Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının dəyişdirilməsinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı naxcivanxeberleri.com-a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Aydın Ağayev məlumat verib. O bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq respublikanın bütün rayonlarının fərqləndirici dövlət nömrə nişanları var. Muxtar respublikada da hər rayonun dövlət nömrə nişanları olub: "Məsələn, Babək rayonu 67 seriyası ilə, Şərur rayonu 68 seriyası ilə və s. başlayan dövlət qeydiyyat nişanları ilə təmin olunmuşdular. Sonradan müvafiq qərara əsasən 85 seriyası bütün Naxçıvan Muxtar Respublikasının vahid dövlət qeydiyyat nişanı kimi qəbul olunub.
Bildiyimiz kimi, muxtar respublikada yaşayan vətəndaşların həyat səviyyəsinin yüksəlməsi bura gətirilən avtomobillərin sayının çoxalmasına gətirib çıxarıb. Son illərdə muxtar respublikaya kütləvi sayda avtomobil gətirilməsi buna bariz nümunədir. Beləliklə, muxtar respublikada avtomobillərin sayı artdığı üçün dövlət nömrə nişanlarına tələbat da yaranıb. Bu təlabatı ödəmək üçün muxtar respublikanın 7 rayonuna və Naxçıvan şəhərinə ayrıca seriya nömrələri verilməsi qərara alınıb. Qərara alınıb ki, muxtar respublikanın rayonlarına aşağıdakı seriya nömrələri verilsin:
Babək - 67
Şərur - 68
Ordubad - 69
Şahbuz - 71
Culfa - 72
Sədərək - 73
Kəngərli - 74
Naxçıvan şəhəri - 75
Aydın Ağayev qeyd etdi ki, muxtar respublika rəhbərliyinin tapşırığına əsasən nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının dəyişdirilməsi üçün heç bir dövlət rüsumu, ödəniş tələb olunmur və bu prosses tədricən həyata keçiriləcək.
Qeyd edək ki, muxtar respublikada 2014-cü ildə 1190, 2015-ci ildə isə 896 şəxsi avtomobil alınaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən ilkin qeydiyyatdan keçirilib. Avtomobillərin əksəriyyəti dünyanın öndə gedən markalarına məxsus olub. Naxçıvanda günün tələblərinə cavab verməyən sovet istehsalı olan avtomobillərin azalması, bahalı avtomobillərin sayının isə ilbəil artması müşahidə edilir. Əhalinin bahalı avtomobillərə maraq göstərməsinin səbəblərindən biri gəlirlərin artmasıdırsa, digəri isə muxtar respublikada yol infrastrukturunun ən yüksək səviyyədə qurulmasıdır.
2014-ci ildə 5157, 2015-ci ildə isə 4283 avtomobil təkrar qeydiyyatdan keçib. 2014-cü ildə 3053, 2015-ci ildə isə 2407 avtomobilə nömrə nişanı verilib. Beləliklə, statistikadan da aydın olur ki, muxtar respublikada insanların həyat səviyyəsinin yüksəlməsi nəticəsində avtomobillərin sayı artıb. Buna görə də hər rayonun ozunəməxsus seriya nömrəsinin olması məqsədəmüvafiqdir.
Naxçıvanda avtomobi sayının artmasına Naxçıvan Avtomobil Zavodunun da təsiri böyükdür. 15 modeldə avtomobil istahsal edən Naxçıvan Avtomobil Zavodu əsasən yerli bazar üçün çalışır. Zavodun fəaliyyəti ərzində 5 min avtomobil istehsal edilib və 4800 avtomobil satılıbdır.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi əhalini bir daha xəbərdar edir ki, nömrələrin dəyişdirilməsi ödənişsiz həyata keçirilir və dəyişdirilmə prosesi üçün müddət müəyyən olunmayıb.
Day.Az
XƏBƏR LENTİ
İncə naxışlı gəlinliklər
Məşhur ulduz aşpaza ərə gedir-FOTO
Kölgələri tap
ÜST koronavirusa qarşı populyar dərmanı effektsiz saydı
Hamiləliyin 9-cu ayında nələr olur?
Serdar Ortaç Boşanmasından danışdı-FOTO
Zövqlü don modelləri
Noyabrda 3 gün istirahət olacaq
Diş fırçanızı vanna otağında saxlamayın!
Yuxunu qaçıran kölgə
Ukrayna XİN-dən Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun atəşə tutulması ilə bağlı BƏYANAT
“Qalatasaray”ın ulduz transferi İstanbulda
Prezident və xanımı açılış mərasimində - FOTO
Bu şəhərdə internet pulsuz olacaq
Lenini diriltmək istədi: “Qalx, qalx...” – Qızıl Meydanda qəribə olay
Baş nazirdən təhsillə bağlı MÜHÜM QƏRAR
Uşaqlara qiraəti sevmək üçün necə kömək etməli?
Kim Çen In həyat yoldaşını edam edib?
Uşaqlar üçün 5D yataq örtükləri
Ebru Şallını paylaşımına görə tənqid etdilər - FOTO
Adelin günlük qazancı hər kəsi heyrətləndirdi
Azərbaycanlıların Ermənistana qarşı Avropa məhkəməsi
Məşhur aktrisa "UNO" gördüyünü etiraf etdi
Ən populyar dil seçildi
Dünyanın ən qapalı ölkəsi
"Gecə"salatı (foto resept)
Qəlbi titrədən ən qısa hekayələr
Bu gündən Azərbaycanda benzinin qiyməti ucuzlaşır
"Girov götürülmüş azərbaycanlıların məhkəməsi qanunsuzdur"
Bu gün Azərbaycanda 2 bayram qeyd olunur
Məşhur aktyor "Kadın"da
Şəxsiyyət vəsiqəsinin alınmasında YENİ QAYDA
Cəbhədə atəş səsləri
Fıstıqlı krokan (foto-resept)
Rəğaib gecəsi
Azərbaycanda koronavirus xəstələrinin görüntüləri yayıldı: Araşdırmalara başlanıldı - VİDEO
Ukraynada ikinci Çernobıl faciəsi yaşana bilər?
Hava kəskin dəyişəcək, qar yağacaq
Ən çılğın selfilər - FOTO
Məşhur model koronavirusdan qorunmaq üçün meşəyə köçür
Meyvələrin tərkibində hansı vitaminlər var?
Bibər sousu (foto resept)
Yaxınları Dilqəm və Şahbazı görə bilərlər
Jhoot Bole Kauva Kaate
Sadə sinikers tortu(foto resept)
Türk sərhədində erməni təyyarələri
Sənədsiz evlər haqda fərman
iPhone 6 haqda xəbər var
Nə qədər sayt işləyir?
Klaç çanta modelləri
- ŞƏRHLƏR