdakına meydan oxuyun və onun zəif damarını tutun. Yəni onun zəif cəhətlərini müəyyənləşdirərək, mübahisə zamanı bu cəhətlərdən yararlanmağa çalışın. Bu zaman nəyə qadir olduğunuzu göstərməkdən çəkinməyin. Üstünlüyə nail olmaq, qalib gəlmək istəyirsinizsə, 12-ci qayda sizin sonuncu şansınızdır.
XƏBƏR LENTİ
Bakıda əfsanəvi sənətçiyə heykəl ucaldıldı
Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər üçün yeni təlimat hazırlanıb
Onlar xərçəngdən qoruyur
Bu ölkədə 10 milyon insan koronavirusa yoluxub - Səhiyyə nazirindən ŞOK AÇIQLAMA
Quranda adı keçən əbabil quşu Türkiyədə tapıldı - FOTO
Burak Özçivitin bacısı gözəlliyi ilə diqqət çəkdi-FOTO
"Qızıl Qlobus - 2019" namizədlərinin adları açıqlandı
Ulduzlar "Jara-2018"in qırmızı xalısında-FOTO
Özünüzə dəyər verin
2017-nin bahar dəbi
Rusiyada pandemiyanın başlanğıcından bəri koronavirusa rekord yoluxma
Pensiyalarla bağlı yenilik
2019-cu ilin TƏTİL GÜNLƏRİ
Azərbaycan bayrağı Ağdamda Şahbulaq qalasına sancıldı - VİDEO
Milli komandanın futbolçusundan dopinq çıxdı
Hazal Kaya onları toyuna dəvət etməyib
Almalı mütəkkə (foto resept)
Ziyafət donları
"Yuxu xəstəliyi" müəmması davam edir
Səfirlik: ""Versace"nin Dağlıq Qarabağda öz istehsalatının açılmasına dair planları yoxdur və olmayıb"
Övladım əzizdir, tərbiyəsi ondan da əziz
Bolqar xıçınisi (foto-resept)
Qəribə adətləri olan qəbilələr
Pişiklərə bu qidaları vermək olmaz
Aparatlar manatı niyə bəyənmir?
Vitgenşteyn fəlsəfəsi
"Qara qutu"ların faciəli etirafları
Doğuşdan sonra bunlara əməl edin!
5G şəbəkəsi gəlir
Göbələk salatı( foto resept)
Gülben Ergen xəstəxanalıq oldu - FOTO
Qış üçün papaqlar
"İçerde"nin aktrisası Avstriyada toy edəcək - FOTO
Çaylarımızda su aşıb-daşdı
Qorxulu xəstəliyin müalicəsi tapılıb?
Sabahın hava proqnozu
Qırışlara qarşı 4 təbii yağ
Ən hündür küknar ağacı quruldu-FOTO
Emrah karyerasını bitirməyə çalışır
Ermənilər necə silahlandırılır?
Küçələri rəngləndirən 13 rəsm
Körpələr üçün beyin çalışdırıcı fəaliyyətlər (4-6 ay)
Koronavirusun yeni simptomu məlum çıxdı
Bu ölkədə "havayı" yükləmə yasaqlandı
Cirə çayının FAYDALARI: nəfəs yollarını təmizləyir, köpü aradan qaldırır
Neftdə kəskin bahalaşma
Bakıda koronavirus xəstəsi mağazada tutuldu - VİDEO
Xəstəliklərin təbii üsulla müalicəsi
Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək? - RƏSMİ
İŞİD-in azad etdiklərindən şok etiraflar
- ŞƏRHLƏR